Adsiz Bölüm 4

147 15 2
                                    

Yenə günlərdən ikinci gün idi, və mən həmişə ki, kimi məktəbdən evə tez gəlmişdim. Axırıncı saat ders boş keçdiyi üçün. Normalda da, mən axırıncı saat dərslərinə nifrət edərdim. Nəinki dərslər axırıncı olan hər şeyə. Sanki ümidini itirmişcəsinə olursan, əlini hər şeydən üzürsən, özünü dayaqsız vecsiz hiss edirsən.
Evə gəlib kitablarımı hazırlıq kitabları ilə yerlərini dəyişdirdim, və anamın hazırladığı yeməyimi yeyib evdən uzaqlaşdım.
Həmişə ki, kimi atam yenə işdə idi. Ümumiyyətlə mən atamı cox az görərdim. Mənim üçün çox əziyyət çəkdiyini çox yaxşı bilirdim.
Mən uzaqdan yaxınlaşan ilk taksiyə minib hazırlıq olan məktəbin qabağında endim. Uşaqların çoxu məktəbin həyətində yığışıb zarafatlaşır, bəziləri isə dərs, imtahanlar haqda sohbət edirdilər.
Mən sakitcə salam verib içəri otağa keçdim.
Yenə həmişə ki, kimi oğlanlar həyətdə qızlar isə içəridə oturmuşdular. Məndən savayı içəridə Əli-də vardı. Kitablarımı çantamdan çıxardıb stolun üstünə qoyub, Əli-nin yanında əyləşdim.
Neynirsən Əli ?
Əli: heç oturmuşam. Gəlib gedənə baxıram. Sən neynirsən ? dedi Əli.
Heç neyniyəcəm. Məndə sənin kimi deyib yenidən öz yerimə keçdim. Amma biraz narahat idim, çünki o yox idi gəlməmişdi hələ.
- Və dərsin başlanmağına 10 dəqiqə qalmışdı. Birdən içimdə yaranan o qəribə hissin necə rahatlıq verdiyini bir mən bilə-bilərdim. Gələn o idi, içəri daxil olaraq yerində əyləşdi.
Indi daha yaxşı idim. Və dərs bitənə qədər gözümü ondan çəkmədim, bir iki dəfəni çıxmaq şərti ilə...
Sanki onu çoxdandı tanıyırmış kimi baxırdım ona. Halbuki 5-6 ay olardı eyni hazirlıqda olardıq, və mənim heç kəslə ünsiyyətim olmamışdı.
Hər gün daha gözəl görünürdü sanki. Və mən ötən hər gün daha da, çox sevirdim, bağlanırdım ona.
Bilmiridim içimdəki bu hissi. Yəni sanki bilirdim də, mən tərif edə bilmirdim. Onu sevməyimi tək özüm biliridim. Çünki özümdən başqa heç kəsə güvənmirdim.
Bəlkə də o vaxt ona görə xoşbəxt idim. Çünki birinə güvəndiyin gün öz quyunu özün qazarsan...

ÇarəsizWhere stories live. Discover now