-Əlahəzrət, üzr istəyirəm, sizə sual verə bilərəmmi...-Sizə əmr edirəm, sual verin, -kral tələsə-tələsə dedi.-Əlahəzrət,... Siz nəyi idarə edirsiz?-Hər şeyi, -sadə və aydın şəkildə kral cavabverdi.-Hər şeyi?Kral təvazökar bir jestlə əlini dolaşdırıb öz planetini, o biri planetləri və ulduzdlarıgöstərdi.-Bütün bunları siz idarə edirsiz? -balaca şahzadə yenə də soruşdu.-Bəli, bütün bunları mən idarə edirəm, - kralcavab verdi.O təkcə mütləq hökmdar deyil, eyni zaman-da hüdudsuz kainatın hakimi-ixtiyarı idi.-Ulduzlar da sizə itaət edirmi?-Əlbəttə, -kral cavab verir. Onlar mənim itaətimdə dərhal hazır olur. İtaətsizliyə dözəbilmirəm mən.Belə bir hökmranlıqdan, belə bir səlahiyyət-dən balaca şahzadə vəcdə gəlmişdir. Onun be-ləbir qüdrəti olsaydı, gündə qırx dörd dəfə yox, yetmiş iki dəfə, hətta yüz dəfə, lap iki yüz dəfəgünəşin qürubuna tamaşa edərdi, stulunu heç o tərəf bu tərəfə sürüşdürməzdi də, onu yerin-dəndə tərpətməzdi. Tərk etdiyi balaca planetindən ötrü darıxan və özünü kədərli hiss edən balacaşahzadə cürət edib hökmdardan bir xahiş etdi:-Günəşin qürub etməsinə baxmaq istərdim... Lütfən məni məmnun edin... Günəşə əmr edinqüruba ensin...-Əgər mən generala kəpənək kimi güldən-gülə qonmağı, ya bir faciə əsəri yazmağı və yaqağayı quşuna çevrilməyi əmr etsəm və general bu əmrləri icra etməsə, günahkar kim olacaq,general, ya mən?-Əlbəttə siz, əlahəzrət, -balaca şahzadə qətiyyətlə dedi.-Düz deyirsiniz, hər kəsdən bacardığı şeyi tələb etmək lazımdır, -hökmdar əlavə etdi. Hakimiyyətağıla söykənməlidir, ağıl və zəka üzə-rində bərqərar olmalıdır. Sən xalqına, özünüdənizə atmağı əmr etsən, xalq inqilab edər, sənə qarşı üsyana qalxar. Mənə itaət etməyi tələbetməyə haqqım var, çünki əmrlərim ədalətli və ağıllı əmrlərdir.Verdiyi sualı heç vaxt unutmayan və cavab almayınca sakitləşməyən balaca şahzadəhökmdara xatırlatdı:-Günəşin qüruba enməsi nə oldu bəs?-Günəşin batmasını indi görərsən. Bunu tələb edəcəm mən. Amma bunun üçün əlverişlişəraitin yaramanısnı gözləyəcəm. Hökmdarın ağıllı və tədbirli olması bax elə bundadır.-Bəs Günəş nə vaxt qürub edəcək? -balaca şahzadə öyrənmək istədi.-Hm! hm! -kral cavab verdi. O əvvəlcə böyük bir təqvimə baxdı, hm! hm! Gün qürub edəcək,saat... saat... Bu axşam saat yeddi qırxa yaxın! Mənə qarşı olan itaətkarlığın sən özün şahidiolacaqsanBalaca şahzadə əsnədi. Günəşin qürubuna tamaşa edə bilməməsinə təəssüflənirdi. Həm də bir azdarıxırdı. O, krala dedi:-Burada daha mənlik iş yoxdur, çıxım gedim!Bir rəiyyəti olmaqdan iftixar hissi duyan kral ona dedi:-Getmə, getmə, səni nazir təyin edəcəm!-Nə naziri?-Əd... ədliyyə naziri!-Mühakimə etməyə adamınız da yoxdur!-Bilmirəm, -kral dedi. -Ölkəni hələ gəzməmişəm. Yaşlı adamam, fayton üçün yerdə yoxdur,piyada gəzmək isə məni yorur.-Oho! Mən artıq baxmışam, -balaca şahzadə dedi. -Planetin o tayına bir daha baxmaq üçünqəddini əydi. Oralarda da kimsə yoxdur...-Elə isə sən öz-özünü mühakimə edərsən, -kral dedi. Düzdür, bu çətin işdir. Adamın öz-özünümühakimə etməsi başqasını mühakimə etməkdən qat-qat çətindir. Əgər sən öz-özünü mühakiməedə bilsən, deməli sən əsil müdrik adamsan.
YOU ARE READING
Balaca Şəhzadə
AdventureMənim bütün həyatım boyu çoxsaylı ciddi adamlarla hesabagəlməz təmaslarım olub. Böyüklər arasında çox olmuşam. Onları lap yaxın-dan görmüşəm. lakin, bütün bunlar onlara qarşı fikrimi dəyişə bilmədi. Böyüklərdən mənə bir az sağlam düşüncəli görünənin...