Bir gənc qızın hekayəsi (Bölüm 10)

205 8 2
                                    

Yarı susqun, yarı söhbət edərək məktəbə çatmışdıq. Və rahat hiss edə biləcəyimiz bir yerdəki skamyada oturmuşduq..

Ömrümün sonuna qədər görmək istədiyim bir mənzərə idi.. Hələ ki heç bir söhbət etmir sadəcə arada bir , bir - birimizə baxırdıq və gülümsəyirdik.

      ***

" Yalnızlıqdan şizofreniyaya" -oxuduğum bu kitabı da bitirdikdən sonra rəfdəki digər kitabların yanına yerləşdirdim. Bir gənc yazarın yazdığı kitab olmasına rəğmən, heç də pis sayılmazdı. Adını unutduğum bir kitaba çox bənzədiyi qənaətinə gəldim ki, onsuz gənclərin qələmi eyni istiqamətdə gedir deyərək öz - özümə təskinlik verdim. O kitabı rəfə qoyduqdan sonra yerinə başqa birini daha oxumaq üçün götürdüm. " Tatar çölü" - Dino Bussati. Bitirdiyim və indi oxumağa başlayacağım kitabların arasındaki əlaqənin 80 -ci illərlə indiki illərin modasının arasında əlaqəyə bənzədiyini düşünüb, psixologiyamın alt - üst olacağını özlüyümdə təsdiqlədim. Hər zaman ki vəziyyətdə yatağımdakı yerimi aldım, dərin bir nəfəs alaraq "aha başlayaq" -dedim səslicə. Kitabın ilk səhifəsini açıb oxumağa çalışarkən, hələ psixologiyamda özünə yer edinmiş bitirdiyim kitabı öz xəyalımda bir daha canlandırdım. Baş rolda ki, Bendy Vuen'in yaşadıqlarının necə çətin olduğunu düşünüb, mən bunları yaşasam necə olardım? -sualını verdim öz-özümə. Şizofreniya xəstəliyi hər zaman gözümə cəlb edici göründüyündən, çox uşaqca səslənsədə "kaş məndə şizofrenik olardım" - deyə düşündüm. Öz xəyal dünyanda yaşamaq və necə olursa olsun, bunları həqiqət sanmaq uzaqdan çox cəlbedici görünür. "Bu yalnızlıqla belə getsə onsuz da şizofrenik olacaqsan əziz, Damla" -deyən iç səsimin haqlı olduğunu varsayıb, gülərək başımla iç səsimi təsdiqlədim.. Bu kitabda olanları düşündüyümdən hələki bir neçə gün kitab oxumağa ara verməli olduğumu anladım. Kitabı rəfə qoymağa çalışarkən, filmlərdən gördüyüm bir səhnənin indicə öz həyatımda yaşadığıma şahid oldum. Kitabı rəfə yerləşdirərkən, arasından sürüşüb düşən bir şəkil və təəccüblə nə olduğunu bilmək üçün yerə uzanan əllərim. Vau. Əyər bir kamera bu anı çəksə, ağır çəkim montajı etməli idi. Şəkili əlimə götürdükdə, ön üzünü çevirdim. Gördüyüm mənzərə 2 il əvvəl olmuş bütün hərşeyi saniyələrlə tez- tez keçən bir fragman şəklində gözümün önünə gətirmiş, əvvəlcə kiçik şok yaratmış, sonra güldürmüş, daha sonra isə özümdən aslı olmadan yatağıma durğun bir şəkildə uzanaraq şəkilə davamlı baxma instinkti vermişdi. Şəkildə bir oğlan və bir qız böyük bir gülümsəmə ilə kameraya baxırdı. Oğlanın əli xəfifdən qızın əlini tutmaq istəyirmişcəsinə qıza yaxınlaşmışdı. Qızın gözlərindən isə bu anı yaşarkən necə xoşbəxt olduğu hiss olunurdu. Şəkilə baxarkən gülümsəmə ilə gözümdən başıma dəstək olaraq aldığım qoluma düşən gözyaşımın fərqinə vardım. Əlimlə yayılmış gözyaşını silməyə çalışdım və yenidən şəklə baxdım. İnsan ölərkən ilk 15 saniyə ömrünün son anına qədər yaşadığı bütün hadisələr gözünün önünə gələrmiş. Və son 2il ərzində baş verənlər mənimdə gözümün önünə gəlmişdi. Yoxsa son 15 saniyəmi yaşayırdım? Yox. Yəqin ki, şəklin effekti idi..

