Yadındamı?

53 4 2
                                    

Yadındamı?
Bizi tanıyan hamı,
Bizə həsəd aparardı,
Axı qanadlarımız vardı.
Biz uçardıq səmalarda
Durnalar kimi ard-arda
Uzanardıq buludlarda
Həm yağışda, həm də qarda
Heç fərqi yox idi harda
Biz həmişə bir olardıq
Hey nə isə arzulardıq
Yadındamı o arzular?

Yadındamı?
Həmin Yeni il axşamı,
Ağsaçlı bir kişi gördük
O, bizə hədiyyə verdi,
Və pışıltıyla dedi -
Onu gördüyümüz haqda,
Heç vaxt, heç nə danışmayaq
Bu görüşü bir yuxu sayaq.
Eybi yox, olsaq da oyaq
Biz həyatı yuxu sandıq
Ayrı yerlərdə yatsaq da,
Eyni yataqda oyandıq.
Biz həmişə
Eyni yuxuları gördük.
Yadındamı o yuxular ?

Yadındamı?
Həmin şirnilərin tamı.
Uşaq kimi əllə yeyib.
Bulayıb üz-gözümüzü
Yerə vurub özümüzü
Böyüməyə tələsməyib,
Nə qədər ki, ölüm bizim,
Ömür xəttimizi kəsməyib
Çalışardıq uşaq olaq.
İstərdik ki, uşaq qalaq
Düşünərdik ki, biz belə,
Həmişə uşaq qalarıq
Deyərdin biz "Qocalmayaq!
Ölüb sonra qocalarıq
Ömrün sonuna tələsməyək,
Əgər şirinsə əvvəli."
Çoxu bizi sayıb dəli,
Başa düşməzdi bunları
Bizsə hər yerdə oynardıq,
Yalnız uşaq oyunları.
Yadındamı o oyunlar?

Yadındamı?
Biz yararaq izdihamı
Qaçardıq dəlilər kimi
Küçələri ayaqyalın dolanıb,
Dizə kimi biz palçığa bulanıb
Sevinərdik hər şeyə
Maraqlı olsun deyə
Qəsdən küsərdik hərdən,
Biraz dadıb kədərdən
Barışardıq biz yenə
Deyərdin dönə-dönə:
"Bu günləri unutma!
Heç nəyi sən dünyada,
Sevgidən öndə tutma!
Sevgimizi unutma,
Heç vaxt bizi unutma,
Unutma məhz bu anı!
Unutma bu günəşi,
Unutma bu səmanı.
Heç nəyə görə əsla
Olma həyatda bikef!"

Yadındamı?
Yadında deyil?!!
Heyif!...

Şe'rlərWo Geschichten leben. Entdecke jetzt