bir stəkan koffe.

283 35 6
                                    

Saat 22:45, Mado (restorant)

- Salam dostum

- Sən kimsən ?

- Kim olduğum lazım deyil əslində düzdü ?

- Ayağa qalx və bu masanı tərək et!

- Ştt, şttt dostum sözlərimi dinlə, ondan sonra kimin bu masanı tərk edəcəyini görəcəyik - sözünü bitirib, çox bilmiş gülüşünü üzündə əks etdirir

- Kərim Kasaran ?

- Adımı hardan bilirsən ??

- Olmur e belə dostum, dinlə məni sadəcə, suallarını sona saxla

- Kərim Kasaran, 35 yaşında Black Pearl şirkətinin sahibi və bir qadın sərrafı !!..Düzgün izzah edə bildim səni ?!

- Nəqədər istəyirsən ? miqdarı denən çerki burada yazım və birdə gözümə görünmə!

- Mən səndən pul almaq üçün etmirəm bunu, hə birdə - çantasından dünən gecə qaldığı oteldə gay dostu ilə olan şəkilləri masanın üzərinə atır. Bu şəkilləri web kameradan əldə etmişdi.

- Rəssam olduğunu öyrənmişdim, ancaq deyəsən bu sənət əsərlərini heçdə, evdə səni gözləyən ailənin xoşuna gəlməyəcəyini düşünürəm - sözünü bitirib arxaya yaslandı

Qarşımda dayanan insanın sadəcə çökdüyü anı içdən gülərək izləyirdim. Qurbanım olan insanları, qarşımda belə vəziyyətdə görmək məndə yeni qurbanlar axtarışına çıxma hissi yaradırdı. Cəmi 5 saniyə sonra Kərim Kasaran bu masanı tərk edəcəkdi. Əlbətdə özü istəyərək yox, bura gəlməzdəm əvvəl telefon köşkündən polisə zəng etdim və detalları açıqladım. Gözəl ideyadı hə ?

- Artıq 5 saniyə tamam oldu, masadan durmazdan əvvəl mənə bir stəkan kofe sifaşir edərsən

Nə baş verdiyini başa düşməyən Kərim Kasaran, bir neçə saniyə ərzində polis qollarında aparıldı.

***

Sonuncu qovluquda flaş karta yazıb, komputerimdən sildim. Flaş kartın üzərində əvvəlkilərdə də etdiyim kimi, adının baş hərfini və bugünün tarixini kod şəklində qeyd etdim.

"K0816"

Flaş kartı çarpayımın altında saxladığım, digər qurbanların ölüm məzarlığına tulladım.

Pəncərəmin qarşısında duran köhnə valı işə saldım. Bugünki mahnı playlistimdə
"Olafur Arnalds - Raein" bəstəsi vardı. Və val işə düşdü. Cızıltı səsinin ardınca piano səsi eşidildi. Buda yenidən yalnızlığımın qurbanı olduğum mənasına gəlirdi. Bədənimdə ağrılar var idi. Təcili morfin lazım idi mənə. Divanda əyləşib ağrıyan bədənimi əllərimlə sıxdım. Qollarım keyləşirdi, beynimdə dayanan zaman, hərəkət etmədən, sanki qarşımda durub mənə gülürdü. Alnımdan axan tərləri hiss edirdim. Deyəsən müvvəqqəti ölüm keçirirdim. Dünya niyə qaralırdı ? Axxxx...zəhrimara qalsın piano səsi bu vəziyyətimdə qullaqlarımı cırmaqlayırdı. Ayaqlarımı büküb divanda uzandım. Pəncərələr açıq deyildi ancaq üşüyürdüm, evdə neçə pəncərə var idi ?
axx..s*kt*r deyəsən dəli oluram. Bugün müvvəqqəti ölümümlə yatmalı olacağdım. Gecən xeyrə dünya gəlirəm, qollarını aç mənə - deyib gözlərimi yumdum.

ƏcəlbarmaqWhere stories live. Discover now