***

  - Damla, mənim heç bura xoşum gəlmir. Bircə universitetə getsəydik, səninlə rahat hər yerdə gəzərdim. - deməklə Əli səssizliyi pozmuşdu. Əlinin dedikləri utanaraq gülümsəməyimə səbəb olsa da, "hə. Umiversitetə getsək, rahat ola biləcəyik azda olsa" - cavab verə bilmişdim.
Düz bir saat yarım birliktə idik. Bu 90 dəqiqə ərzində Əli ilə uşaq vaxtı onu həyət boyu qaçırtmağımdan tutmuş, mən bəzən müəllimlərlə danışarkən mənə yaxın olsun deyə bizim ətrafımızda dolanmağına qədər hərşeydən söhbət açmışdıq. " Deməli, ona görə Əlini mən çox vaxt ətrafımda görürmüşəm. Ay səni."- düşünmüşdüm özlüyümdə. Onun bu etirafı gülüşümə səbəb olmuşdu. Bunun qarşılığında "gülərkən yanağında olan qəmzə mənə aid olmasını istədiyim ölkə kimidir, Damla" - nəvazişini eşitmişdim. Oh! Bundan öncə dediyim bütün ölürəm nidalarını unut Tanrı. Bax elə indicə öldür məni, xahiş edirəm. Səbəbini sorğulasan. Bu sözün bu dəqiqəcə mənə yaşatdığı xoşbəxtliyi və eyni zamanda utanqaclığın everest zirvəsini göstərə bilərəm. Sən öldürməsən belə həyəcan edəcək bunu. Onsuz həyəcanıda mənə yaşadan sən olacaqsan. Nə edə bilərəm ki bu an? İngilislər demişkən " Help me! ".
- B..b.. bu ç..ço..çox gözəldir amma Əli. Yəni dediyin.. Yəni istədiyin. Oh!.. Deyəsən indicə həyəcandan öləcəyəm.
- Həyəcanlanmağında ayrı bir gözəllik. Mənimdə əllərim tərləyib. Həyəcanlı olarkən əllərim tərləyir demişdim?
- Yox. İndi öyrəndim. Məndə isə titrəyir, anlamsız gizildəmə olur. Və əllərimi bir- birinə sürtürəm. Ayaqlarımda bir yerdə qalmır. Ha birdə çox danışıram. Yəni hədsiz çox. Bəzən də yarımçıq cümlələr olur, yada nəbilim.
- İndiki kimi. Hahahaha. Eynən indidə elə edirsən. Ayaqlarını yellədirsən bayaqdan. Həmçinin yenə çox danışdın. Deyəsən bu hərəkətlərinə görə elə indicə sənə evlilik təklifi edə bilərəm.
- Nə? Yox. Axı çox tələsik olur hərşey. Daha heçnə yox. Nə evlilik? Heç kim heçnə bilmir. Biz necə evlənərik? Həm daha 17 yaşımız var. 18 belə olmayıb yəni. Əli əminsən bu fikrə?
- Dəli qız. Hahahaha. (Gülməkdən gözlərindən yaş gələcək bir vəziyyətdədir. Niyə bu qədər gülüncdür anlamıram? -.-) Edirəm demədim. Edə bilərəm dedim. Zarafat edirdim. Həm daha mən gəncliyimin baharındaykən evlənmək fikrində deyiləm. İş sahibi olmadan sənə necə baxaram yoxsa. Hər həftə alış- verişə çıxıb nə qədər pul xərcləyirsən. Hələ dostlarının ad günlərini və restoranlarda yesə balaca uşağı doyuzdurmayacaq dərəcədə balaca porsiyalara verdiyin pullardan danışmıram. Yox bunlara hələ ki sadəcə ailən dözür, ağıllı.
- Oy, nə çox şikayət etdin. Heç olmaya bir həftə keçərdi. Onda başlayardın şikayətə. Evlənək dedim elə bil. Sən dedin deyə dedim. Hıh! Mən burda çox vaxt keçirək deyə hazırlığa getməyim, bu mənim shoppingimdən şikayətçi olsun. Özüdə ilk gündən
-Hahahaha. Yaxşı, yaxşı. Səndən şikayətçi olanın ağlı yoxdur. Bax elə mənimdə. Bundan belə səndən nəinki şikayətçi olmağı, hətta şikayət sözünü lüğətimdə işlətməyə qadağan edirəm, gözəl gözlü. Artıq yoxdu. İstəyirsən 'ş' hərfinidə işlətməyim. Misalçün yerinə ç deyim yada ki s. Sınayaq? Süsə yada çüçə. Bax o pəncərəyə vurulanı dedim.
