Tort və pirojnalar ücün dadli kremlər

227 2 0
                                    

tort ve pirojnalar ucun kremler
    plombir kremi
Tərkibi:
* 500 qr xama
* 180 qr şəkər tozu
* 2 ç/q rəndələnmiş limon qabığı
* 2 ədəd yumurta
* 3 x/q un
* 250 qr otaq temperaturunda kərə yağı
* 1 paket vanil
Hazırlanması:
Xama, yumurta limon qabığı, vanil, un və şəkər tozunu qarışdırın. Kütləni su hamamına qoyub, qatılaşanadək daim qarışdırın. Sonra kremi tam soyudun. Sonda isə yumşaldılmış yağı kremə əlavə edib, mikserlə qarışdırın. Ən sadə və dadlı Plombir kreminiz hazırdır.
Siz də, sınayın!
Dünyanın ən məşhur qənnadıçılarının sirlərini Sizinlə bölüşməyə davam edirik. Tort, ekler və digər şirniyyatlarınıza unudulmaz dad qatacaq 3 krem resepti ilə tanış olun.
Ərzaqlar:
I Patisyer kremi (Crème Pâtissèrie, Pastry cream) Tərkibi:
* 250 ml süd
* 1 ç/q vanil
* 60 qr şəkər tozu
* 3 yumurta sarısı
* 25 qr qarğıdalı nişastası
* 25 qr kərə yağı
II Badamlı krem
Tərkibi:
* 120 qr kərə yağı
* 2 yumurta
* 120 qr şəkər tozu
* 120 qr üyüdülmüş badam
III Anqlez kremi:
Tərkibi:
* 500 ml süd
* 1 ç/q vanil
* 5 böyük yumurta sarısı
* 100 qr şəkər tozu
Hazırlanması:
I Patisyer kremi (Crème Pâtissèrie, Pastry cream)
Südü qaynamağa qoyun. Bir qabda şəkər tozu,vanil, yumurta sarısı və nişastanı qarışdırın. Qaynayan süddən çox az yumurtalı qarışığa töküb dayanmadan qarışdırın(yumurtalar bişməsin deyə). Sonra qalan südü yumurtalı qarışığa tökərək tel çırpıcı ilə ara vermədən qarışdırın. Zəif odun üzərində qazanda 2 dəqiqə bişirin. Kasaya töküb streç sellofanla üzərini örtüb soyuducuda soyudun. Soyuyan qarışığa kərə yağı əlavə edib mikserlə çırpın. Alınan kremi bişmiş pirojnalara, eklerə, tort korjlarına yaxa bilərsiniz.
II Badamlı krem
Kərə yağını mikserlə çalın. Üzərinə bir-bir yumurta və 1/2 stəkan şəkər tozu əlavə edərək çırpmağa davam edin. Şəkər tozunun qalanını və badam ununu da töküb qarışdırın. Hazırladığınız kremi ya tez istifadə edin ya da saxlama qabında soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Bu kremi də istənilən şirniyyatda istifadə etmək olar.
III Anqlez kremi:
Vanilli südü və şəkər tozunun yarısını qaynadın. Qalan şəkər tozunu yumurta sarıları ilə çırpın. Südlü kütlənin 1/3 ni yumurtalı qarışığa əlavə edib yaxşıca qarışdırın. Yerdə qalan kütləni də əlavə edib, dayanmadan qarışdırın. Balaca qazana qarışığı töküb zəif odda qaynadın. Oddan götürüb soyudun. Bu krem də tortlarınıza unudulmaz dad qatacaq.

Şirniyyat ReseptləriHikayelerin yaşadığı yer. Şimdi keşfedin