Saat gecə 01: 33- ü göstərir.Lauranın qonşu otaqdan zəif xorultusu eşidilir və bu gecənin səssizliyini əsəb pozucu bir şəkildə pozur. Mənim yuxum gəlmir.Çünki xəyal qırıqlarının kəskin uclu qırıntıları buna imkan vermir.Hamısı o axmaq şənliyin ,şənliyi gözlədiyim kimi təşkil edə bilməyən qıvrım saçlı şotlandın və hər şeyin bu qədər pis olmasında birbaşa günahkar olan kaftar dayının günahıdır. Düzdür şənlik heç Lauranın da gözlədiyi kimi olmadı.Amma onun gözləntilərinin boşa çıxması ilə mənim ümidlərimin puç olmasının yaşatdığı hissləri müqayisə belə etmək olmaz zənnimcə. Mən o şənliyə mənə əzab verən bu təklikdən ,miskinlik hissindən yaxa qurtaracağım ümüdi ilə yollanmışdım. Həmin şənlikdə isə buna dair iynə ucu boyda belə işıq görmədim. Ümid yox idi. Əskikliklərim gün işığındakıdək bərq vurmağa davam edirdi.
Bəs gecə-gecə yazı masamın arxasında niyə oturmuşam?
Qarşımda qalın ,səhifələri boş bir dəftər və mürəkkəbi bitmiş qələm var idi.Əslində isə həmin dəftər boş deyildi. Hər vərəqdə mənim əzablı xatirələrimdən,travmalarımdan,göz yaşlarımdan,ən gizli və qorxunc arzu,istəklərimdən, lənətlərimdən ibarət xatirələrim ,sirrlərim yer alırdı. Bunlar mürəkkəbsiz sətirlərlə yazılmışdı.
Niyə görünməzliyə məhkum edirəm əzablarımı?Bunu mən etmədim. Onların günahıdır. Görünməz sətirlərdəki görünməz əzablarım da, mənimlə eyni taleyi yaşayırlar. Vaxtında mən qışqıra-qışqıra əzab çəkdiyim göstərə bilmədim. Hirslə boğazımda düyümlənən sözləri avazım çatan qədər bağıra bilmədim.Üzlərinə dəymədi kinli tüpürcəklərim. Mənim əzablarımı,hisslərimi,kimliyimi,doğru-larımı görünməzl edərkən, miskin sətirlərimə niyə azadlıq verəydilərki?!
Dəftər tutmağa 10 yaşımdan başlamışam. Əslinə bu fikir mənim ağlıma daha əvəllər gəlmişdi. Dördüncü sinifdə oxuyanda. İbtidai sinifdə müəllimlərim mənim yazılarımı çox bəyənirdilər. Bunu məktəbdə müəllimə işləyən nənəmə və xalama da, bildirmişdilər.Mən bundan hədsiz dərəcədə xöşbəxt olurdum. Onda anamı bir il olar itirmişdim. Tam anlamı ilə yetim sayılırdım. Hər şey elə bil . Hər şey elə bil mənim həyatım deyildi.Bunu ancaq belə ifadə edə bilərəm.Mən özümü necə aparmaq lazım olduğunu,necə hiss etməli olduğumu bilmirdim. Boynu bükük yetim qızmı olmalıydım yoxsa qürurlu – tərs çalıquşumu ?Bilmirdim. Zibil günlər idi. Həmin zamanlara aid o qədər gözyaşardan xatirələrim var ki. Üzərindən illərlə vaxt keçməsinə baxmayaraq hələ də onları xatırlamaq məni dərin hüznə qərq edir. Bunlar haqqında sonra.. Harda qalmışdım .Hə yazılarımda. Mən yaxşı yazmış ola bilərdim. Amma məsələ bunda idi ki, mən nə yazırdım? Hansı ruh halımla yazırdım? Müəllimlərimi yazılarımda bu qədər təsirləndirən nə idi?