Arzular..

49 4 0
                                    

Arzular qucaq qucaq
Lakin o bizim deyil,
biz onun qucağında
olmuşuq bir oyuncaq.
Biz istədikcə onu
o, daha da çoxalır,
Çatmaq üçün biz ona
Çarpışırıq şir kimi,
O isə bir tacir kimi
Bu zəhmət əvəzində az verərək,
çox alır.
Arzular qəlbimizdə, tükənməz ehtiyyat tək
Durmadan dolub-daşır
olmasa da o gercek
Nə biz ondan bezirik, nə də o reallaşır.
Arzular qalaq qalaq,
Arzudan bağ salardım,
dincələrdim içində.
Arzularla həyatı edə bilsəydim calaq,
Bəhrini mən görərdim, meyvəsini dərərdim.
Dünyamızdakı bütün bədbinlərə verərdim.
Arzular yığın-yığın,
Yük olubdur çiyninə
Bəşər adlı varlığın.
Yaranan gündən insan
arzularla yaşayır,
Bələkdən kəfənədək
istirahət günləri də
Bircə an dincəlmədən
O, bu yükü daşıyır.
Kaş ki, könlüm bir daha arzularla dolmasın,
Azrum budur ki, bir gün
Ya arzular çin olsun, ya heç arzu olmasın..

2006.

Şe'rlərWhere stories live. Discover now