Aradan dörd ya da, beş ay keçmişdi. demək olar ki sağalmışdım, amma hələ də, arada tutmalar, ve başım fırlanmaları olurdu. Amma bunlar elə də, qorxuducu deyildi. Amma yenə də, içimdə bir boşluq vardı, heç dolmayan. O boşluq ki, onu yalnız o doldura bilərdi. Bu 5-6 ay ərzində universitetə uyğunlaşmağa çalışırdım. Çətin idi, saxta insanlarla danışmaq, saxta gülüşlər, gündüzləri gülübdə gecələr qan ağlayanlar və.s insanalarla dolu idi. Mən o qədər səssiz və sakit biri idim ki, qrupdaki uşaqlara alışmağım biraz gec oldu. Əlbətdə sakit olsamda uşaqlıqdan marağım həmişə dizayner olmaq olub.
Öz ideyalarımda olubdu həmişə, ancaq bunu gerçəkləşdirmək üçün həyatın bizim qarşımıza qoyduğu keçilməsi çətin olan yoldan keçmək idi.
Amma yenə də, ağlımdan çıxmayan biri vardı. Və onun da mənlə eyni universitetdə oxumağı onu hərdən-bir görməyim məni çox sevindirirdi.
Bir gün cəsərətimi toparlayıb ona yaxınlaşdım.
Salam xanım bir dəqiqə sizə olar ?
-Buyurun dedi:
Mənim sizdən, sizdən çox xoşum gəlir. Demək olar ki artıq bir il olur.
-Nə olsun. Ola bilər.
Biraz sınmış kimi hiss edib, bir müddət səssiz oldum. Və yenidən olar bir-birimizi tanıyaq ? dedim.
-Yox istəmirəm. Sağolun.
Bir müddət eləcə dayandım yerimdə sakitcə. Bu sakitliyi qrup yoldaşımın səsi pozdu.
Evə gec gəldim. Vaxtın necə keçdiyini və harda olduğunu heç xatırlamırdım. Yerimdə uzandım eləcə. Səhər dərs yox idi deyə tez durmaq ehtimalımda yox idi. Artıq nəinki həyatıma girməyi bir yana yuxularıma da gəlirdi. Artıq sirf onu görmək üçün tez yatırdım ki, onu biraz daha çox görə bilim. Bunu axırı hara gedirdi bilmirdim, amma onu bilirdim ki, bir də mən heç kəsi belə sevməyəcəm...
YOU ARE READING
Çarəsiz
Romanceİnsan bəzən o qədər Çarəsiz qalır ki, heç kəsi düşünməyə nə hali, nədə ki inami qalır. get-gedə soyuyan munasibətlər və yalnızlıq...