Uzun zamandır yazmırdım,ona görə ki, yazılar bir müddətdən sonra din haqqında oldu (başqa mövzuda ilham gəlmirdi :/ ) və düşündüm ki,bu sizlər üçün o qədər də cəlb edici deyil.Bu yazı da yoğun istək üzərinə yazıldı,ümid edirəm yararı olar.İndi hələki tək bir, sabah üçün isə iki əlavə mövzuya toxunaraq bir az da xətamı örtməyə çalışacam və içimdən gəldi,hər birinizə tək-tək təşəkkür edirəm. :)
Deməli yoldaşlar, alimin birindən" Niyə Allah(c.c) bu son vəhyi ilk insanoğlu yaradıldığı zamanda deyildə,1400 il əvvəl verdi? Bəs daha əvvəlkilər necə olacaq?Onlar Qurandan məhrum olublar.Allah isə ən mərhəmətli və ən bağışlayan olduğu halda onları Qurandan bilərək məhrum etdi" deyə soruşurlar.
Cavab:Övladınızın sizdən "Ata sən mənim həkim olmağımı istəyirsən, bəs niyə əvvəlcə bağçaya , sonra məktəbə , sonra universitetə göndərirsən?Birbaşa tibb fakültəsindən başlasam olmazmı?" soruşduğunu düşünün. Əgər övladımın həkim olmasını istəyirəmsə,o birbaşa tibb fakültəsinə gedə bilməz.Əvvəlcə onu hazırlaşdırmlıyam,bünövrəsi qoyulmalıdır.Bu mərhələləri sıra ilə bitirməlidir.Buna oxşar olaraq,görünən və görünməyən hər şey haqqında bilgi sahibi olan böyük Allah bəndəsini də hər kəsdən yaxşı bilir.Bu səbəblə Rad sürəsi 38.ayədə belə yazılır "(Ya Rəsulum!) Biz səndən əvvəl də peyğəmbərlər göndərdik,onlara zövcələr,övladlar verdik.Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə biləz.hər dövrün bir kitabı var.(İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var.bunlar zamanın,dövrün tələbinə və ehtiyacına görədir)."Burda İncil,Tövrat,Zebur və Qurandan-4 kitabdan söz gedir.Amma daha çox vəhy endirilib.İlk vəhylədə Allah insanların hələ inkişaf etməsinin lazımlığını bilirdi.Əgər Quranı ilk zamanlarda,yəni Hz.Adəmin vaxtında endirsəydi,insanlar onu qavramayacaqdı.Allah Quranı verməyin doğru zamanını bilirdi və bu təxmini 1400 il əvvəl oldu.Qeyd edək ki,bütün vəhylərdə və bütün kitablarda əsas mesaj tək yaradıcıya inanmaq və ona ibadət etməkdir.
"Quran göndərilməzdən əvvəl yaşayan insanlara nə olacaq?" sualına gəlincə isə deyə bilərəm ki,mənim övladım bağçaya gedibsə,ona tibb fakültəsinin suallarını soruşmazlar.

ESTÁS LEYENDO
"Başlanğıclar"
Novela JuvenilZamanımız az ola bilər,biz bacardığımızı edək.Bəzən gec olar,bəzən də olmaz.Amma nəsibimiz mütləq XEYİRLİSİ olar...