9-cu hissə

9 0 0
                                    

  Balaca şahzadə bir az qəmgin, bir az fikirli halda baobabların axırıncı kollarını kökündənqopartdı. Ona elə gəlirdi ki, bir daha buraya qayıtmayacaq. Amma bu sadə və adəti iş ona bu  səhər son dərəcə xoş gəldi. O, axırıncı dəfə gülü sulayıb qurtarandan sonra və onu örtüyün altınaqoymağa hazırlaşanda qəhər onu boğdu, ağlamaq istədi.-Əlvida, -gülə dedi.Amma gül ona cavab vermədi.-Əlvida, -deyə bir daha təkrar etdi.Gül öskürdü. Amma bu öskürəyin onun zökəm olmasına heç bir aidiyyəti yox idi.-Mən axmaq olmuşam, -deyə Gül nəhayət dilləndi. bağışla məni. Çalış xoşbəxt olasan.Balaca şahzadə məzəmmət olunmadığını görəndə təəccübləndi. Əlində şüşə örtük həyə-canlıhalda yerindəcə donub qalmışdı. Bu sakit mehribanlığın mənasını anlaya bilmirdi.-Əlbəttə, səni sevirəm, -Gül dedi. Sənin bundan xəbərsiz olmağının günahı məndədir. İndibunun əhəmiyyəti yoxdur. Amma sən də mənim kimi axmaq oldun. Çalış xoşbəxt ola-san... Oörtüyü qoy kənara, ona daha ehtiyac yoxdur.-Bəs külək olsa...-Mən bir o qədər soyuqlamamışam... Gecənin sərinliyi məni sağaldar. Axı mən güləm.-Birdən heyvanlar, həşəratlar səni...-Mən gərək iki, üç kəpənək qurdunun ağırlığına tab gətirəm. Axı, kəpənəklərlə tanış olmaqistəyirəm. bu mənə çox maraqlı gəlir. Kəpənəklər də olmasa mənə kim baş çəkəcək? Sən on-daçox-çox uzaqlarda olacaqsan. Böyük heyvanlardan isə qorxmuram. Mənim tikanlarım var.-Gül sadəlövhlüklə özünün dörd tikanını göstərdi. Sonra dedi:-Çox uzatma, bütün bunlar mənə dözülməz gəlir. Sən getməyi qət etmişdin, çıx get.Gül istəmirdi ki, balaca şahzadə onun ağlamasını görsün. O, çox məğrur gül idi... Balaca şahzadə öz planetinə qonşu 325, 326, 327, 328, 329 və 330-cu asteroidlərin yerləşdiyiregionda idi. Orada bir məşğulluq tap-maq və bir şey öyrənmək üçün axtarışa baş-ladı.Birinci asteroiddə bir kral yaşayırdı. Kral özünün sadə, lakin əzəmətli taxt-tacında əyləş-mişdi. Onun əynində al-qırmızı libası, sincab xəzindən paltosu vardı.-Eh! Bax bu da rəiyyət, -balaca şahzadəni görən kimi kral ucadan dedi.-O məni heç vaxt görmədiyi halda məni necə tanıya bildi! -deyə balaca şahzadə fikirləşdi.O bilmirdi ki, dünya krallar üçün adi şeydir, bütün insanlar onlar üçün rəiyyətdir.-Yaxın gəl, qoy sənə bir yaxşıca baxım, -kral dedi və birisinin hökmdarı olmaqdan qürrə ləndi.Balaca şahzadə ətrafa nəzər salaraq oturmağa yer axtardı, amma planet sincab xəzindəntikilmiş əla palto ilə başdan-başa tutulmuşdu. O, ayaq üstə qalmalı oldu və çox yoruldu-ğundan əsnədi.-Kralın hüzurunda əsnəmək mövcud qayda-qanuna ziddir, -deyə monarx irad tutdu. Bunusənə qadağan edirəm.-Bu məndən asılı deyil, -deyə balaca şahzadə pərt halda cavab verdi. Uzun səyahət etmi-şəm,yatmamışam...-Onda sənə əmr edirəm, əsnə! -kral ona dedi. Neçə illərdən bəri əsnəyən adam görməmi-şəm. Əsnəmək mənim üçün maraqlı və əyləncəlidir. Hə!, yenə əsnə. Əmr edirəm sənə.-Mən çəkinirəm... Daha əsnəyə bilmərəm...-balaca şahzadə qıpqırmızı qızardı.-Hm! hm! -kral dilləndi. Onda sənə əmr edirəm hərdən əsnə, hərdən də əsnəmə....Əsəbi görünən kral bir az dodaqaltı donquldandı.Kralın istədiyi o idi ki, onun əmrinə sözsüz riayət etsinlər. İtaətsizliyə o dözmürdü. O, mütləqhökmdar idi. Amma rəhmdil və ədalətli olduğundan verdiyi əmrlər də ağıllı və tədbirliolurdu. Kral deyirdi:"Əgər mən generala əmr etsəm ki, qiyafəsini dəyişib qağayı quşu olsun və belə halda generalmənim əmrimə tabe olmazsa, bu generalın günahı deyil. Bu mənim günahımdır".-Əyləşə bilərəmmi? -deyə balaca şahzadə utana-utana soruşur.-Əmr edirəm əyləşin, kral cavab verdi və sincab xəzli paltosunun ətəyini əzəmətlə yığışdırdı.Amma balaca şahzadəni təəccüb götürmüşdü. 

Bu balaca planetdə kral nəyə hökmranlıq edəbilərdi? 

Balaca ŞəhzadəWhere stories live. Discover now