Sən vardın, mən yox idim.

42 2 0
                                    

Sevgimizi bənzədirlər nağıla,
Deyirlər ki, sən vardın, mən yox idim.
Bu sevgidə nə gəldə mənə gəldi,
Kədər hədəf, sən kaman, mən ox idim.

Bilmədim necə gəldin, getdin necə,
Qəlbimdə sən, yanimda yad hər gecə,
Sənə belə şeir yazdım gizlicə,
Sən olmadın, özgəsinə oxudum.

Çox demişəm dodaqların bal dadıb,
Həm hamını, həm özümü aldadıb,
Heç kəs bilmir səni özüm yaradıb,
Yalanımı şeirlərlə toxudum.

Bu sevgidə nə oldu, mənə oldu
Kədər hədəf, sən kaman, mən ox idim.
Sevgimizi nağıl tək danışdılar,
Dedilər ki, sən vardın, mən yox idim.

Şe'rlərWhere stories live. Discover now