Hünər göstər,bir şey apar, bu dünyadan...

58 6 1
                                    

Lazımsız bir şeyə üzülərək o anlarımızı,günlərimizi,bəzən isə həyatımızı məhv edirik.Buna daha çox qəbul imtahanlarında istədikləri nəticəni göstərməyən abituriyentləri yaxud eşq acısı çəkən 16-22 yaşlı gənc yoldaşları misal göstərmək olar.Bir də bankdan faizlə kredit götürənləri...

-Bu il qəbul imtahanlarında gözlədiyi balı toplaya bilməyib,intihar edən neçə gənc adı eşitdik.Neçə gələcək beləcə aramızdan getdi.Tüm qəlbi ilə istədiyi arzusuna çata bilmədikdə,beynində bu cür intihar düşüncəsi yaranan gənc dostlarıma yazılsın bu yazı...

İstədiyin nəticəni əldə edə bilmədin deyə çıxış yolunu intihardamı görürsən,dostum?Budur sənin gücün?Elə bunu bacarırsan?Başa düş,bu həyatın səninlə oynadığı oyundur.Əvvəl də qeyd etdiyim kimi,sadəcə oyunu zəif oynayıbsan və indi top həyatdadır.Axı sən özün yaxşı bilirsən,futbol 90 dəqiqədir.Doğru hücumlar etsən,qalib gələcəksən,buna əmin ol.Ruhdan düşərək uğur qazanmaq olmur.Sadəcə OYAN və HƏRƏKƏTƏ KEÇ.Haa bir de enerji fakiri misin nesin Allah aşkına?Bir az pozitiv ol.Gülümse. :)

-Sən bir uşağın günlərlə ac,susuz qalmasının nə demək olduğunu,onun çəkdiyi acını,buz kimi soyuq otaqda,anasının düzəltdiyi qolbağısını öpərək yatan,hər gecə "ANA?" deyə boğularaq ağlayan uşağın acısını bilirsənmi?Sən bir ananın,bir atanın övladını torpağa tapşırarkən etdiyi fəryadı duyursanmı?Çəktikləri ahı hiss edirsənmi?Ömrünün sonuna nə qədər qaldığını bilərək yaşayan və hər şeyə rəğmən insanlara,həyata gülümsəyən birinin qəlbindəki o acını görürsənmi,duyursanmı?Dünya qısa olduğu halda şirindir,dostum.Demirəm bu şirinə aldan,heç olmasa özünə zəhər etmə.Və "Eşq acısı çəkirəm" demə.Etmə belə,sənə də yazıqdır axı.Həyatını-nəfəs aldığın hər anı yaşa,dadını çıxar.Bir daha bu yaşda olmayacaqsan.Artıq anla,bir daha yaşamayacaqsan bu anı və bir daha dönməyəcəksən həyata.

Səni tərk elədi?-Özü itirdi.

Səni heç sevmədimi?-Yenə özü itirdi.

Bilmirəm dediklərim şablon kimi səsləndi ya yox,and olsun ki,boş təsəlli deyil bunlar.Sən öz üzərində çalışsan,özünü inkişaf etdirsən və bir az da zaman keçsə,hər şeyi anlayacaqsan.Əslində onun sənə layiq olmadığını görəcəksən.Və kimin itirdiyinidə...

-Zamanla əldə edə biləcəyimiz bir şeyi,tez və asan olması üçün faizlə kredit götürüb,gecələr yuxusuz qalmamıza ehtiyac yoxdur.Əslində bu yol tez olsa da,asan olmur.Bəzən bir neçə ay,bəzən 1 il,bəzən də daha çox vaxt ərzində hər ay yüklü miqdarda pul ödəmək asan deyil.Zaman,iradə və güc-bu üçü hər şeyi həll edir.Bəli,bəlkə bir az gec olur,amma təmiz olur.Nəticədə,"Gecələr başını yastığa rahat qoymağın yerini heç nə vermir"deyim,sən anla,dostum. :) (Buradan,bazarını bağladığım banklara salamlar)

"Başlanğıclar"Donde viven las historias. Descúbrelo ahora