Bu, mənim üçün, dünyanın ən gözəl və eyni zamanda ən kədərli mənzərəsidir. Bu, əslində əvvəlki səhifədəki həmin mənzərədir, amma mən onu sizə yaxşı göstərmək üçün bir daha çəkdim. Məhz burda balaca şahzadə ilk dəfə yer üzündə peyda olmuş, sonra isə qeyb olmuşdur.Əgər bir gün Afrika səhralarına səyahət etsəniz, bu mənzərəni tanımaq üçün ona diqqətlə baxın.Əgər bir gün siz ordan keçəsi olsanız, yalvarıram, tələsməyin, həmin ulduzun altında bir az ayaq saxlayın! Əgər onda bir uşaq sizə tərəf gələrsə, gülərsə, əgər onun qızılı saçları varsa və əgər onu sorğu-sual edəndə cavab verməzsə, siz, onun kim olduğunu anlayacaqsınız. Onda zəhmət olmasa, məni intizarda qoymayın, mənə təskinlik verin, onun qayıtması haqqında mənə tezliklə yazın...
YOU ARE READING
Balaca Şəhzadə
AbenteuerMənim bütün həyatım boyu çoxsaylı ciddi adamlarla hesabagəlməz təmaslarım olub. Böyüklər arasında çox olmuşam. Onları lap yaxın-dan görmüşəm. lakin, bütün bunlar onlara qarşı fikrimi dəyişə bilmədi. Böyüklərdən mənə bir az sağlam düşüncəli görünənin...