Sene gelmişdim.

186 8 1
                                    


Həsrətdən göz yaşın silə bilmədim,
Həyat bir oyunmuş, bilə bilmədim.
Ölüm ayağında ğülə bilmədim,
Qaçıb əzablardan sənə gəlmişdim.

Bir sevgi istədim qıymadın niyə?!
Baxıb gözlərimə düzünü söylə.
Sevmirsən? „ Sevmirəm!" sözünü söylə,
Qaçıb əzablardan sənə gəlmişdim.

Ümidim- gümanim səninləydi bil,
Əyil üzümdəki göz yaşnı sil.
Mən yoxam, bir quru cəsədimdi bil,
Qaçıb əzablardan sənə gəlmişdim.

Gör necə diriyəm, heç səsim də yox,
Dünyanın sevincdən qəm-qüssəsi çox.
Sən yoxsan, dünyaya həvəsim də yox,
Qaçıb əzablardan sənə gəlmişdim.

Öldürdün sevgimi, qazdır bir məzar,
Sındır qollarimi, qəbirdə yazar.
Baş daşım üstündə „nakam" adı var,
De ki əzablardan mənə gəlmişdi!

Müellif ; anonim

Seirler ( Azeri)Where stories live. Discover now