Bir insan necə olardıda bu qədər yaraşıqlı ola bilərdi? Allah mənə vermədiyi gözəlliyi belə bu uşağa bəxş edib elə bil. Əlidən bəhs edirəm. Əli kimdir? Əli təxmini 1.75 boylarında qara saçlı, nənəm demişkən bəbir bilək enli kürək, gülərkən əriyib yerə tökülməmə səbəb olan yeganə oğlan.
Elə məktəbə girəndə də onu görmüşdüm ona görə də o cool yerişimdən əsər-əlamət qalmamış hetta az qalsın ki təpəm üstə yerə düşəcəkdim. Mən bu uşağı görəndə niyə bu qədər həyəcanlanıram bir anlaya bilsəm. Yox e uşaq həyqi yaraşıqlıdır anlayıram amma yəni bu qədər də həyəcanlanmağın nə mənası, düzdür? Nəysə.. Bu Əlinin yanındakı qız niyə bu qədər saqqıza oxşayır? Qız yazıq uşağa yapışıb qopmur ha. Vallah birgün o saqqızı alacam çox pis yerlərə yapıştıracam.
Və həmişə olduğu kimi məktəbə yenə tez gelmişdim. Yenə sinifdə heçkim yox idi və mən yenə kimlərisə gözləyirdim. Bu 1ci sinifə başlayandan mən məktəbə tez gelirəmdə. Huyum qurusun ne pis huyum var. Əslində qəribəsi olan o idi ki, Əlidə məktəbə tez gelmişdi. Aman Allah başımıza daş yağacaq. Çünki Əli məktəbin o cool bratlarındandı. Məktəbə ən tez geldiyi vaxt dərsin bitiminə 1saat qalmış filan olur. 100% bu işin içində nəsə var. -İşin içində bəlkə sən nəsə axtarırsan, Damla, ola bilməz? Canı istəyib gəlibdə bu vaxtı.- Məndə bu iç səsim haralardadı deyirdimki gəldi şükür. Elə mən özümlə söhbətə dalmışdım ki, bir Allah bəndəsi içəri girdi.
Ay Allah bunun boyuna-posuna qurban olsunlar. Miss World birincisi seçilməyə layiqdi e kişinin oğlu.. Kimdən danışıram? Səbuhidən danışıram əlbəttə. Səbuhi bizim sinifə bu il gəlib. Son ildə nə işin var idi a qardaş sinif dəyişirsən denən. Nəysə sözüm onda yox, bu uşaq o qədər maldıki, yəni dünya üzərində sıralama eləsən 1ci yerə çıxar ha. Gələ-gələ bu gəlmişdi mənim bəxtimə... Nəysə salam verib yerinə keçmişti. Sevdiyim tək özəlliyi sakit, dinməz biri olması idi. Oturae heçkimin də işinə-gücünə qarışmazdı. Allah baş üstən baxır. Gərək yaxşı tərəflərində deyəsən də...
Şükür uşaqlar bir-bir gəlməyə başlamışdı. Hamımız yerimizə keçdik. Bu məktəbi sevməyimin bir-iki səbəbi var idi. Bunlardan biri və ən birincisi bildiyiniz kimi Əli idi. Həqiqətən elə idi. Düşünün, Əlini məktəbdə görmədiyim zamanlar elə bil dünya başıma yıxılırdı. Özümü tərk edilmiş və 7 uşaqla küçədə buraxılmış qadınlar kimi hiss edirdim. İkinci səbəb isə dostlarımı hazırlıq ucbatından əvvəlki qədər çox görə bilmirdim və yeganə yer məktəb idi ki, biz oturub saatlarca mallıqlar edə bilirdik. Üçüncü səbəb isə, üçüncü səbəbi tapa bilmədim nəysə boşverin...
Bugündə belə bitmişdi. Məktəbə getmişdim, uşaqları gözləmişdim, uşaqlar gəlmişdilər, sonra müəllimlər gəlmişdi. Yarısı yoxlama yazdırmışdı, yarısı gəlib coğrafiya, biologiya yerinə əxlaqlı olma dərsləri vermişdi və biz heç birin dinləməmişdik təbii ki. Və bütün tənəffüslər boyunca Əli ilə qapının şüşəsindən baxışmışdıq. Bu oğlanın çox cool duruşu var. Bidə əllərini saçının arasına bir keçirir ki, o filmlərdəki yavaş səhnələrdəki yaraşıqlı oğlanlar belə bunun yanında qələt edir.
Sonra isə məktəbdən evə gəldim, bir-iki tikə tələsik yemək yedim və hazırlığa gettim. Hazırlıqda hər zaman olduğu kimi müəllimlərin danışıqların yarı dinlədim, yarı yox. Ümumiyyətlə, heç vaxt o çox çalışqan uşaqlardan olmamışam mən. Həmişə təmbəl olmuşam. Amma buna rəğmən yenə də məktəbin ən savadlı qızlarından biriyəm. Allah vergisidir yəqin. Beləcə günüm bitmişdi. Onsuz da həyatımda çox ekşın olmurdu. Məndə istərdim əlbəttə ki, gedim bara, discoya 300-500 oynayım, sonra nəbilim sevgilim olsun, evə dəvət edim, bir yerdə dərs etmək bəhanasiylə sevgilimlə mahnı dinləyim, romantik söhbətlər edim. Və bunların hamısından atamın, anamın xəbəri olsun. Amma həyat budu qardaş, elə bir yerdə yaşayırıq ki buranın millətinin başına göydən qarpız düşsə, 'aha havay qarpız tapdım' deyib o qarpızı yeyər. Halbuki əcnəbi xalqı elə mi edib? O boyda Nyutonun təpəsinə alma düşüb götürüb, yerin cazibə qüvvəsini kəşf edib.
