"Nə mən dinə bildim,nə sən danışdın"Mənsiz bir an belə dözə bilməyən,
Bu mənsiz illərə necə alışdın?
Axır ki, üz-üzə gəldik səninlə,
Nə mən dinə bildim,nə sən danışdın!Dünya da elə bil döndü tərsinə,
Bu qədər həsrətə dözərmi sinə?
Az qaldı daşlar da dil açıb dinə,
Nə mən dinə bildim,nənsən danışdın!Fərhad da bu dərdi çəkənməzdi heç,
Dərdimi qəlbimdən sökənməzdi heç,
Bizim ki,sözümüz tükənməzdi heç,
Nə mən dinə bildim,nə sən danışdın!Çilə ürəyinə su səssizliyin,
Əlini, üzünü yu səssizliyin,
Baş əydik önündə bu səssizliyin,
Nə mən dinə bildim,nə sən danışdın!Bu eşqin közündə qızışmalıydıq,
Onun istisinə alışmalıydıq,
Bu çətin olsa da danışmalıydıq,
Nə mən dinə bildim,nə sən danışdın!Mənsiz bir an belə dözə bilməyən,
Bu mənsiz illərə necə alışdın?
Axır ki, üz-üzə gəldik səninlə,
Nə mən dinə bildim,nə sən danışdın.Müellif: Xelil Adıgözel

YOU ARE READING
Seirler ( Azeri)
PoetryHer mövzüda şeirler paylaşılır. Xoşladıdınız paylaşılmasın ıstedıyınız şeri Facebook/Resad Adıgozelov göndere bilersiz.