Nağıl kimi...

183 15 1
                                    

Nağıl kimi başlayıb,
Nağıl kimi bitməyən.
Qəsdən məhv edilsə də
amma heç vaxt itməyən,
Sevgimiz var dünyada.
Sonsuz sevgiylə sevib,
Heç vaxt yola getməyən
Biz varıq dar dünyada.
Yaşamağa dəyər hələ,
Gündə bir az ölə- ölə,
Torpaq olub, dönüb gilə
Ölsək də biz,
Bizdən çox yaşar sevgimiz.

Düzdür sevgi bir az sərtdir,
Bir olmamaq böyük dərddir.
Amma ki sən,
Dərd çəkdiyimizə görə dərd çəkmə,
Heç bir şeyə sərhəd çəkmə!
Sərhədsiz ol!
Çünki bu yol
Sərhədsizdir.
Sevgi hədsiz ,qəm hədsizdir.
Dərd çəkərək mərd oluruq,
"Sevgi yoxdur"- deyənlərə dərd oluruq...

2007.

Şe'rlərWhere stories live. Discover now