Qəzəl

59 7 0
                                    

Yazımda tər çiçəyim, qışımda şaxta-qarımsan,
Yayımda isti Günəş, payızda yağışlarımsan.

Çətin anda ümidim, xəstələnəndə dərmanım,
Güləndə təbəssümüm, ağlasam ahu-zarımsan.

Gah mənim ömrümə məna, gah da ki, qətlimə fərman,
Həmişə cəfakeşim, bəzənsə vəfadarımsan.

Şeirimin misraları, sözümün mənası sənsən,
Yazılmış ürək sözlərim, gizlicə xəyallarımsan.

Sevincimi etmisən dərd, taleyim olubdur qara,
Yəqin qız cildinə girmiş ən böyük günahlarımsan.

14.01.2004

Şe'rlərTempat cerita menjadi hidup. Temukan sekarang