Deyəsən bir oyunun içində idim. Xəbərim olmadan bu oyunda baş qəhrəmana çevrilmişdim. Bəlkə bu oyunu özüm-özümə oynayırdım hə? kim mənə qarşı gələ bilərdi?
Komputerin qarşısına keçdim və özümü axtardım. Bütün sosial şəbəkələri araşdırdım, lakin heçbir nəticə yox idi. Qeydiyyatda olduğum hansısa məlumat belə mövcud deyildi. Niyə nəticəsiz qalırdı axtarışım? suallarıma susaraq cavab verirsən, bəlkədə səndə bu oyunda mənimlə bərabərsən. Heç bir şey yox idi mənim varlığımı sübut edəcək. Ya mən ölüyəm, yada ölmüş birinin ruhuyam.
Saat 00:00
Yuxulara inanırsan? mən inanıram, çünki yalnız yuxuda istədiklərini bir neçə saatlıqda olsa əldə edirsən. Nə zamansa səndə olubmu gördüyün yuxudan oyanmaq istəməyəsən? məndə dəfələrlə təkrar olub, amma hər dəfəsində oyanmışam həmin yuxudan. Həmin yuxu sənə saatlar qədər uzaqdı əslində, zamansız məkanda istəklərin gerçəkləşir. Absurd olsa belə təsir gücü günlərlə kəçəcək qədər bəs edir. Yox, budəfə yuxu görmürdüm. Yuxu görsəm belə bu mənim heç vaxt istəyim olmayıb. Çarpayıda uzanıb, gecə yarı başımın üzərində dayanan, altı qara geyimli rahiblə baxışırdım. Üzləri görsənmirdi, sadəcə qara paltarın içində gizlənən qaranlığı seçə bilirdim. Əlimi çarpayının yanına uzadıb köynəyimi götürmək istədim, lakin rahiblərdən biri mənə əngəl olaraq dedi:
- belə gedəcəksən! - qalın səs tonu ilə
Beynimdə yaranan ani çaşğınlıqdan nə edəcəyimi bilmədim. Sual olaraq hara gedəcəyimi soruşdum, cavabında həmin qalın səs tonlu rahib
- aid olduğun yerə - deyə cavab verdi
Əlimi çənəmə sürtüb fikirləşdim, bir neçə saniyə keçdi və dedim:
- aid olacağım yerdəyəm - zarafat qarışıq üzümdə gülümsəmə yaratdım
- vaxtın azdır, hər saat biri öləcək. Aid olduğun yerin əmrlərini yerinə yetirsən, həmin insanların taleyini özün müəyyən edəcəksən...
Yeni bir sual daha vermək istəyirdim, lakin gözümün qarşısında qaralan dünyanın, necədə xoşbəxt hiss olduğunu, daddım bir anlıq.
***
Dostum, kölgələrə güvənmək olar səncə? öz kölgəni nəzərdə tuturam. Necəki sən hara getsən belə o səni izləyir. Həyatda sənə tək sadiq biri varsa oda yalnız sənin kölgəndir. Məndə bir zamanlar indi sənə izzah etdiyim kimi düşünürdüm, ancaq vaxt keçdikcə bununda g*t yığını yalanlardan biri olduğunu gördüm. Mən kölgəmi belə məhv etmişəm, mənə tək sadiq qalacaq yalnız iki şey var, nifrətim və barmaqlarım.
Gözümü açdığımda buranın heçdə tanış gəlmədiyini gördüm. Siqaret çəkmək istəyirdim, lakin əlim bağlı olduğundan deyəsən mümkün olmayacaqdı bu istəyim. Qaranlıq və bir o qədərdə səssiz bir yerdə ətrafı izlədim.
Mən bura necə gəldim? kim gətirmişdi məni bura?
Axxx..zəhrimar..bütün bədənim sancırdı. Morfin lazım idi mənə, yoxsa belə keçmiyəcəkdi bu zibil. Səssizlikdən bezib qışqırdım.
- Məni eşidirsiz?! heç olmasa əllərimi açın siqaretimi çəkim
Səsim ətrafa yayılırdı. Hər qışqırdıqca səsim yenidən mənə qayıdırdı.
- G**t, əllərimi açıın!
Səsimə cavab olaraq, qulaqlarıma yad olan ayaq səsləri eşitdim. Deyəsən eşitmişdilər nəhayət səsimi. Hər saniyə həmin ayaq səsləri dahada yaxınlaşırdı mənə. Ayaq səsləri mənə tam yaxınlaşmadan yarı yolda dayandı. Və yavaş-yavaş ayaq səsinin sahibi işığı açdı. Divarlarda asılan lampalardan birini alışdırmışdı. Bir dəqiqə sonra yenidən yanıma gəlməyə başladı. Qarşımda dayandı və kapşonun papağını arxaya çəkib, üzümə baxdı. Üz siması yox idi. Sadəcə ağ maska, maskanın üzərində gülən qırmızı dodaqlar. Əlini cibinə saldı və balaca qabda olan morfini mənə uzatdı.
- Dostum, bu zarafatdır hə? - əsəbi formada gülmsədim
Cavab gəlmədi.
- Əllərim bağlıdı
Balaca qabdan morfin çıxardı və ağzıma qoydu. Su yox idi, məcbur qalıb morfini su olmadan qəbul etdim. Bir-iki dəfə öskürdüm, başımı qaldırdım üzünə baxdım.
- Sən kimsən dostum? burada film çəkirik?!
Qalın və xırıltılı səs tonu ilə cavab verdi.
- Xoş gəldin!..
- Heçnə başa düşmürəm, sən kimsən?
- Deyəsən maraqlıdır sənə kim olduğum
- Əlbətdə, bilməliyəm axı məni kim qonaq çağırıb. Ev sahibimiz kimdi?
- Məni tanıyırsan
- Hmm, tanış gəlmirsən
- Hər şey bitəcək, göz yaşlarını hərkəsdən gizlədəsən, mənim kim olduğumu o zaman biləsən
- Ştt..şt gözlə bir dəqiqə..deməli o sirrli mesajları sən yazırdın hə?
Yenə susaraq cavab verdi
- deyəsən tanıyıram səni, Ali Joshep?
- O artıq bir ölüdür!
- Necə? öz adamını öldürmüsən?
- Ətrafında olanlar yavaş-yavaş gözdən itəcək
Son bir sualım qalmışdı verəcək. Sualı verən zaman, arxasını mənə çevirdi və ağır addımlarla otağın çıxışına doğru getdi. Lampaya üfürdü və işıqlar yenidən öz yerini qaranlıqla əvəz etdi.
Bu bəlkədə sonun başlanğıcı idi. Mənə oyun oynayırdılar. Bu oyunun baş qəhrəmanı mənim idim, bəs digərləri? Sıra kimdə ola bilərdi?
Aaaxx...s*kt*t..Fidan...!!
ESTÁS LEYENDO
Əcəlbarmaq
Misterio / SuspensoSənə aid olan xoşbətliyin nə vaxtsa əlindən, zornan alınacağını xəyal etmisən ? Bəlkə də, xəyal etməkdən qorxursan hə ? özün-özünü zəif görməkdən çəkinirsən, nə qədər də, acizsən dostum. 18+ aşağı oxuyucu üçün uyğun olmayan sözlər və səhnələr yer a...