Müəllif, Ömür yazar
( 8 mart )Səhər yuxudan durub,
Baxçaya tərəf qaçdım.
Bir dəstə gül toplayıb
Anama qucaq açdım.
Gözlərindən öpərək,
Təbrik eylədim onu .
Atdığı hər bir addım
Mənə cənnətin yolu!
8 mart qadınların,
Anaların bayramı
Mənim kimi təbrikə
Qoşula gərək hamı.
Cünki bizə can verib,
Candan yanan anadır.
Dünyalar bir yana
Anamsa bir yanadır.

ŞİMDİ OKUDUĞUN
Sev Məni Ölənə qədər
PuisiYazılan Hər bir Yazı, Alın Yazısını şikayət etmək üçündür.