bölüm2

47 9 2
                                    

Müəllif Ömür yazar.
Sən o deyilsən,
Mən o deyiləm.

Nə sağım bəllidir, nə də ki, solum,
Nə yerişim düzdür, nə də ki, yolum,
Hər yandan itilib, qırılıb qolum
Mən həminki mənəm, sən o, deyilsən.

Hərədən bir zərbə, hərədən sillə,
Çıxmaz yaddaşımdan nə ayla, illə,
Yalanına əvəz dəyəydi güllə
Mən həminki mənəm, sən o, deyilsən.

İstirab çəkirəm, sənisə tütün,
Uzağı yarımcansan, iflicəm bütün,
Sən açıq səmada, mənə hər yer tün
Mən həminki mənəm, sən o deyilsən.

Sanırsan xoşbəxtlik sənlə tənbə-tən?...
Yanıldın buna, əmin ol ki, sən.
Artıq o həmin ki, olmayacam
Mən,
Sən elə həmin sənsən, mən o deyiləm.

Məcnuntək səhraya düşsəndə belə,
Fərhattək dağları dəlsəndə belə
Yıxılıb dərdimdən öləndə belə
Sən elə həmin sən-sən, mən o, deyiləm.

Dünyalar başına yıxılacaqdır,
Şimşəkdə qəzəbdən çaxılacaqdır.
Gözlərin hər zaman ağlayacaqdır.
Gözlər həminkidir, mən o, deyiləm.

Hərəmiz bir yurdda məskən salmışıq,
Aldadıb, ayrılıb tənha qalmışıq,
Bəlkədə səhvlərdən dərsdə almışıq...
Nə sən həmin sənsən, nə mən həmin mən,
Nə sən o, deyilsən, nə mən deyiləm.

Sev Məni Ölənə qədərHikayelerin yaşadığı yer. Şimdi keşfedin