İlahi hələ də ağlıma gələndə dəli oluram. Mən bəlkədə özümə ən böyük təhqiri etmişəm o yazılarda. Özüm –özümü alçaltmışam.Bilmirəm bəlkə siz bu vəziyyəti öz humanist və mərhəmət saçan baxışlarınızla tamam başqa cür qiymətləndirə bilərsiniz . Amma bu mənim fikrimi dəyişə bilməz.Mən çox alçaqca bir şey etmişəm. Müəllimlər o yazıya görə məni xüsusi olaraq qiymətləndirməklə isə məndən də, alçaq bir şey ediblər. Məndə bir günah yox idi. Mən and içirəm ki, o vaxt nə yazdığımın fərqində belə deyildim. Qardaşım əclaf məni başa salanadək. Bu çox qəddarca idi. On yaşında uşaq üçün bu çox qəddarca idi. Məni o zibil yazıya görə yüksək qiymətləndirildikdən sonra mən eyforiya vəziyyətində məktəbimizdə yerləşən kiçik dəftərxanadan özüm üçün qalın dəftər aldım. Xalam həmişə deyirdi ki ,anan uşaq vaxtında özü üçün gündəlik tutub ,yazılar yazırdı. Mən əlbətdə gündəliyin nə olduğunu az- çox anlayırdım. Amma fikirləşirdim ki, bu gündəliyə nəsə yazmaq çox əziyyətli bir işdi. Hər şeydən əvvəl gözəl cümlələr yazmalı olduğumu düşünürdüm. İşdir ,birdən kimsə gündəliyimi oxudu və ya mən kiməsə gündəliyimdən nəsə oxudum. Bəs o adam yazılarımı bəyənməsə necə ? Hah. İroniyaya bax. O vaxt yazılarını kimsə oxuyar deyə gözəl cümlələr qurmalı olduğunu düşünən Nikita , sonradan yazlarını heç kim oxumasın deyə mürəkkəbsiz qələmlə yazan qıza döndü.. O gün dəftərim əlimdə sevinə -sevinə məktəbdən qayıdanda xalam və nənəmə müəllimin məni necə təriflədiyini danışdım və bu gündən gündəlik tutmaq istədiyimi dedim.Çox xöşbəxt idim. Nənəm və xalam da öz növbələrində məni təriflədilər. Ən azından ona görə ki , mən yazıq –bədbəxt yetimçə idim.Mənim sevincimə şərik olmaq ,məni sevindirmək böyük bir savab idi. Savab qazanmaq isə insanlara cənnətə düşməyə kömək edir. Bəs bu savablar xüsusəndə saxta hisslərlə,məcburən ediləndə necə. Onlar qəlb qırmaqdan , insanları mənən sındırmaqdan başqa bir işə yarayır? İnanmıram. Mən evə gəldim. Axşam oldu. Axşamları bilmirsiz? .Axşamlar insanları nədən gəldi danışmağa məcbur edər. O axşamında söhbət mövzusu mən oldum. Çox uğursuz bir mövzu seçimi idi. Dayımgildə o axşam qonaq gəlmişdilər bizə . Böyük ailə,çay süfrəsi və ailənin kiçik yetimçəsinin qazandığı dırnaqarası uğurun müzakirəsi.. Nənəm və xalam mənim yazmaqda necə məharətli olduğum barədə, bu möhtəşəm məlumatdan məhrum qalan ailə fərdlərinə məlumat verdilər. Sonra o möhtəşəm sual. Nikita qızım o müəllimənin bəyəndiyi yazını bəri görüm. Məndə sevincək halda otağıma getdim, dəftərimi götürüb çıxdım hüzurlarına . Elə oxumaq istəyirdim ki, xöşbəxtlikdən sinif nümayəndəmiz dərslə bağlı məni telefona çağırdı. Əgər o gün o inşanı onlara mən oxusaydım hər