Poz alnıma yazdığını...
Müəllif Ömür yazarYazıları yazan sən-sən,
Poz alnıma yazdığını.
Mənə ümid güman sən sən,
Poz alnıma yazdığını!!!Bu dünya da, əl açdığım,
Yeganə varlığım sən sən.
Mən dilənci sədəqə ver,
Poz alnıma yazdığını!Elə poz ki, oxunmasın,
Qap- qara talehim mənim.
Hər şey əlindədir sənin,
Poz alnıma yazdığını!Onzu da mən naçarəyəm,
Kimsəsizəm biçarəyəm,
Yazar, sinəsi yarəyəm,
Poz alnıma yazdığını!Ağladacaq sətir məni,
Arzulara yetir məni,
Ya da, öldür, bitir məni
Poz alnıma yazdığını...

ŞİMDİ OKUDUĞUN
Sev Məni Ölənə qədər
PoetryYazılan Hər bir Yazı, Alın Yazısını şikayət etmək üçündür.