Bir gənc qızın hekayəsi (Bölüm 7)

192 7 3
                                    

"Yaxşı, brat. Səhər inşallah görüşərik"-deyə səslənib marketə girməyə çalışan və mənim bütün duyğuları eyni anda keçirməmə səbəb olan insan Əlidən başqası deyildi. Onun önünə çevrilməsi və eşitdiyim səsə refleks olaraq arxaya çevrilməm nəticəsində bir neçə saniyəlik göz-gözə gəlmişdik Əli ilə. O bir neçə saniyə mənə bir gözəl keçirilmiş ömür kimi gəlmiş, gözlərində itməyi ən gözəl xəzinəm olaraq fikrimin ən dərin köşələrinə yerləşdirirdim ki, Əlinin "Aaa.. Damla, necəsən?"-deyişi ilə xəyal dünyamdan ayılıb, reallığa geri dönmüşdüm. Ağlımda o an Əlinin mənə salam verməsi, üstünə kefimi soruşması fikirləri beynimin yanmasına səbəb olsa da, "yaa...yaaxşı... yaxşıyam, Əli. Sən necəsən?"- deyə bilmişdim.

-Lənətə gələsən Damla, özünü yenə biabır etdin. Sonra da deyirsən ki, mənim danışıq qabiliyyətim çox yaxşıdır. Budur yaxşılıq?.. Əlini gördün deyə az qala lüğət tərkibini itirirdin- iç səsimin mənə qarşı danlaqlarını dinləyir, bir yandan da necə haqlı olduğuna qənaət gətirirdim. Öz fikirlərimlə baş- başa qalmışdım ki, Əlinin "Belədə, Damla. Şükür yaxşılıq. Elə dünən gəlmişəm evə. Bu son zəng hazırlıqları üçün. Əş inanırsan başım xarab olub. Bilmirəm hansı birinə çatım. Bizim sinifdəkilərdə mən olmadan iş görə bilmirlər sanki. Dünən Murad zəng vurub ki, bəs gəl gedək şalvar köynək alaq, qızlarda bizi gözləyir." - sualıma qarşı uzun cavabı nəticəsində təəccüb qarışıq fikirlərimdən ayrıldım. Gözlərimə inana bilmirdim ki, Əli indiyə qədər mənimlə olan ən uzun dialoqunu qurmuşdu. Kənardan baxsam bu mənzərəyə bir-biriylə söhbət etməkdən həzz alan iki insandan fərqsiz heçnə görə bilməzdim. Hər şey gözəlmi idi? Cavabım: Bəli. Çox gözəl idi. Hətta çox çox çox gözəl idi. İki gün əvvələ qədər Əlinin artıq keçmişimdə bir həftə görməsəm unutduğum insanlardan biri kimi düşünürdüm ki, bu gün onu görəndə nə qədər yanıldığım bir daha sübut olundu. Mən bu oğlanı sevirdim. Həqiqətən sevirdim.

Bir söz oxumuşdum o günlərdə ki, o söz belə idi: "Ən unudulmaz eşqlərə insan 17 yaşında tutularmış. Ən gözəl sevgini 17 yaşında yaşarmış. Ən saf duyğular məhz elə bu yaşda insanın qəlbində ən dərinliklərdə öz yerini alarmış." Mənimdə 17 yaşımın təzəcə tamam olduğunu nəzərə alsaq, bu mənim həqiqətən sevdiyim saf hisslərimin sahibi olan ilk və son adam idi. Əyər Əliylə bir gələcəyim olmasa belə mən bilirdim ki, kimsəni bu dərəcə sevə bilməyəcəm.. Və mən hiss etdiyim bir başqa duyğu da o idi ki, heçkəs Əli qədər gözəl gülə bilməyəcəkdi.

Əlinin mənlə uzun amma bir o qədər də kiçik dərdləşməsindən sonra həyəcanımı bir yerdə atmalı olduğum qərarına gəldim. Artıq bu dəfə ona cavab verərkən kəkələməyəcəkdim. Beynimdə ona qarşı quracağım cümlələri təxmini beş saniyə ərzində planladıqdan sonra "Hə. Haqlısan. Bizdədə o vəziyyətdir. Uşaqların bəzilər çox məsulliyyətsizdir bu da insanı çox yorur. İndidə fotosessiya üçün gəlmişik. Bu yorucu işlər bitsəydi bircə. Hazırlıqla birlikdə çox çətin olur. Amma adam azda olsa dərslərdən başını qaldırıb əylənə bilir, məncə." - cavab olaraq vermişdim. -Pis deyildi. Halal sənə, Damla. Pişik olanı bir siçan tutdun. Hər sözü deyəndən sonra "ııı, hııı, aaa" olaraq çıxardığın qəribə səsləri nəzərə almasaq dialoq qurmada inkişaf edirsən. Buna görə Oscar mükafatı almalısan.- özümə qarşı içdən- içə təbriklər yağdırarkən Əlinin möhtəşəm gülüşü ilə qarşılaşmışdım. İlahi, sənə gəlirəm. Mənim gülüşümdən alıb buna veribsən fərqindəyəm amma bu çarəsiz bəndənidə nəzərdən qaçırtmasaydın kaş ki. Baxsana həm bu gülüşü görəndə öz gülüşümə qarşı biraz daha soyuyur, həmdə bu gülüşün qarşısında əriyib torpağın dərinliklərinə qərq olmamaq üçün özümü güclə sərt tuturam.

-"Hə, elədir ki var. Düzələr inşallah. Görəkdə. Adama biraz qəribə gəlir. Daha dün 1-ci sinifə başlayıbmış kimi hiss edirəm. Bir neçə gün sonra isə məktəbi bitirəcəyik. Qəribədir."

Bir gənc qızın hekayəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin