Sən mənim 17 yaşımsan...

175 4 4
                                    


Sərt qışdan sonra baharın gəlişi ilə təbiətin oyanmasını,quşların səsini və o qəribə xoş qoxunu çox sevirəm."Dərslərin və işin çoxluğundan uzun müddətdir özümə zaman ayırmıram.Belə gözəl bazar səhərində kitab və heyranedici təbiət məni özümə gətirəcək"deyə düşündüm.Bu günü özümə ayırmalı idim,bir fincan qəhvə içdikdən sonra,telefonumu da evdə qoyub,kitab almaq üçün məhəlləmizin kitab dükanına getdim.Dükanın 50 illik sahibi Əzim baba idi.Bizim məhəlləyə köçdükləri zaman,kitabçı dükanını həyat yoldaşı ilə birlikdə açmışdılar.Elə o gündən bəri kim nə zaman kitab axtarsa,Əzim babanın yanına gedər,çox vaxt onun məsləhəti ilə kitabı seçərdilər.Hər səhər saat 8-dən,axşam 9-a qədər dükan açıq olardı.Qəribədir,saat 10 olmasına rəğmən,bu gün dükan bağlı idi və qapıda "Bağlıdır" yazısı asılmışdı.Harasa getdikdə ya da vacib işi olduqda,qapının arxasındakı kağız lövhədə qeydlər edərdi.Və heç vaxt o lövhədə "Bağlıdır"yazısını yazmazdı."Evim budur burdadır,övlad,nə vaxt kitab lazım olsa gəlib,qapımı döyün sadəcə.O dükan heç vaxt bağlı deyil"deyirdi.

-Heyif,bu dəfə kitab olmayacaq,deyib yaşıl parka doğru yola qoyuldum.

Orada neçə saat qaldığımı bilmirəm,amma sanki yorğunluğumu atmışdım.Bircə hələdə Əzim babadan nigaran idim...

Evə geri qayıdırdım.Dükanın önündən keçərkən,qapısının açıq olduğunu gördüm.Yüyürcək içəri keçdim.Budur O.Əynində kostyum,başında şlyapa papaq,bir əlində əsa,digər əlində...digər əlində isə şəkil,stulda əyləşmişdi Əzim baba.Orada olduğumu hiss etmədi belə.

Əzim baba bütün məhəllənin sevimli babası,kitabçısı və çox gözəl insandır.Uzun illər öncə,ağır xəstəlikdən ömür gün yoldaşını itirmişdi,elə o gündən bəri yalnız yaşayır və kim "Necəsən Əzim dayı?"soruşanda,"O'nsuzam,övlad,O'nsuzam"deyirdi.17 yaşında,kitab dükanında bir-birilərini tanımışlar.Zərifə nənə Əzim babanın ilk və əbədi sevgisi imiş.Evlənməyi qərara aldıqları zaman,nə qız evi,nə də oğlan evi razılıq verməyib.Oğlanın anası "Malım mülküm yad qızına qalmasın" deyib,öz qohumunu gəlin görmək istəyirmiş,qızın ailəsi də hələ Zərifə nənə uşaqkən xalasıoğlu ilə göbəkbağını kəsibmiş.Yəni hər iki ailə öz icadımız olan "ənənə"mizə uyğun hərəkət etmişlər.Bir gün hər ikisi qoşulub,bizim məhəllədəki və Əzim babanın uşaqlıq dostu olan Aslan babagilə gəlmişlər.Qonşuların köməyi ilə boş sahədə 2 otaqlı mənzil tikiblər.Sonrada evlərinin önündə hər ikisini qovuşduran balaca,şirin kitab dükanı kimi bir dükan açmışlar.Beləcə ölüm ayırana qədər birlikdə xoşbəxt ömür sürmüşlər.Həyat yoldaşının vəfatından sonra Əzim baba 4 ilə yaxın kimsəylə danışmıyıb,sanki Onun ölümündə təqsirliymiş kimi...Taaakii Zərifə nənəni yuxusunda görənə qədər...

Hər il xanımının doğum günündə,əyninə Zərifə nənənin bəyəndiyi kostyumu geyinib,əlində də gözəl çiçək buketi ilə Onun məzarını ziyarətə gedir.Deyəsən bu gün də Əzim baba məzar ziyarətindən gəlib..

Əsa tutduğu əlinin arxası ilə yanağından axan göz yaşlarını silir,xışıltılı və boğunuq bir səslə,titrəyən əllində tutduğu şəkil ilə danışırdı.

-Hardasan,Zərifəm?Hardasan dəli çağım?Axı,hardasan 17 yaşım?Artıq 10 ildir məni bu zalım dünyada yalnız qoyubsan..Niyə getdin,Zərifəm?Haqdandırmı bu etdiyin,mələk üzlüm?Bizki tükənməyən qələm,oxu,oxu bitməyən kitab idik.Darıxıram can dostum,darıxıram sirdaşım..Hər gecə bağrım yarılacaq kimi səssiz ağlamaqdan,hər gün sənsiz ölərək yaşamaqdan bezdim,Zərifəm.Bu acıya dayana bilirəm artıq,sənə qovuşum deyə Yaradana hər daim dua edirəm.

Bu gün yenə asılqandakı paltarlarına gözüm sataşdı,əlimə alıb sığal çəkdim...Bunun içində 1 can vardı,mənim gözəl qəlbli mələyim-yarım vardı..Bilirsən,Zərifəm üzərində hələdə qoxun var,o gül qoxun...Ah Zərifəm!Ad günün mübarək,xanımım...Mələklər qəlbindən öpsün...-deyib,başını aşağı əyərək hıçqırıqla ağlamağa başladı.

Və artıq göz yaşlarım məni boğurdu,səsim eşidilməsin deyə əlimlə ağzımı tutub,dükandan çıxmaq istədim.Elə arxamı çevirmişdimki,Əzim baba hönkürtü ilə"Burdasan,nəhayət gəldin!"dedi.Yenidən ona tərəf döndüm.O,əsasının köməyi olmadan ayağa qalxmışdı.Eləbil kimsə əlindən tutub,kömək etmişdi.Gözlərini qarşısındakı boşluğa dikərək,"Sənsiz bu qədər yaşadığım bəsdir,məni də özünlə apar,Zərifəm"dedi.Tez dükandan qaçaraq evə getdim.Əzim babanı ilk dəfə idiki bu cür görürdüm.Səsi,köks ötürərək ağlamağı gözümün önündən getmirdi.Bir az özümə gəldikdən sonra,yenidən dükana gedib,babanın qəlbini oxşamaq,fikrini dağıtmaq istəyirdim.Elə dükanın önünə çatar-çatmaz əlim,ayağım əsdi.Dükanın qarşısında Təcili tibbi yardım maşını dayanmışdı.Bütün məhəllə ora idi.Hər kəsin çox sevdiyi,Əzim babamızı itirmişdik.Göz yaşlarımı saxlaya bilmirdim...Dükanın qapısına yaxınlaşdım,yarım saat əvvəl qarşımdakı stulda oturan insan,artıq həyatda yoxdur.Bağlı qapının arxasındakı kağız lövhəyə Əzim baba son qeydini etmişdi: "ZƏRİFƏSİNƏ QOVUŞDU..."





"Başlanğıclar"Donde viven las historias. Descúbrelo ahora