MƏLUMAT!!!

128 15 5
                                    

Salam, "Zərbə" oxuyucuları (əgər həqiqətən oxuyan varsa). Sizə bir məlumatı çatdıraraq uzun bir vaxt ərzində bölümlər paylaşmayacağımı bildirmək istəyirəm. Bu qərarı əvvəllər alsam da uzun bir vaxtdır paylaşmadığım bölümdən sonra açıqlama vermək istədim.
Yazmalı olduğum bölümləri yayımlamaq üçün istədiyim vaxtı əldə edə bilmədiyimə görə paylaşımlar gec olur. İstər-istəməz "oxuyucu" qarşısında özümü günahkar hiss edirəm. Bunun üçün ara verib, gecikməni aradan qaldıracam.
Ara verməyimin ikinci səbəbi- Təbii ki, əgər bu yazdıqlarımı hal-hazırda oxuyan varsa, təşəkkür edirəm, deməli "həqiqətən" çəkilmiş əziyyətə dəyər verən bir oxuyucusunuz. Bu romanı yazanda istər səhhətimlə bağlı, istər şəxsi, istərsə də ümumi cəhətdən problemlər yaşadım. Mən- gələcək həyatını qurmaq istəyən bir tələbəyəm, bir ailənin övladlıq vəzifəsini yerinə yetirməli qızı, bacısı, qardaşıyam, qısası özümlə belə mübarizə aparmağa çalışan bir insanam. Belə ki, yaşadığım problemlər daim mənimlə olmağa davam edir. Əlbəttə , bunlardan bəhs etmək üçün cümlələr qurub, türklər demiş- özümü acındırmayacam, lakin bir insan olaraq çəkdiyim əziyyətin dəyərsiz bir "əşya" kimi düşünülməsini qəbul edə bilmirəm. Mən Super yazdığımı qətiyyən deyə bilmərəm sizə, bunun üçün zamana ehtiyyacım var, ancaq pis düşündüyüm, gözlə görülən qüsurları gözardı edib bir yazını da paylaşmaram, Mənə Yaraşmaz!
Əlavə olaraq, oxuyucudan kənarları turuncu  rəngli İÇİ BOŞ ulduzu doldurmasını istəməmişəm. Hekayəni oxumayan bir istifadəçi də onu edə bilər, oxuyan da! Mənə daim vacib olan
oxuyucunun nə düşündüyü, necə olmağını gözləyib, nə cür olması gərəktiyini, hansı hisənin təsir edib, hansının etmədiyini bildirməsidir. Bunları öyrəndiyim vaxtkı hisslərimi sizə izah edə bilmərəm. Bunların sadəcə yazmağım üçün yaradılmış bir mənbə olduğunu deyim. Təəssüf ki, görmürəm.... 
Mənim "Zərbə" haqqında çox böyük arzularım var, təbii ki, bunları reallaşdırmaq, uzaqlarda açılmış şans qapısına çatmaq üçün çox çalışmalıyam. Və burda olmayacağım müddət ərzində, "Zərbə"nin davamını hazır edəyəcəyim zamanlarda ilk hissədən sona qədər yenidən işləyəcəm. Bu bəlkə də uzun bir vaxtımı alacaq, lakin xəyallarımın xülya olmamasını istədiyim üçün bu mənim qarşımdakı məqsədimdir. Buna görə əgər oxuyan varsa, bildirmək istəyirəm ki, romanın davamı uzun vaxtdan sonra gələcək. Və finalı unudulmayan bir bölüm olacaqdır...

Ümid edirəm ki, geri gəldiyimdə yuxarıda düşüncələrimin cüzi bir hissəsini qeyd etdiyim hissəni yazdığım üçün peşman olub, oxuyucusu olmadığına görə silmək məcburiyyətində qalmaram....

Həyatda heç bir zaman hisslərinizi bildirməkdən çəkinməyin. Sizin "elə belə" deyə adlandırdığınız düşüncələriniz, bəlkə də sizə uzaq olan bir insan üçün Vacibdir???
Soyuq olan havalarda ruhunuzu üşütməməyiniz diləyi ilə HƏLƏLİK!!!

@Reino_Ss

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Oct 28, 2015 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

Zərbə!   Ara verildi...Donde viven las historias. Descúbrelo ahora