Xəyala dalıram bəzən. Gözümü yumuram və məni təhqir edən insanlar görürəm. Sanki gilyotində başım vurulacaq və buda mənim son günüm olacaq. İnsanların aldadıcı xoşbəxtlikləri kiçik, bəzəkli sözlərdən və ya bəzəkli əşyalardan ibarətdir.
Hər gün sosial şəbəklərdə günlər keçir, yeməklər paylaşılır və gəzintilərə çıxılır.
Niyə bunlar insanları xoşbəxt edir?
Artıq şəxsi həyatlar yoxdur. Ünvanlar yoxdur. Və s, və s.Bir neçə gün əvvəl özümə söz verdim. Heroin, morfin yox idi artıq. Ağrılarım olsa belə istifadə etməyəcəkdim.
Bu ikinci mətnin üzərindən iki gün keçir, hal-hazırda qarşımdakı morfin qabı boşladı. Rahat idim. Sözümü tutmadım, kim verdiyi sözü tutur ki?
Bugün saat 22:00 da "BeerHouse" pub restoranında Qaracan Həsənovla kiçik dialoqum olacaq. Onun bu dialoqdan xəbəri yoxdur, mənim varlıqımdan da həmçinin. Notebook-umu götürüb həmin ünvana getdim.
İçəri daxil olduğum da, dördüncü masada bir qızla qarşı-qarşıya oturmuş, pivə içərək söhbət etdiyini gördüm. Heçnə olmamış kimi həmin masaya doğru irəllədim. Mənim gəldiyimi görüb, barmağıyla qarşısındakı qıza sus işərisi etdi və qorxmuş baxışlarla mənə baxdı.Gülümsəyib dialoqa başladım.
- Qaracan Həsənov, salam dostum - gülümsədim
- Bağışlayın, tanımadım?
- aha, çox gözəl. Varlığımdan xəbəri olmayan insanları sevirəm - daha bir şeytani gülüşlə gözlərinə diqqətlə baxdım.
Fikirli şəkildə dodaqlarını dişləyib - Məni izlə - dedi və arxasını çevirdi.
Dediyi kimidə etdim. Onu izlədim. Dar kolidorun tam başında dəmir qapıya yaxınlaşdıq. Barmaqlarını qapıya iki dəfə vurub, sonra piano çalarmışcasına qapının üzərində barmaqlarını taqqıldadaraq hərəkət etdirdi. Deyəsən şifrəli girişin açarı idi bu.
Qapı açıldı. Qaranlıq otağa daxil olduq. Və bir çıtma ilə otaq aydınlandı. Otağın hər tərəfində qanlı kleonka pərdələr asılmışdı. Daha bir yeni otağa daxil olduq. Bu otaqda, üzəri boş bir masa və bir ədəd stul var idi. Stula əyləşməyimi istədi, bu təklifinə yox demədim və əyləşdim. Qapını bağlayıb, yumşaq yerini masaya söykədi və qarşımda dayandı. İlk sözü isə belə oldu.- Səni eşidirəm - biraz gözlədi, danışmadım - noldu? qorxursan? ha ha ha - əlini masaya vurub masanın kənarından altına stul çəkdi. Niyə içəri daxil olanda bu stulu görməmişdim? demək gözdən qaçırıram çox şeyi.
- nələrdən xoşbəxt olursan?
Sual dolu gözlərlə cavab verdi.
- necə? başa düşmədim?
- sözümü təkrar etmiyəcəm, necə başa düşdünsə ona görə cavab ver.
- hmm, çox ağıllı insan olduğunu düşünürsən, amma məndən ağıllı olduğunu düşünmə.
- ağıllı insan? mən insan deyiləm
- ha ha ha, nə sarsaqlayırsan axmaq. Qarşıma çıxan sənin kimi insanlar hal-hazırda qara torpaqda istirahət edir
- mən qara torpaqda istirahət etmək istəmirəm. Başqa alternativlər varmı? ağ torpaq məsələn. Toz kimi.
- demək narkotik üçün gəlmisən. Mən toz satmıram. Məni kimləsə qarışdırırsan.
- dostum, bəlkə əsas mövzunu açım? birazda onu müzakirə edək?
Stulu tərsinə çevirib qarşımda oturur.
- dinləyirəm
Çantamın içindən sarı qovluqu çıxardıb, ona uzatdım.
- bu nədi?
