Müəllif Ömür yazar.Gözləyirik biz yolunu,
Qırıblar haqqın qolunu,
Gözlətmə gəl bu qulunu,
İmam Zaman, aman, aman...
Aman, aman, aman, duman.İmam Huseyni öldürən,
Yezidlərə lənət deyən,
Bizi sənə aşiq edən
Oldu Quran, aman, aman
Aman, aman, aman, dumanDünya malı niyə şirin,
Öldürürlər biri- birin,
Kim tapacaq bunun sirrin,
Doğru olub yaman aman...
Aman, aman, aman, duman.Haqq deyəni haqlayırlar,
Haqqlını ayaqlayırlar,
Sonar məni qınayırlar,
Yazır yalan, aman, aman
Aman, aman, aman, duman.İşğal olub elim obam,
Başın üstün alıb duman
Çəkilməlidir, çox güman
Satqınlar getdiyi aan
Aman, aman, aman, duman.

ŞİMDİ OKUDUĞUN
Sev Məni Ölənə qədər
PoetryYazılan Hər bir Yazı, Alın Yazısını şikayət etmək üçündür.