- Hahahaha. Yaxşı, yaxşı. Ş hərfini işlət. Sonra başa düşə bilmərəm mənə əziət olar. Belə yaxşıdı.
- Ihm. Özünü düşünürmüş, xanım demə? Oldu. Sizə əziət olmasın Damla xanım, yetər ki.
Deyəsən tüm qızların etdiyi klassik şeyi etmişdim məndə. Sevgilimə 'trip' atmışdım. Bir dəqiqə sevgili dedim mən? Sevgili olduq biz? Olduqsa necə olduq? Nə ara olduq? Həyəcanım ucbatından qaçırtdım yoxsa? Özüdə ki ən önəmli anı. Eh! Yaddaşa qeyd edib, hər il dönümün keçirəcəkdim axı. Axmaq, Damla. "Damla diyan, nə ildönümü. Hələ ay dönümü olsun sonra ilin dərdin çək. Sevgili olmağınız rəsmən təsdiqlənməyib. Çünki nə sən ona onun eşidə biləcəyi tonla sevgilim deyibsən, nə də o sənə. Təsdiqlənəndə qeyd edərsən." İç səsim üstün zəkası ilə aydınlatmışdı məni. Düz deyirdi. Daha rəsmən sevgili sayılmazdıq. Ona görə sevgilimə də 'trip atmış' sayılmazdım.
Yenə səssizlik olmuşdu. Və bu səssizliyi pozmaq sırasının mənə gəldiyini düşünmüşdüm. Buna görə nəsə söhbət açmaq qərarına gəldim.
- Əli - deyə səsləndim
- Damla - qarşılıq gəldi.
Bir birimizə deyəsən beş dəfə adımızla səsləndik. Bunun adına romantika mı deyirlər yoxsa axmaqlıq mı bilməsəmdə, bi səslənmə dövrünü gülüşümlə bitirdim. Həqiqətən gülməli idi.
- Əli. Söz soruşum. Fotoşəkil çəkdirməyi sevirsən? Yəni selfie filan?
- Hə, əlbəttə sevirəm. Selfienin dəbdə olan vaxtı sevməmək olar?
- O da düzdü. Şey.. Deyirəm bəlkə, xatirə olaraq bugündən yəni bir selfie edək? Yəni maraqlı olar. Həm evdədə baxaram. Yəni baxarıq. Yəni baxmaq istəsək.
- Haha. Başa düşdüm, gözəl gözlü. Yaxşı çəkdirək. Heç olmaya evdə şəklinə baxaraq darıxmamağa çalışaram.
- Gözlə qoy telefonu çıxarım.
Çantamı eşələyib, telefonu çıxartdım. Uzun - uzadı yazdığım şifrəni iki dəfə səhv yazsamda, üçüncü cəhdim doğru alındı. Camera bölməsinə girərək selfieni açdım. İlk anda kamerada özümü görməyim 0.003 saniyəlik qorxu keçirməmə səbəb olduqdan sonra telefonu biraz irəlidə tutub Əliyə "bax" işarəsi vermək istədiyimdə işəyaramazlığım ucbatından başım əlinin burnuna insanlıq üçün kiçik, mənim üçün böyük sayıla biləcək zərbə endirdi. Həmin təşvişlə telefonu skamyanın digər kənarına qoyub, əlimi burnunun üstünə qoyduğu əlinin üstünə apardım. " Oy.. oy.. yaxşısan? Çox üzr istəyirəm. Mən.. bilmədən oldu. Vallah. Bilərək zərər verməzdim sənə.. İşəyaramazam. Eh güya kameraya bax deyəcəkdim.. bəlkə həkimə zəng edək? Və ya gedim bint alım kömək edər hə? Əli. Niyə səs vermirsən.. Əli nəsə oldu?" - cümlələr, deyirdim nəfəs almadan. Əlinin isə səsi çıxmamağa davam edirdi. Birdən "burnumdan qan gəlir. Oh! Tanrı" - deyişini mənim isə həyəcanla "Nə? " - cavab verdiyimi eşitdi,  qulaqlarım. Əli burnundan öz əlini çəkərək birdən "Bax"- dediyində qorxdum, geri çəkildim. Əli gülməyə başlamışdı. Mənsə hələ təşvişlə nə olduğunu anlamaz halda baxırdım. "Oy, mənim ağıllım mənə birşey olacaq deyə qorxub. Hahahaha. Heçnə yoxdur bax sağlamam. Hahaha. Sənin o gözəl saçların qoxusu yalnız burnumu məst edə bilər mənim əzizim qorxma. Hahaha" - danışırdı Əli. Deməli mənlə oyun oynamışdı. Əsəbləşmişdim əlbəttə ki.
"

