qız
Bir qərib olsa dərdinə yanan
Hər daim adını ürəkdə anan
Söyləsə divanəyəm məhəbbətindən
Şübhə edərsənmi sədaqətindən
oğlan
Söylərəm ismi nədir məni sevənin
Pərişan olur halı məni görənin
Yoxsa olmaya məni ələmi salır
Sözləri ruhumu bədəndən alır
qız
Gəl sən sorma onun kimliyin
Bənzəməz insanlara sənin bildiyin
Görənlər qanadsız mələkdir deyir
İki göz istəyir eyləsin seyir
oğlan
Gəl sən tərif etmə belə özünü
Açiqca söylə ürək sözünü
Yalançı təriflərə bu qarın toxdur
Bil qurdsuz heç yaxşı meyvədə yoxdur
qız
Diyəsən yamanca acıdır dilin
Davada keçir hər ötən ilin
Günlər keçdikcədə yaşa dolursan
Günəş qürubu tək inan solursan
oğlan
Kişi dediyin kəs davakar olar
Kimsə qalmaz cavan yaşada dolar
Ölüm haqdır hər kəsin döyər qapısın
Kimi bütöv yaşar kimi də yarısın
qız
Sənə son sözüm sevirəm səni
Amma qorxuram pərişan edəsən məni
Dözə bilmərəm sənin xəyanətinə
Məhbus olmam sevginin cinayətinə
oğlan
Yalançı deyiləm Allaha şükür
Xəyanət özümün belimi bükür
Bir kərə aldandım birdə etmərəm
Hər sevdanın dalıyca inan getmərəm
qız
Demək sevmisən sən məndən öncə
Gərəyim deyil qoxlanmış qönçə
Mən seçilmirəm ancaq seçirəm
Mənə dəyər verməsən mən vaz keçirəm
oğlan
Diyəsən görsənir üzün yavaşdan
Səssizlik gələrmiş öncə savaşdan
Yaxşısı budurki yenə arayım
Kimsəsiz qalıbdır könül sarayım
qız
İndiki belə oldu incimə məndən
Gözlərin saralacaq baxmaqdan gendən
Əminəm sonunda yalvaracaqsan
Gecələr xəlvətcə ağlayacaqsan
oğlan
Sözlərin güldürdü qəmli üzümü
Hətda saraltdın qara gözümü
Bir qızın gözəlliyi mələkdən çoxsa
Nəyə yarar vəfadan xəbəri yoxsa
qız
Mənim vəfamda var həmdə qeyrətim
Üzümdən əksik olmaz hirsli heybətim
Çoxda bir şey sanma sən gəl özünü
Zarafat edirdim deyim bil düzünü
oğlan
Zarafat yada düz heç fərqi yoxdu
Sözlərim qəlbinə saplanan oxdu
İstəməm özünü görəni özgə gözündə
Adı qanadsız mələk olan elin sözündə
Müellif:anonim
CZYTASZ
Seirler ( Azeri)
PoezjaHer mövzüda şeirler paylaşılır. Xoşladıdınız paylaşılmasın ıstedıyınız şeri Facebook/Resad Adıgozelov göndere bilersiz.
