La rahati fiddunya..

46 3 0
                                    

Bəlkədə bildiyin bir hekayəni danışacam,amma yenədə qısaca yada salaq: Yerə bir bal damlası düşmüş və bir gün bir qarışqa o bal damlasından dadıb və getmiş,amma bal çox xoşuna gəlmiş.Bir müddət sonra təkrar gəlib,bir az daha baldan yemiş.Sonra getmək istəmiş,amma bal o qədər ləzzətli imişki,baldan ayrıla bilməyib, içinə doğru girmiş.Çıxmaq istəyəndə də gücü çatmamış,çırpındıqca daha da batmış və beləcə balın içində də can vermiş.Qarışqa bir az bal ilə kifayətlənsəydi,əlbətdə ölməyəcəkdi...

Hz.Ömər demiş ki; Dünya böyük bir bal damlasıdır.Kim ondan müəyyən qədər ilə kifayətlənərsə qurtular.Kim də içinə doğru gedərsə,qarışqa misalı batdıqca batar..

Gözümüzdə böyütdüyümüz və ən dəyərliyə çevirdiyimiz bu dünya yol üstü baş çəkdiyimiz yerdir.Necə ki,Gəncədən Bakıya gedərkən şəhərlərdən keçirik,eləcədə Kalu beladan Axirətə gedərkən,Dünyadan keçirik.Yol bəllidir,dostum,məqsəd bu yolda doğru yönü tapmaqdır.İşin ən maraqlı tərəfi isə,Allah ondan gəlib ona gedəcəyimiz yolda,yönümüzü tapmaq üçün Qurani Kərimi nazil etmiş..Oxuyaq ki,doğru irəliləyək.Oxuyaq ki,ruhumuz qidalansın.Abimin çox sevdiyim sözü var: " Hani müzik ruhun gıdası diyorlar ya,yalan.Ruhun gıdası Kur'andır Jale gız "

Biz çoxumuz huzurun və rahatlığın qəlbi doldurduğu o xoş hissi - sevinci sətirlərdə görüb,oxuyan olduq.Halbuki yaşamaq üçün 1 dəstəmaz,1 səccadə,1 Qurani Kərim,1 dua və 1 də ürək lazım idi,unutduq...

Daddıq Dünyanın zəhər olan balını və unutduq. Niyə burda olduğumuzu...Verdiyimiz sözü...

" Yeryüzü dediğin bir koca mabed.

Geldik bu mabede maksat ibadet.

Üç günlük bir dünya için gayret üstüne gayret...

Ebedi bir hayat için gayret yok hayret...

Ezanlar ederken secdeye davet,

Hep yarın diyorsun oysa kim bilir ;

O yarın belki kıyamet ! " (Necip Fazıl Kısakürek)

Bir də bir şeyi sənlə paylaşım,əziz dost,amma aramızda qalsın..(Yox,yox anormal olduğumu demirəm,onu hamı bilir.O sirr deyil yəni. :) ) Bəzən ölüm haqqında düşünürəm. Ölümüm haqqında... Onsuzda əvvəl-axır gedəcəyimiz yerdir.Necə deyərlər "Ölüm ölmür".Deyirəm,görəsən xeyirlə sona çatacaq dayanacaqdamı ölüm məni tapacaq? Bəlkə hiss etdikdən sonra,bəlkə də ummadığım anda... Görəsən bu dünyada qoyub getdiklərim ağlayacaqmı arxamdan? Minlərlə sualla savaşan beynim və "Ölüm var" deməyə alışmış dilim... Görəsən təbəssümlə gözümü yuma biləcəyəmmi? Hər necə olur olsun öləcəyəm və bir gün arxamca "İnna lillahi və inna ileyhi raciun" deyiləcək.Öldüyümü eşitməyəcəm,amma hər kəsə eşitdiriləcək..Günəş mənsiz batib,Ay mənsiz doğacaq.Küləyin,yağış damlalarının üzümü oxşamasını bir daha hiss etməyəcəm...

Bitəcək dostum,bitəcək.Bu həyatda bitəcək,çatacağıq varmalı olduğumuz yerə...Çox keçmədən yönümüzü seçək,yoxsa batdıqca boğularıq,cancağızım..

" Qapı açılar,sən yetər ki,vurmağı bil!

Nə zaman bilmərəm amma

Yetər ki,o qapıda durmağı bil!" (Hz.Mevlana)

"Başlanğıclar"Tempat cerita menjadi hidup. Temukan sekarang