İçimdə yaşaram hər kədər-qəmi,
Gözümdən intizar oxunmasin qoy.
Bircə yolunu de,unudum səni.
Yoxluğun qəlbimə toxunmasın qoy...Üşüdür qəlbimi hər soyuq baxış,
Bizi tanış edən yollar ögeydir.
Bir vaxt saçlarimi hey tumarlamış,
O əllər ögeydir, qollar ögeydir...O sənli günləri vermişəm bada,
Sənsiz günlərimin ömürü qalıb.
Sənlə gülümsəyən dodağımda da,
O bal dodağının möhürü qalıb...O günlər qayıtmaz, bilirəm daha.
Bəxtim günü-gündən yatır deyəsən.
Kədərlə danışıb gülürəm daha.
Kədərlə söhbətim tutur deyəsən...Sənin həsrətinden saralıb solan,
Bu yorğun üzümdə payız kök salıb.
Bu evin don vurmuş divarlarindan,
Nimdaş xatirələr asılıb,qalıb..Qapımı döyən yox küləkdən özgə.
Xəyalin dolanır buz otaqları,
Sən ki yaşamadın mənimlə birgə,
Sənli şeirlərim yaşasin barı...Müellif: anonim.
YOU ARE READING
Seirler ( Azeri)
PoetryHer mövzüda şeirler paylaşılır. Xoşladıdınız paylaşılmasın ıstedıyınız şeri Facebook/Resad Adıgozelov göndere bilersiz.