halda indikindən daha çox göz yaşı ilə o günü xatıralayar və özümə daha çox nifrət edərdim. Telefon söhbəti bir az uzun çəkdi. Qayıdanda gördüm ki, hamının üzündə qəribə ifadə var. Xüsusən də dayımın. Məni yanına çağırdı. Başımı sığalladı,üzümdən öpdü , nəvaziş göstərdi. Sonra üzümü nənəm çevirəndə gördüm doluxsunub. Xalamda o vəziyyətdə idi. Nə olduğunu öyrənməyə macal tapmamış dayım məni otaqdan göndərdi. Dedi apar dəftərini ortalıqda qalmasın . Otaqdan çıxanda bircə dayım arvadının sözlərini eşitdim" Can balalar , yazıq balalar" deyirdi. Nə olduğunu anlamırdım. Sən demə hamsı mənim bu kütbeyin inşamın məharətiymiş. Bir-iki saat otağımda əmək dərsi üçün hazırladığım əl işləri ilə məşqul oldum. Saat doqquza az qalırdı yatmaq vaxtım idi. Stolumun üzərində yır-yığış edib çıxmağa hazırlaşırdım ki, qardaşım otağa girdi. O burda yatırdı. Əlavə olaraq bura ikimizim dərs otağı idi. Mən özüm isə nənəmlə yatırdım. Qardaşım deyə ondan bəhs edəcəm çünki adının əvvəlinə xarakterinə yaraşan iyrənc sözləri artırmaq üçün həddən artıq yorğunam. Qardaşım evə təzə gəlmişdi internet klubdan. Avaranın biriydi. Gəlib saçlarımı yolub, səliqəyə salmağa çalışdığım masamın üzərini qarışdırdı. Sonra dəftərlərimə keçdi. Axır əsəbləşib üzərini qışqırdım. Nədənsə əlbəyaxa keçmədik. Mənə dedi ki," Nənəm deyir bacın bu gün müəllimdən 5 uluz alıb, müəlliməsi onu çox tərifləyib inşasına görə. Mən də onu axtarıram ki, oxuyum. Maraqlıdı görəsən indi nə gopluyub camaatın başını aldatmısan" Axır məcbur dəftərimi ona verdim ki, yazdığım inşanı oxusun. Dəftəri alıb başladı oxumağa . Mən isə ona fikir vermədən dağıtdığı masamın üzərini yenidən səliqəyə salmağa başladım. Birdən səs eşitdim. Vərəq cırılması səsi . Dəhşət və qəzəblə qardaşıma baxdım. Mənim inşamı cırmışdı . Üzərinə atıldım. Onun paxıl ,axmaq olduğunu və hər şeyi nənəmə deyəcəyimi dedim. O isə üzərimə gəlib dəftəri üzümə çırpdı. O qədər bərk çırpmışdı ki, elə bil üzümə dəfələrlə şillə vurmuşdular. Mən ağlamağa başladım. Məni divara dayayıb ağzımı yumdu. Dedi ki, kəsim zırıldamağı. Bunu elə bir səs tonu və baxışla dedi ki, mən həmin an qorxudan dilimi də uda bilərdim. Gözlərində o ifadəni görməkdən nifrət edirdim. Hələ o səs tonunu demirəm belə . Xırıltılı, boğuq və qəzəbli. Bəlkədə o sözləri ancaq mən eşidirdim.Amma mənə həmin an elə gəlirdi ki, bu sözlər ən yuxarı səs tonununda deyilir. Qardaşımın sözləri işə yaradı.Mən zırıdamağı kəsdim. Göz- yaşlarım isə axırdı. Başımnan basıb məni yerə oturtdu. Özu də qarşımda oturdu. Onsuzda iliklərimə qədər qorxu içərisində idim. Bu da ,bəs deyilmiş kimi məni qorxu içində qoyan üz az qala nəfəs qədər mənə yaxın idi. Məndən o inşanın