Öküzz. Eşşək. Pis oğlan. Necə də gülür. Ağlınca zarafat edir. Eşşək, Əli. Mən burda qorxdum bunun etdiyinə bax. Eybi yox. Əvəzini çıxaram." - əsəb qarışıq gülüşlə cavabımı səngitməmişdim.
- Yaxşı. Əsəbləşmə. Belədə qəşəngsən söz yox. Sadəcə əsəb ziyandır. Mənə birşey olanda necə olacağın maraqlı gəldi sadəcə. Uşaqcaydı haqlısan. Üzr istəyirəm. Nəisə. Gəl şəkil çəkək. - demişdi, Əli.
- Hə. Diyan. Telefon? Aha burdadı. Elə isə bax kameraya. Gülümsə. Bu etdiyin pislik ağlına gəlsin gül. Mənimdə səndən alacağım qisas ağlıma gələcək və güləcəm. Eləcə indi. Çəəəəkirəm.. Çəəəəkdim...
Fotoşəkilə baxanda mədəmdə uçuşan kəpənəklər daha yüksəklərə uçur və uçduqca çoxalırdılar sanki. Çoxaldıqca yerləri daralır, mədəm balaca olduğundan divarlarına qanarlarını çırpır, qıdıqlayırdılar. Şəkildə kameraya gülümsəyərək baxan biz ikimizdən başqası deyildi. Onun üzü az qalırdı ki, mənə yaxınlaşsın. Nəfəsini düz yanımda hiss edə bilirdim. Şəkli çəkərkən Əlinin, mənim əlimdən tutmaq istədiyi nəzərimdən qaçmamışdı. Sadəcə şəkli çəkdikdəmən sonra əlimi telefona apardığımdan, cəhdi uğursuz olmuşdu. Elə hiss etmişdim. Sonra bu hərəkətimə görə peşmanlıq hissi keçirmişdim.
-Mən də baxım hələ.- deyərək Əli bu fikrimdən ayıltmışdı məni.
İkimiz birliktə fotoşəkilə dəqiqələrcə baxmağa davam etmişdik. Biraz daha belə vəziyyətdə qaldıqdan sonra gedərək gec olduğunun fərqinə varmışdım.
- Artıq getməliyəm, Əli. Hazırlığın vaxtı bitir. Qızlarla qayıdım evə. Anam görsə etsə birdən nəsə şübhələnməsin. Dərsə də girməmişəm onsuz.
- Hə düzdü, Damla. Gəl birliktə gedək. Biraz daha yerimiş olum sənlə.
Başımla gülərək təsdiqlədikdən sonra skamyadan qalxıb yola düşmüşdük. Yol boyu nə qədər yavaş və söhbət edərək yerisəkdə niyəsə yol tez bitmişdi. Ya bu yolları dünəndən bugünə çiçəklərlə döşəmişdilər, yada ki mən Əliylə olduğumdan hər yanı elə görürdüm. Sonda qızların yanına çatmışdıq. Onlarda çöldə məni gözləyirdilərki birliktə gedək. Həm mən gözləmələrini demişdim, həmdə ki onlar mütləq sorğu- sual edəcəkdi. Beş dəqiqə daha diyandığımız yerdə Əliylə söhbət etdik.
