Getdin, könül bağım açmadı çiçək,
Sındı, parçalandı sinəmdə ürək,
Vəfasız deyiləm mən də sənin tək,
Dinmədim, göz yumdum olan hər
şeyə,
Təkisən xoşbəxt ol, xoşbəxt ol deyə.Məhv oldu həyatım, tam hədər oldu,
Ən yaxın sirdaşım qəm, kədər oldu,
Sənə ehtiyacım nə qədər oldu,
Qəlbimdə dəfn etdim, bilirsən niyə?
Təki sən xoşbəxt ol, xoşbəxt ol deyə.Tənhalıq bürüdü dünyamı mənim,
Dərdimi bölməyə olmadı tənim,
Sənsizlik ömrümə kəsildi qənim,
Sənli arzuları sərdim küləyə,
Təki sən xoşbəxt ol, xoşbəxt ol deyə.Sevinc yoxa çıxdı, səadət itdi,
Xoşbəxtlik adlanan gəmim də getdi,
Həyat sənlə vardı, səninlə bitdi,
Əlim həsrət qaldı gülə, çiçəyə,
Təki sən xoşbəxt ol, xoşbəxt ol deyə.Verdiyin acını şirin tək içdim,
Bu bədbəxt taleyi mən özüm seçdim,
Sizi qoşa görüb kənardan keçdim,
Silinməz dağ çəkdim yazıq ürəyə,
Təki sən xoşbəxt ol, xoşbəxt ol deyə.Amill sevgi verdi, qəm , kədər aldı,
Kiçik bir ürəyi min dərdə saldı,
Axır məcnun kimi tək –tənha qaldı,
Oxşadı dəliyə, oxşadı səyə,
Təki sən xoşbəxt ol, xoşbəxt ol deyə.Müellif : anonim.
YOU ARE READING
Seirler ( Azeri)
PoetryHer mövzüda şeirler paylaşılır. Xoşladıdınız paylaşılmasın ıstedıyınız şeri Facebook/Resad Adıgozelov göndere bilersiz.