Vağzalı çalınır, zərif qədəmlə,
Elə bil boşluğa addımlayırsan.
Gedirsən qüssəylə, kədərlə, qəmlə,
Qəmimin ucuna qəm calayırsan.Vağzalı çalınır, oynayır qızlar,
Beləcə süzərdin toylarda sən də.
Mənə qərib olub bu il, bu bahar,
Qərib tək gəlmişəm toyuna mən də...Sən qədəm basdığın o boz torpağı,
Mən də nəzərimlə sığallayıram.
Gedərsən, sinəmə çəkib min dağı,
Özüm də özümə inanmayıram.Vağzalı çalınır, sənsə ahəstə,
Elə bil süzürsən, yeriməyirsən...
Çiçək gətirmişəm sənə bir dəstə,
Niyə öz töhvəni istəməyirsən?Bəlkə könlün yoxdur getməyə bu gün,
Niyə qara gözlər yenə də gülmür?
Bəlkə ürəyimi sındırdığınçün,
Nigaran getməyə ürəyin gəlmir?Gedirsən,fəryadım qəlb otağında,
Sarı sim üstündə vağzalı çalır.
Gedirsən, təbəssüm al dodağında,
Görüşə gəlməyin nə vaxta qalır?Bu geçə otağın boş qalacaqdır,
Könlümün boşalmış sarayı kimi.
Bu gecə ürəyim hıçqıracaqdır,
Yanıqlı vağzalı harayı kimi.Bu gecə yanına bir yad gələcək,
Bu gecə yerimə qor dolacaqdır.
Saçların tufana düşən güllər tək,
Pərişan üzünə dağılacaqdır.Gizli eşqimizin şahidi Ay da,
Utanıb, üzünü bürüyəcəkdir.
Donacaq heyrətdən dəniz də, çay da,
Dağlar qəzəbindən əriyəcəkdir.Üstümə töksən də od dəstə-dəstə,
Qıymazdım paklığın, qürurun sına.
Könlümün qırılmış telləri üstə,
Necə sığınarsan bir başqasına?Bu küskün yerişin küsmüş ahu tək,
Məni tənələyir, qınayır sanki.
İpək duvağını oynadan külək,
Mənim varlığımı talayır sanki...Bir az asta elə yerişlərini,
Qoy sənə doyunca baxım mən bu gün.
Mənim olmayacaq gözəlliyini,
Qəlbimdə əbədi yaşatmaq üçün...Müellif: anonim.
YOU ARE READING
Seirler ( Azeri)
PoetryHer mövzüda şeirler paylaşılır. Xoşladıdınız paylaşılmasın ıstedıyınız şeri Facebook/Resad Adıgozelov göndere bilersiz.