- Damla, yenə görüşərik hə? Yəni görməsəm çox darıxacağam.
- Hə əlbəttə. Elə məndə. Görüşərik mütləq.
- Damla, biz indi nəyik? Yəni sənə bağlıdı bu bilirsən.
- Bilirəm. Amma bilmirəm. Yəni darıxırıq, şəkil çəkdiririk, gözəl sözlər deyirsən mənə. Belə edənlər nədirsə bizdə eləyik. Elə olmalıdır da hə?
- hahaha. Bax yenə güldürürsən məni. Deyirəm də ömrümü səninlə keçirsəm yaşlanmayacağam. Yaxşı biz elə edənlərdənik.
- hə. Eləyik. Elə olmaq yaxşıdı.. Şey indiysə gedim qızlar yoxsa döyəcəklər məni.
- Baxışlarından sezə bildim. Yaxşı. Özünə yaxşı bax, gözəl gözlü. Mənə çox lazımsan. Mütləq görüşərik.
- Mütləq. Hələlik, Əli :)
- Hələlik, Damla :)
Buludların üzərində kiçik bir uşağın bir ayağıyla ritm tutaraq etdiyi yürüşü edərək yeriyirdim sanki. Gülüşü yoluma işıq ola biləcək biriylə ömrümün möhtəşəm sayılacaq doxsan dəqiqəsini keçirtmişdim hardasa. Və arxamı döndüyümdə o isti gülüş hələdə mənə baxırdı. Bu mənzərə yaddaş pozğunluğu yaşasam belə yaddaşımın itməyəcək ən dərin köşəsində yerini pandoranın qutusunun kilidi kimi qoruyacağına əmin idim.. Buludların arasından müvəqqəti olmaqla yavaş- yavaş yerə endim və qızların yanına gəldim..

1716 söz. Ihm.. ıhm. (Yazar burda artistik bir şəkildə öskürür ahshsh) Bəyəndiniz? Orda yuxarısında və aşağısında 3dənə ulduz olan abzasın yəqin ki mahiyyətini və gizemlerle dolu axışını anladınız? Spoilər verilir. Öhm. Öhm. (Yenə öskürür bu dəfə daha cool ahshs) Yəni ki, o spoi bu kitabın bir parçası deyil. Parçası olada bilər. Qərarsız biriyəm. Amma ki, körpü yaradaraq bir həyəcan qatdım. Oxuyubsuzsa anlayarsız. Çox gəvəzə yazar gedir... Hələlik əzizlərimm :))))))

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Mar 17, 2017 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Bir gənc qızın hekayəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin