-Balaca şahzadə dedi, -Mən öz-özümü hardasa başqa yerdə mühakimə edə bilərəm.Burada yaşamaq fikrim yoxdur.-Hm! hm!, -kral qımıldandı, mənə elə gəlir ki, mənim planetimdə qoca bir siçovul var.Gecələr onun səsini eşidirəm. Bax bu qoca siçovulu mühakimə edə bilərsən. Hərdən bir onuölüm cə-zasına da məhkum edərsən. Beləcə həyat sənin ədalətindən asılı olacaq. Amma onuqoruyub saxlamaq üçün hər dəfə onu əfv etmək gərəkdir. Axı o yeganədir. -Mən, ölüməməhkum etməyi mən sevmirəm, məncə çıxıb buradan getsəm yaxşıdır.-Yox, kral etiraz etdi.Balaca şahzadə yola hazırlığını qurtarsa da qoca monarxı məyus da etmək istəmədi. O, dedi:-Əgər əlahəzrət buyruqlarının dəqiq yerinə yetirilməsini istəyirsə, onda mənə ağıllı və tədbirliəmrlər verə bilərdi. Məsələn, mənə əmr edə bilərdi bir dəqiqədən gec olmayaraq yola düşüm.Məncə yola çıxmaq üçün şərait də əlverişlidir...Kralın cavab verməməsi balaca şahzadəni çaş-baş saldı, ani tərəddüddən sonra köksünü ötü-rərək yola düşdü.-Səni səfir təyin edirəm, -kral onun arxasınca ucadan tələm-tələsik dedi.O, kralın etirazı ilə barışmayaraq şahanə bir görkəm aldı."Bu böyük adamlar çox qəribədir" -balaca şahzadə yoluna davam edərək öz-özünə dedi.
İkinci planetin sakini şöhrətpərəstin biri idi. O, balaca şahzadəni uzaqdan görən kimi uca-dandedi:-Oh! Oh! Pərəstişkar da gəlib çıxdı!Çünki, şöhrətpərəstlər üçün yerdə qalan adamların hamısıpərəstişkardır, onlara valeh olanlardır, onların vurğunudur.Balaca şahzadə dedi:-Salam. Sizin nə qəribə şlyapanız var.-Bu, təzim etmək üçündür, -deyə, şöhrətpərəst cavab verdi. -Bu məni al-qışlayanlara öz minnətdarlığımı bildirməküçündür. Bədbəxtlikdən, bur-dan heç vaxt heç kim ötüb keçmir.Bir şey anlamayan balaca şahzadə dedi:-Beləmi?-Əl çal, -deyə, şöhrətpərəst qonağa məsləhət verdi.Balaca şahzadə əl çaldı. Şöhrətpərəst şlyapasını qaldırıb təvazökarlıqla onu salamladı.Balaca şahzadə ürəyində fikirləşdi:-Bu, kralı ziyarət etməkdən daha əyləncəlidir.Sonra isə, yenidən əl çalmağa başladı. Şöhrətpərəst də yenə şlyapasını qaldıraraq onu salamladı.Beş dəqiqəlik eyni hərəkətləri təkrar edən-dən sonra, balaca şahzadə oyunun yeknəsəkliyindənbezikdi. Balaca şahzadə soruşdu:-Bəs nə etmək lazımdır ki, şlyapa yerə düşsün?Amma, şöhrətpərəst eşitmədi. Şöhrətpərəstlər, yalnız tərifləri yaxşı eşidirlər.-Sən doğrudanmı mənə çox pərəstiş edir-sən? -deyə, o, balaca şahzadədən soruşdu.-"Pərəstiş" nə deməkdir?-"Pərəstiş etmək" mənim bu planetin ən ağıllı, ən varlı, ən yaxşı geyinmiş və ən gözəl adamolduğumu etiraf etmək deməkdir.-Axı bu planetdə sən təksən, səndən başqa burda kimsə yaşamır!-Məni məmnun et. Necə olsa da mənə vurğunluğunu bildir!-Yaxşı, mən sənə valehəm, -deyə, balaca şahzadə yüngülcə çiyinlərini çəkərək cavab verdi, -amma, bu valeh olmağın sənə xeyri nədir, bu səni niyə maraqlandırır?
Balaca şahzadə oradan uzaqlaşır."Böyük adamlar, doğrudan da qəribə olurlar" -deyə balaca şahzadə sadəlövhlüklə öz-özünədedi və səyahətini davam etdirmək məqsədilə yola düzəldi.
YOU ARE READING
Balaca Şəhzadə
AdventureMənim bütün həyatım boyu çoxsaylı ciddi adamlarla hesabagəlməz təmaslarım olub. Böyüklər arasında çox olmuşam. Onları lap yaxın-dan görmüşəm. lakin, bütün bunlar onlara qarşı fikrimi dəyişə bilmədi. Böyüklərdən mənə bir az sağlam düşüncəli görünənin...