... Yuxuda Əliylə mən axşam vaxtı bir yelləncəkdə ikimiz oturmuşduq. Əli mənim əlimdən tutmuş, mənə baxırdı. Mənsə oma baxaraq gülümsəyirdim. Arada bir ikimizdə səmadakı ulduzlara baxırdıq. Əli ulduza baxaraq " bax o böyük, çox parıldayan ulduz bizim olsun. Görürsən necədə gözəldi. Eynən sənin kimi" deyirdi. Mənsə gülümsəyib, yanağından öpürdüm. Sonra isə Əli mənə nağıl danışırdı. Məndə dinləyirdim. Birdən musiqi çalırdı. Əli yatdığımı zənn edirdi. Mənə baxdığında yatmadığımı görüb, bugün ki kimi məni rəqsə dəvət edirdi. Və birlikdə rəqs edirdik. Eynən bugün ki kimi..Son zəng'in səhəri günü saat 2-ə cən yatmışdım. Bugün heç bir hazırlığa getməyəcəkdim. Belə ki, müəllimlərdən 2-3 gün öncə icazə almışdım. Onların mənə "qızım özün bilərsən, sənin 1ay sonra qəbul imtahanın var hərgün bir nemətdir." - dediyi sözlərini əlbəttə ki, dinləmədiyim aşikar idi. Anam müəllim idi. Və o da mənim kimi tətilə çıxdığından, artıq rahatlıqla nahar süfrəsində hazır bir şəkildə oturacaqdım. Bunun sevincini yaşayarkən, ağlıma yenə 1 gün öncə Əliylə yaşadıqlarım gəldi. Ağzım qulaqlarıma qədər çatmış bir vəziyyətdə mətbəxdən içəri daxil oldum. Anamın üzünə sulu bir öpüş qondurub masadakı yerimə keçdim..
-Damla nə olub, qızım? Niyə bu qədər sevinclisən? -deyə soruşmuşdu, anam.
- Mən? Heç nəbilim mama. Mən həmişə sevincliyəmdə. Elə bil hərgün qaş - qabaqla oyanıram. Bugün hazırlığa getməyəcəm axı ona görədir yəqin..
Anam gülmüş, -"dəli qızım, nolacaq sənin bu halın? Necə imtahan verəcəksən ağlım almır?"- demişdi.
"Mamaların ən gözəli sən heç ağlını belə şeylərə yorma, get axşam üçün nə yeməyi bişirəcəyini planla. Bunları əziz və gözəl qızın düşünəcək" - deyərək, çayımdan bir qurtum almışdım. Anam səsli bir şəkildə gülərək "yaxşı.. yaxşı" -demişdi.
Sabah Zümrüdün doğum günü idi. Onun doğum günü tortunu mən alacaqdım. Sifariş vermişdim. Bugün onu bir bəhanə ilə öz evmizə gətirməli idim ki, gecə ona sürpriz edə bilim. Həm də bugün, Əli haqqında danışacaqdım qızlarla. Nə qədər işim olduğunu xatırlayıb, masadan təcili qalxdım. "Mama mən Zümrüdün doğum günü üçün gedib tortu almalıyam, bir iki daha işim var. Çıxmalıyam" - deyib qaçaraq öz otağıma keçdim ki, geyinim. Ən sevdiyim və çox rahat olan donumu dolabımdan götürdükdə, anam içəri daxil oldu. "Qızım al bu pulu sənə lazım olar"- deyib, yatağımın yanındaki rəfin üzərinə qoyduqdan sonra , "ha birdə, mən sənə ünvan desəm, ordan hədiyyəni götürə bilərsən, Damla? Daha mənim evdə işim var. Sabah üçün yemək hazırlamalıyam. Çıxsam gec olacaq."-deyərək əlavə etmişdi.
-Hə, əlbəttə mama. Alaram. Ünvanı deyərsən. Pula görədə çox sağol.
-Səndə sağol mama qurban. Ehtiyyatlı ol yolda. Özdə hava istidi. Tez get, tez gəl. Eynəyini taxmağı unutma. Bilirsən ki, günəş gözünə pis təsir edir.
Anamın nəsihətlərinə ümumi bir "yaxşı mama" dedikdən sonra saçımı açıq töküb, çantamı çiynimə taxıb, 'adidas'-ları ayağıma keçirib evdən çıxdım. Əvvəl anamın dediyi ünvana yollanıb, anamın hədiyyəsin aldıqdan sonra öz hədiyyə alacağım yerə yollandım. Hədiyyəni ordan götürüb, tortuda almaq üçün getmişdim. Tortu da alanda əlim çox dolu olmuş. Və belə vəziyyətdə evə qayıda bilməyəcəyimin fərqində idim. Bir taksiyə minib evə yollanmaq qərarına gəldim. Yolda Zümrüdü necə evə çağıracağımı planlarkən evə çatdım. Saat artıq 5 idi. Evə çatıb tortu və hədiyyələri anama göstərib, çox gözəl olduğu qənaətinə gəldik. Zümrüdə zəng edib, "Zümrüd bugün bizə gəldə bax xahiş edirəm. Bu Əli məsələsinə görə. Birlikdə skype açıb Aysellədə danışarıq. Məsləhətə ehtiyacım var nə edəcəyimi bilmirəm" -dedim yalandan. Zümrüd zənnimcə niyə çağırmağımın əsaa məqsədini başa düşmədiyindən "yaxşı onsuzda mama üçün darıxmışdım"- deyib telefonu söndürdü. Bu işidə belə həll etdiyimi anlayıb rahatlıqla divanda uzandım..
Bir neçə saat sonra babam Zümrüdü bizə gətirmişdi. Babamı görüb boynuna sarılıb, üzündən öpdüm. Nə qədər çox oturmağı təklif etsək də, nənəmin evdə tək olduğunu deyib 5- 10 dəqiqə qaldıqdan sonra getdi.
![](https://img.wattpad.com/cover/43522918-288-k867163.jpg)
ŞİMDİ OKUDUĞUN
Bir gənc qızın hekayəsi
Teen FictionHəyatının ən gözəl yaşında, özünəməxsus dərəcədə möhtəşəm sayıla biləcək sevgi yaşayan bir gənc qız.. İlk sevinci və ilk gözyaşı.. Gənc qızın başına gələnləri, gəlin, bir də özündən dinləyək?