24-cü bölüm

4 0 0
                                    

  Balaca şahzadə dedi:-İnsanlar sürət qatarlarına doluşurlar. Amma nə axtardıqlarını özləri də bilmirlər. Sonra baş-layırlar hərəkət etməyə, eyni çevrə ətrafında fırlanmağa... 

Sonra, o, əlavə etdi: 

-Hamısı da lazımsız və lüzumsuz... 

Bizim gəlib çatdığımız quyu heç də səhra quyularına oxşamırdı. Səhra quyuları adətən qumdaqazılmış sadə yarğanlar olur. Bu isə əsil kənd quyusuna oxşayırdı. Lakin maraqlıdır ki,oralarda heç bir kənd-zad yox idi və mənə elə gəlirdi ki, yuxu görürəm. Balaca şahzadəyədedim:-Qəribədir, burada hər şey hazırdır: çarx da, vedrə də, kəndirdə...O güldü, kəndirə toxundu və çarxı hərlətdi. Quyu çarxı uzun müddət istifadə olunmadığındancırıldadı. Onun cırıltısı küləyin çoxdan ol-maması ucbatından pas atmış köhnə yelqova-nıncırıltısını xatırlatdı.-Eşidirsənmi, -deyə balaca şahzadə dilləndi, -biz bu quyunu oyadırıq, o da şadlığından oxuyur...Mən istəmirdim ki, o güc işlədib yorulsun. Ona görə də dedim:-Sənin üçün bu, çox ağırdır.-Qoy suyu mən çəkim, sənin gücün çatmaz. Bu ağır işdir.Dolu vedrəni ehmalca çəkib çıxartdım və onu quyunun qırağına qoydum. Çarxın nəğmə-siqulaqlarımda hələ də səslənirdi və hələ də çalxalanan suda günəşin rəqs edən əksini görürdüm.Balaca şahzadə dedi:-Bu sudan içmək istəyirəm, ver ondan içim...Mən onun nə axtardığını indi başa düşdüm.Vedrəni onun dodaqları səviyyəsinə qaldırdım. Gözlərini yumub doyunca içdi... Balaca şahzadəüçün elə bil toy-bayram idi. Bu su qida maddəsi kimi anladığımız adi su deyildi. O, ul-duzlarınaltında getdiyimiz uzun yollardan, çarxın nəğməsindən, qolların qüdrətindən yaran mış su idi.Ürəyə məlhəm, ürəyə hədiyyə idi bu su. Hədiyyədən söhbət getmişkən, mən balaca oğlanolduğum vaxtlar Yeni il yolkasının çil-çıraqlarından, gecə yarısı eşidilən kilsə musiqi-sindən,aldığım Yeni il hədiyyələrinin bəxş etdiyi sevinc və təbəssümlərdən xoşhal və xoşbəxtolduğumu indi də unutmuram.Balaca şahzadə dedi:-Sizin adamlar eyni bir bağçada beş min qı-zılgül yetişdirirlər... və axtardıqlarını orda tapabilmirlər..-Tapa bilmirlər, -deyə mən razılaşdım...-Axı, onlar axtardıqlarını tək bir qızılgüldə və ya bir qurtum suda tapa bilərdilər...-Əlbəttə, -deyə mən cavab verdim.Balaca şahzadə əlavə etdi:-Gözlər kordur. Ürəklə, qəlblə axtarmaq lazımdır.Mən su içdim. İndi yaxşı nəfəs alırdım. Dan yeri söküləndə qum bal rənginə çalırdı. Bumənzərədən ürəyim açılırdı, özümü xoşbəxt sayırdım. Kədərlənməyə heç bir əsas da yox idi.-Lazımdır ki, sən vədinə əməl edəsən, -deyə, yenidən yanımda əyləşmiş balaca şahzadəastadan mənə müraciətlə dedi.-Hansı vəd?-Yadındamı... mənim qoyunum üçün burun-tac... Mən bu gül üçün cavabdehəm axı!Mən cibimdən şəkil eskizlərimi çıxartdım. Balaca şahzadə onlara baxıb gülə-gülə dedi:-Sənin çəkdiyin baobablar bir az kələmə oxşayır...

-Oho!

Mən isə öz baobablarımla necə də fəxr edirdim!

-Sənin tülkünün onun qulaqları , onlar o qədər uzundur ki, lap buynuza oxşayırlar!...

O, yenə də güldü.-Sən haqlı deyilsən, əzizim, e'tiraf edim ki, mən şəkil çəkə bilmirəm. İlanı xaricdən və daxildənçəkməkdən savayı.

-O! Bu da yarayar, pis deyil, uşaqlar başa düşərlər, -deyə məni sakitləşdirmək istədi.Mən qələmlə bir buruntac çəkdim. Bu şəkli balaca şahzadəyə verəndə ürəyim sıxıldı:

-Nəsə fikirli görünürsən, bu barədə mənə demək də istəmirsən... Mən istərdim sənin istək və arzularından xəbərdar olum...   

Balaca ŞəhzadəWhere stories live. Discover now