"Həyat sənindir"
Müəllif Ömür yazar
Ürəyin dolub-daşır, gözləri qəmli,
Üzündən kədər yağır, kipriyi nəmli,
Sənin göz yaşına dəyərmi dünya?!
Kimsələr özün qədər deyil önəmli.Yalandır, yalançıdır, aldadır həyat,
İnsanın əlehinə işləyir saat.
Dərdini, qəmini, yüksəklikdən at
Gücündən qorxsun sənin böyük kainat.Ölmək istəyirsən! ölmə, sən öldür,
Hər kəsin hədini, yerini bildir.
Arsızı ağlat, dərdlini güldür
Zaman bu zamansa, həyat sənindir.

ŞİMDİ OKUDUĞUN
Sev Məni Ölənə qədər
PoetryYazılan Hər bir Yazı, Alın Yazısını şikayət etmək üçündür.