adının nə olduğunu soruşdu. Mən çiynimi çəkdim. Bu nə axmaq sual idi verirdi? İkinci dəfə gözünü bərəldə-bərəldə o canıma qorxu salan səs tonu ilə soruşanda məcburən cavab verdim. İsti ana qucağı dedim. Yenə soruşdu. Təkrar etdim. O da təkrar etdi. Hər təkararındada səs tonu daha da qalxırdı. Axırda qulaqlarımın dibində bağırdı . Dedikləri hələ də qulağımdadı." İsti ana qucağı deməli, ana qucağı . Sənin anan var Nikita? Bizim anamız var hə .. Sən nə bilirsən isti ana qucağı haqqında. Keçən il ölmədi anamız. Yanımızda keçindi. Onda çox isti idi qucağı hə..Niyə belə şeylər yazırsan. Axı sən bu haqda heç nə bilmirsən bilə də bilməzsən heç. Mən belə bilmirəm. 17 yaşım var amma bilmirəm. Səndən buna görə nifrət edirəm. Yalançı , ağzına gələni danışan, iyrənc küçüyün birisən .Sənin qürun yoxdu. Utanmadın bu mövzuda nəsə yazmağa? Fikirləşmədin ki, bunu oxuyan müəllimənin, uşaqların sənə dahada yazıqları gələcək. Hər yerdə bədbəxt anasız qızın isti ana qucağı həsrəti haqqında danışacaqlar? " Qardaşım da qəhərlənmişdi ,amma bu belə onun qəzəbli səs tonunu yumşaltmamışdı. Məni çiynimdən tutub silkələyir, təhqirlər ,suallar yağdırmağa davam edirdi. "Hə Nikita bəlkə bu sənin xoşuna gəlir. Elə budu sənin istədiyin də . Sənə yazıqları gəlsin, səni əzizləsinlər. Birdə belə şeylər yazmıyacaqsan bildin. Görsəm, eşitsəm sənin mitlini atacam . İndi dur üz- gözünün poxunu təmizdə rədd ol otağımdan. Heç kimə də bir kəlmə demə. Yoxsa bilirsəndə nolar. Səni Nurayın qabağında çırparam. İstəməzsən belə şeyi." Üz gözümü təmizləyib tez nənəmin otağına getdim. Nənəm xöşbəxtlikdən otaqda yox idi. O gecə səhərə qədər yata bilmədim. Özümü çox alçalmış hiss edirdim. Qardaşım haqlı idi. Lənət olsun ki, onu haqlı hesab edirdim. And içirəm mən onda düşünməmişdim bütün bunları. Fikirləşirdim ki, bu sadəcə adi bir yazıdı. Mənim ora yazdıqlarımı hamı bilir, hamı yaza bilər. Bunlar adi şeylərdi. Adi olmağına adi ola bilərdi. Mən adi deyildim. Mən keçən il anasını itirmiş, anasının isti qucağından həmişəlik məhrum olmuş qız idim. Mən bunu unutmuşdum. Ora yazdığım hər kəlmənin oxuyanların beynində necə dramatik təsir yarad biləcəyini unutmuşdum. Unutmuşdum , amma artıq istəsəm də unuda bilmərəm. O gün bu gündür mən kimlərinsə oxuyacağı yazılar yazmağı buraxdım. Mürəkkəbsiz sətirlərlərimlə ,ancaq mənim oxuya biləcəyim yazılar yazdım ...
ESTÁS LEYENDO
Sirrlərin Səni Öldürəcək
Misterio / SuspensoŞəhadət barmağını dodaqlarının üzərinə qoy və sus. O barmağı ordan əsla çəkmə! Çünki O pusqudadı və sənin dodaqlarını aralayıb ,sirrlərindən azad olmağını gözləyir. Sən sirrlərini iki dodağının arasından azad buraxarkən , O sənin ruhunu əbədiy...