5.Son bir.

81 8 17
                                    


Laura :Xoş gördük Nikita.

Nikita : Xoş gördük.  Digərləri gəlməyib?

Laura: Yox. Harrison və  Nikin gelmeyinə hələ var.  Mən əslində..

Nikita:  Bilirsən məni çağırmağın çox yaxşı oldu .

Laura : Nəsə  baş verib Nikita ?

Nikita: Yox . Hə. Bir az əsəbləşmişəm.

Laura: Nikita sən psixoloq yanından gəlmirsən?Əla işdir . Bax ,əgər  o psixoloq bir işə yaramırsa ,əvvəldə təklif etdiyim  kimi mənimlə danışa bilərsən.Əyləncəli biriyəm. Sənin sadəcə bir az əylənməyə ehtiyacın var.

Nikita: Çox sağ ol . Deyəsən sənin təklifini qebul etməli olacam.Ən azından əylənməklə bağlı dediklərinə qoşuluram. Çünki artıq faktiki olaraq bir psixoloqum yoxdur.

Laura :Mən hazıram.Yaxşı danış görək psixoloqunla nə baş verib belə.

Nikita :Heç nə. Sadəcə  ona Amerikadan iş təklifi gəlib.Bunu uzun müddətdir gözlədiyini dedi.  Məni başqa bir psixoloq həmkarına yönləndirməyi təklif etdi. Amma mən o psixoloqu istəmirəm. Evayla mənə çox rahat idi . Mənə empatiya qurmuş halda qulaq asır, daha sonra isə subyektivlikdən  uzaq şəkildə vəziyyətimi qiymətləndirirdi. Bunu   çox adamın bacardığına inanmıram.

Laura: Belədirsə bəlkə yeni psixoloqu sınayasan. Əylənmək və qulaq asmaq qismində mənim üçün problem yoxdur. Amma məsləhət verməkdə  işəyaramazam.

Nikita: Yox o psixoloqu istmirəm. Nə onu nə başqasını.  Evayla düz 5 seans keçirmişəm. Bu bəlkədə sənə az görsənir ,lakin elə deyil.Bir çox əhəmiyyətli şeyləri bölüşmüşəm  Evayla bu  müddət ərzində. İndi gedib başqa bir psixloqa  hər şeyi başdan danışmağa  istəkli deyiləm.

Laura :Səni anlayıram.  Ona heç olmasa nəsə dedin?Pasiyentini əvvəlcədən xəbərdar etmədən  seansları birdən-birə dayandırmaq heç də etik deyil. Yox inanmıram nəsə deyəsən. Böyük ehtimalla onunla nəzakətlə sağollaşıb , yeni həyatında uğurlar arzu etmisən.

Nikita :  Düzünü desəm o qədərdə nəzakətli sayılmazdım.

1 saat  əvvəl .Klinikada
- Xanım Dibirova ,  xanım Eva bu gün sizi daha erkən qəbul edəcək.Zəhmət olmasa buyurun.
- Təşəkkür edirəm

Nikita : Eva.

Eva: Xoş gəldin  Nikita .

Nikita : Məni  erkən qəbul  etmənizə sevindim Eva.  Bilirsiz, siz haqlı idiniz.  Mən sizinlə açıq danışmalıydım. Artıq heç bir narahatlıq keçirmirəm. Sizə danışacam hər şeyi .Bilirəm siz məni  anlayacaqsınız .

Eva: Nikita  sakitləş.Həyəcanlanmağına ehtiyac yoxdur.İlk öncə əyləş səninlə  danışmalıyıq.

Nikita : Bağışlayın,mən sadəcə bütün gecə bu barədə düşünürdum .Bu səbəbdən   bir az səbrsiz davranıram.

Eva :Nikita qorxuram ki, sən bunları mənə yox başqa bir psixoloqa danışmalı olcaqsan.

Nikita: Necə ?

Eva :Xahiş edirəm mənə axıradək qulaq asasan.  İlk öncə səndən üzr istəyirəm  seansları mənimlə davam edə bilməyəcəyin üçün ,amma həqiqətən hər şey çox  qəfl baş verdi.  Mən təxminən bir il əvvəl Amerikada  bir iş üçün müraciət etmişdim.Çox önəmli bir yerə Lakin heç bir cavab almadığım üçün artıq unutmuşdum.Bilirsən mən uşaqlarıma görə akademik karyerama davam edə bilməmişdim. Amma  bu iş  mənim öz sahəmdə hər tərəfli irəliləməm üçün inanılmaz bir fürsətdir.Mən psixolji araşdırmalar üzrə ixtisaslaşmış bir qrupla  çalışacam.Bunu sənə ona görə danışıram ki, məni başa düşəsən.Birdə həqiqətən sənin üçün heç bir problem yaranmaycaq. Qaldığın  yerdən davam edərsən.Mən sənin üçün psixoloq Levinlə artıq danışmışam.

Sirrlərin Səni Öldürəcək Hikayelerin yaşadığı yer. Şimdi keşfedin