Bu dünya

60 7 1
                                    

Bu dünya belədir yaranan gündən,
Yası seçilmir heç toydan, düyündən,
Tora düşsən, çıxanmasan düyündən,
Öldürüb, torpağa qatarlar səni.

Bir gün sənlə oyun oynasa fələk,
Həqiqi ömrünü eyləsə kələk,
Dar gündə dostlardan istəsən kömək,
Ən yaxın dostların satarlar səni.

Ömrün mənasını əgər anlasan,
Dünyanı özünə dörd divar sansan,
Azadlıq eşqiylə alışıb-yansan,
Bil, tutub zindana qatarlar səni.

Bu dünya inan ki, heç nəyə dəyməz,
Nə qədər yaxşı ol, qədrin bilinməz,
Suda batsan heç kəs əlini verməz,
Uçsan qanadından tutarlar səni.

28.12.2003

Şe'rlərWhere stories live. Discover now