Kate : İndi mənə nə edəcəksən? Nə? Bütün sirrlərimi danışdım, dediyin kimi. O videoyla nə edəcəksən?
Levin : Səssiz olun.
Kate : Sənə çoxlu pul verərəm, o videonu yox et. Bunu sənə kim tapşırıb. Lectrinanin hansı ləçər mankeni ? Niyə cavab vermirsən.
Levin : Mənim işim cavab vermək deyil.
Kate : Sənin işin deyil? Nədir bəs sənin işin? Sən psixoloq deyilsən? Sənin işin qulaq asmaq və cavab vermək idi. Səni məhkəməyə verəcəm. Gizlilik şərtini pozmusan. Səni aseksual axmaq. Görürsən məndə sənin bəzi sirrlərini bilirəm. Sən anormal , seksual travmaları olan yararsız bir məxluqsan.
Levin : Yaxşı belə oldu deməli. Buna görə 10 min euro zərər çəkəcəm , amma belə düşünürəm ki, buna dəyər. Birinci o şöhrətini borclu olduğunu iyrənc , seluitli bədənindən başlayacam.İtlərim bayram edəcək.
3 saat sonra.
-Bu diskdə istədiyin bütün etiraflar var.
-Hamısı?
-Hamısı hətta daha çoxu .
- Hər halda soruşmağım artıq olar . Amma yenə də. İntihar şousu necə? Qaydasında getdi?
-Yox . İtlərimə ziyafət vermək qərarına gəldim . 10 min funt sterlinq hesabdan silərsən.
- Necə?Yox ! Siz yenə bunu təkrar etdiniz ?Amma bilirsiz buna icazə yoxdur. Siz söz vermişdiz.Bu bizə 10 min funtdan daha çox zərər vuracaq.Şef hirslənəcək.
-Mən heç nə üçün söz verdiyimi xatırlamıram.Mahnı :Cigarettes after sex -Nothing 's gonna hurt you
YOU ARE READING
Sirrlərin Səni Öldürəcək
Mystery / ThrillerŞəhadət barmağını dodaqlarının üzərinə qoy və sus. O barmağı ordan əsla çəkmə! Çünki O pusqudadı və sənin dodaqlarını aralayıb ,sirrlərindən azad olmağını gözləyir. Sən sirrlərini iki dodağının arasından azad buraxarkən , O sənin ruhunu əbədiy...