bölüm10

10 2 0
                                    

Günlükdəki acı keçmiş
Müəllif Ömür yazar

İllərdir yazdığım günlüyü bu gün,
Mən varaq -varaq, varaqlayırdım.
Keçmişimə dair etdiklərimi,
Etmədiklərimi mən anlayırdım.
Bəzən bunları mənim etmişəm?
Yox- yox İlahi bu ola bilməz.
Mən uşaq olsamda dəli deyildim.
Varaqlar səhv ilə...
Yox, dola bilməz
Niyə mən bu qədər yalnış edərkən,
Niyə kimsə məni durdurmamışdı.
Yoxsa ətrafımda olanlar ölüb?
Yada ki, kimsələr heç olmamışdı?.
Deyəsən yuxudur, qorxulu yuxu,
Oyandırın məni Allaha xatir.
Yada, siz əbədi heç oyatmayın,
Hər şeyi unudum keçmişə dair.
Kimsə qaranlıq o, keçmişimə,
Kimsə çürət edib işıq tutmasın.
Neçə ki, ediləni mən unutmadım.
Edəcək olduqlarımda, unutmasın.
Etdiyim hörmət"i töhmət bildiniz,
Mən ağlar oldum, sizlər güldünüz.
Bir vaxtlar məni yox bilən kəslər,
Mənim üçün sizlərdə bu gün öldünüz.
Qorxulu bir yerdir mənim ürəyim,
Ölülər məzarlığı, ölənlər çoxdur,
Üç nəfərdən başqa bu ürəyimdə
Heç kimə verəcək ürəyim yoxdur!!!

" Ömür öz həyatının kiçik hissəsin
Qələmə aldı, oxuyan üçün.
Qəlbində qopan o qasırğanı,
Azacıqda olsa duyanlar üçün... "

Sev Məni Ölənə qədərHikayelerin yaşadığı yer. Şimdi keşfedin