Bəs mən sizin balaca qızınız idim,ana?!

142 13 6
                                    

Qızlarını savadlı,bacarıqlı böyüdən sonra zamanı gəldiyində sevdiyi ilə ailə həyatı qurmasına rza göstərən analar da var,qızlarını kürəkənləri xoşbəxt olsun deyə böyüdən analar da..
Həyat yoldaşı evə gələndə çayını,çörəyini verən,səhərdən axşama qədər ev işləri və uşaqları ilə məşğul olan,qadınlıq vəzifələrini yerinə yetirən,buna baxmayaraq xoş söz eşitməyən,proqramlaşdırılmış maşın rolu oynayan və sevmədiyi biri ilə məcburi evləndirilən qadınlarımız var.Halbuki insan ailəsinin də razılığı ilə sevdiyi ilə evlənsə gözəl olmazmı? Qadın həyat yoldaşından qorxmamalıdır. Başını bəyinin çiyninə söykədikdə,o yer ona huzur,güvən verməlidir.O,bəyinin həyatının sonuna qədər birlikdə yaşamaq istədiyi sol yanı-yârı olmalıdır.Xanım da bəyinin gözlərində həyatı tapmalı,nəfəs almalıdır.Qəlblər ömür yoldaşının sinəsində döyünməlidir.
İnsan beynini bir stəkan kimi,təcrübələri,yalanları,gerçəkləri,doğrunu,yanlışı-bir sözlə yaşadığı nə varsa su kimi düşünək. O stəkana o suyu tökən kimi baxsaq,suyu bulanıq görərik.Zaman keçdikcə o ərp yavaş-yavaş çökməyə,insan da həyatı yavaş-yavaş anlamağa başlayır.Eləki stəkandakı suyun üst hissəsi şəffaf oldu,bax o zaman insan evlənməyi düşünməlidir,dostum. 


Həyatımı həyat yoldaşım xoşbəxt olsun deyə yaşamaq istəmirəm, həyat yoldaşımla birlikdə xoşbəxt yaşamaq istəyirəm, ana...

"Başlanğıclar"Onde histórias criam vida. Descubra agora