Məktub

100 11 3
                                    

Salam, sevgilim. Necəsən?
Yəqin yaxşısan.
Özünə diqqət et, yaxşı bax ki, sən,
Xəstələnməyəsən.
Dərd qəddini əyməsin,
Xəstələnmə!
Sənə şorgöz həkim əli dəyməsin.
Mən yaxşıyam. Açıq deyim yorulmuşam.
Dəyişmişəm,
amma heyif əvvəlkindən pis olmuşam.
Qəlbim yenə eşqlə dolub.
Məhəbbətim yenə qalxıb,
Eşqin məni odsuz yaxıb,
Qızdırmam 42 olub.
Sevgin ürəkdən beynimə, ordan bütün bədənimə
Bədxassəli şiş kimi dayanmadan yayılır.
Həkimlərsə deyirlər ki:
"Bu dünyada sağalmayan bir xəstəlik sayılır!"
İnanmırsan? Düz deyirəm.
Əmin olmaq üçün qəlbimə baxsan,
Görərsən ki, orda sənsən, damarlardır, bir də qan.
Bağışla ki, sənin üçün tək qəlbimdən keçmişəm,
Amma inan bədənimdə ən saf yeri seçmişəm.
Ciyər siqaret tüstüsü,
Beynim hər cür zir-zibillə doludur.
Heç özümçün də yer qalmır.
Digər üzvlərsə sevgiyə yaramır,
Bəzi istisnalar vardır. ;-)

Yadındadır?
"Xarabolmuş telefon" oyununu oynayardıq,
Hər cavaba gülüşərdik, həyatı oyun sayardıq.
Həyat qəribə oyundur.
O, istəsə biz gülürük, biz istəsək o, heç gülmür.
Öz aramızdır, nə bilsə də həyat zarafatı bilmir.
Onsuz da ki, səninlə mən,
Ancaq oyunlar oynadıq.
Nə görüşdük, nə sevişdik, nə öpüşdük
Və gün gəldi ayrı düşdük.
Fikirləşdim nəyə görə fələk bizi ayrı salır?
Bəs o, bundan nə zövq alır?!
Çox düşündüm, axı görüm
Kimdir fələk?
O, hardadır?
Hardan onda bu cür dilək, bu cür kələk?!
O, varmıdır?
Bəlkə yoxdur.
Sual cavabdan da çoxdur.
Bəlkə fələk aşiqlərin şər atdığı bir yazıqdır?!
Bəlkə aşiqlərdən də safdır?!
Bəlkə ən böyük əclafdır.
Mən bilmirəm.
Açıq deyim heç bilmək də istəmirəm
Artıq mənə maraqsızdır.
Hərəmiz bir tərəfdəyik.
Nə edək bəs biz bu halda?
Mən Cənubda, sən Şimalda.
Yeri gəlmişkən, orda havalar necədir?
Burda indi şər qarışır,
Sizdə deyəsən gecədir.
Yəqin sən də darıxırsan,
Mənim kimi oturub,
Gecələr ulduzlara saatlarla baxırsan.
Göylər hər yerdə eynidir,
Dünyada hara getsək də ulduzlar da bizlə gedir.
Bir də ki, diqqət elə
Yeməyinə, qalın geyinməyinə
Nə yaraşırsa geyin
Fikir vermə ərinin qisqanc deyinməyinə.
Mənə isə...
Hər nə isə... vərəq doldu,
Bağışla ki, məktub yenə uzun oldu.
Yenə də istədiklərimi
Məktubda yaza bilmədim.
Nə yazdım poza bilmədim.
Bəs ünvanın?
Sənin ünvanın haradır?
Bircə bilirəm "ora"-dır.
Eybi yox, "quş" düzəldərəm,
Uçurdaram külək qapar,
Hara əsdi ora çapar,
Məktub səni özü tapar.
Buralarda hamı məni zəncirləmə dəli sayır.
Hərə öz ağlıyla ölçər.
Mənimçünsə fərqi yoxdur,
İt hürər, karvan keçər.
Arzum budur: Tək sən məni
Olduğum kimi sevəsən,
Saymayasan adi səfeh.
Öpürəm,

Hörmətlə: Taleh.

Şe'rlərDonde viven las historias. Descúbrelo ahora