İndi yadıma düşdü o Nyuton'u da az söyməmişəm o kəşfinə görə. Ən nifrət elədiyim dərslərdən biridir. Denən sənə lazımdı cazibə qüvvəsi? Çox cəzb etmək istəyirsən get bir qızı özünə cəzb elə, əşi... -Damla... Ay Damla..- Hə iç səs nədir? -Damla. Qadanalım sən nə qədər danışırsan? Və fərqindəsənki, bütün danışıqlarım bir-biri ilə əlaqəsiz söhbətlərdir?- Fərqindəyəm iç səs. Deməyinə ehtiyac yoxdur. Ona görə də danışma.Sıxılırdım. Və mən sıxılanda mütləq nəsə etməyə çalışardım. Ən axmaq və eyni zamanda ən işə yarar fikirlər o vaxtlar ağlıma gələrdi. Bu səfərdə elə olmuşdu. Başımın üstündə o çizgi filmlərdə yanan işıqlardan yanmışdı. Birdə 'zonggg' deyə bir səs gəlmişdi. Facebook'ta fake bir hesab açıb Əliyə dostluq atacaqdım. Sonra bir-iki söhbət edib sevdiyinin kim olduğunu soruşacaqdım. Bəli.. Bəli.. Mən bunu edəcəkdim və bugün edəcəkdim. Facebook'u sevmirdim heçdə face'm olmamışdı amma internet işlərindən həmişə yaxşı anlamışam. Ona görə herşey iki dəqiqəmi alır. Amma bu iş biraz uzun olacaqdı. Əvvəl bir fake hesab açıb, facebookta ömrünün yarısından çoxunu keçirən və işi-gücü sanaldan sevgili tapmaqla keçən bir oğlana dostluq attım. Təbii ki, hər saniyə facedə olduğu üçün dostluğumu qəbul etmişdi və məndə o dəqiqə ona mesaj yazmışdım. Bir-iki şirin söhbətdən sonra tamamilə ələ keçirmişdim. Çox axmaq olur e bunlar o dəqiqə inanırlar sevdiyimə filan ya daa özləri üçün vaxt keçirirlər. Bunu niyə edirdim? Əslində elə fake hesab açıb onunla Əliyə yazacaqdım amma sonra düşündüm ki hesabı təzə açıb Əliyə dostluq atsam Əli mütləq ki şübhələnəcək. Yaxşısı budur köhnə bir hesap tapım ki olanlardan xəbəri olmasın. Elə düşündüyüm kimi də olmuştu onu sevdiyimə inanan mal'ın əlavə bir hesabı var idi. Daha doğrusu bir yox bir neçə hesabı var idi. Və güc-billah şirin dillə o hesablardan birini ələ keçirmişdim. Əvvəl şifrəsin dəyişdim ki o oğlan artıq bu profilə girə bilməsin sonra isə bu gözəl qaqaşımıza 'davay dasvidanya' deyib yola saldım. İndi geriyə qalırdı Əli. Əli əslində çox sanalda vaxt keçirən biri deyildi. Gələr həftədə bir dəfə bir-iki şəkil paylaşardı. Yəni mənim bildiyim qədəri ilə elə idi. Çox gecikdirmədən Əliyə dostluq attım və bir-iki şəklini bəyənib gözləməyə başladım. Gözləmək dediyimsə her iki saniyədən bir bildirimlərə baxmaqdan ibarət idi, o da ayrı məsələ... 1gün boyunca Əli face'yə girməmişdi. Belə etmədə qadanalım axı səbrsiz biriyəm mən bilirsən. Allah bilir nə vaxt dostluğumu qəbul edəcək bu uşaq...
Bəli 2-ci bölümdə belə oldu. Deyəsən biraz uzun oldu ha? Bu arada gördüyünüz kimi gündəlik istifadə ettiyimiz dilə çox yaxın tərzdə yazıram. Elə daha səmimi olur məncə)) Həm zarafatyana sözlər işlədəndə istər-istəməz səmimi olmaq lazım gəlir... İnşallah sıxılmadan oxuyarsız və gələcək bölümə daha istəkli olarsız. Bunu da deyim ki gələcək bölüm bir süprizlə qarşılaşa bilərsiz... ^.^
![](https://img.wattpad.com/cover/43522918-288-k867163.jpg)
ŞİMDİ OKUDUĞUN
Bir gənc qızın hekayəsi
Novela JuvenilHəyatının ən gözəl yaşında, özünəməxsus dərəcədə möhtəşəm sayıla biləcək sevgi yaşayan bir gənc qız.. İlk sevinci və ilk gözyaşı.. Gənc qızın başına gələnləri, gəlin, bir də özündən dinləyək?