- bir neçə saniyə ərzində Qaracan Həsənovun keçmişinə səyahət edək - lənətə gəlmiş şeytani gülüşümü üzümdən asdım yenidən.
- hmmm, baxaq görək nələr var içində.
Qovluqu açar-açmaz üzünün görüntüsünü, qorxu maskası əvəz etdi. Qovluquda oteldə yatdığı qızların şəkilləri, orqanları çıxarılan uşaqların siyahısı və birdə Fərahimin həyatı ilə bağlı bəzi sənədlər. Fərahimin atasının ölümündə Qaracan Həsənovun əli var idi. Onu aradan qaldırmağının tək səbəbi, gördüyü bu qara işlərin onunda xəbər tutması idi. Üçüncü şəxsin bildiyi məlumat heç vaxt sirr deyil məntiqiylə onu öldütdürür. Ancaq bir sual çıxır ortaya, ikinci şəxs kim idi?
Fərahimin atasını ortadan qaldırdıqdan sonra anasını onla yatmağa məcbur edir. Qabaqcadan təhdit edir ki, oğlun öləcək. Lakin bu təhditi qulaq ardına vurur. Buna əsəbləşən Qaracan həmin qadının oğlunu qaçırır və qolunu kəsdirir. Oğlunun əzab iniltilərini birbaşa telefondan qadına dinlətdirir.
Sonda Qaracanın yatağına girmə təklifini qəbul edir.Bütün bu məlumatları bir-bir incələyib, oxuyur.
- bu məlumatları hardan əldə etmisən? daaanış şərəfsiz!!
- şt, şt, şttt sakit ol dostum. Sirrini artıq dördüncü adamda bilir. Hərdən bilirsən nə düşünürəm? niyə qarşımda dəqiqələr əvvəl deyib, gülən biri, saniyələr sonra əl-ayağı titrəyir? bunun cavabını heç vaxt tapa bilmirdim, amma.... - siqaret paçkasını cibimdən çıxardıb, öndə olan uğurlu siqaretimi götürüb alışdırdım - hə harda qalmışdıq? amma da. Demək bu sualıma cavabı bugün bura gələndə tapa bildim. Mən qarşımdakı insanın çöküşünü izlərkən xoşbəxt oluram. Bir sadistin aldığı həzzi alıram. Səhv başa düşmə mən sadist deyiləm.
- məni şantaj edirsən sən? nəqədər miqdara ehtiyacın var? de, deee!!. Yada yox, nc nc yox. Mən sənə bugün burada çerk yazsam sən hərgün, hərgün məni təhdit edib pul istəyəsən. Ya çıx buranı tərk et, ya da - masanın altına yapışdırdığı silahı çıxarıb mənə tərəf tutur - ikinci seçim qara torpağa səhayət edəsən.
- güldürmə məni dostum, əgər məntiqnən düşünsək, mən hər insan kimi birinici variantı seçəcəm. Amma bəyaqda dedim axı, mən insan deyiləm - siqaretə axırıncı qullamı vurub kənara tulladım.
Qarşımda çökən bir insan portreti var idi. Rəssamı Da Vinçi deyildi. Bu əsərin rəssamı mən idim. Udqunub silahı başına tuş etdi və dedi.
- çıx buranı tərk et, çıx s*kt*r çöööləəəəə!!!!
Çantamı götürdüm. Kapşonun papağını başıma çəkdim. Əlimlə qapının cəftəsindən tutub aşağı endirən zaman, o valeh edici səsi eşitdim. Silahdan açılan mərmi başını dəlib keçmişdi. Üzərimə sıçrayan qana barmağımla toxunub, burnuma tərəf tutdum. Qan qoxsu...bu iy qədər başqa heç bir iy bədənimi rahatlatmır.
Çölə çıxıb qapını bağladım. Yavaş addımlarla oranı tərk etdim. Siqaretimi alışdırdım və yoluma davam etdim.
YOU ARE READING
Əcəlbarmaq
Mystery / ThrillerSənə aid olan xoşbətliyin nə vaxtsa əlindən, zornan alınacağını xəyal etmisən ? Bəlkə də, xəyal etməkdən qorxursan hə ? özün-özünü zəif görməkdən çəkinirsən, nə qədər də, acizsən dostum. 18+ aşağı oxuyucu üçün uyğun olmayan sözlər və səhnələr yer a...