2. Yad tanışlar.

138 13 8
                                    

Küləyin zəif toxunuşları , ona yaraşmayan soyuqluqla bütünləşərək bütün vücudumu ələ keçirirdi və mən bundan zövq alırdım. 100 -ə yaxın adamın rahatlıqla əlinə şampan alaraq ,yeni il atəşfəşanlığını izləyə biləcəyi bu eyvanda təkəm .Eyvan o qədər enli olmasa da, parti keçirilən mərtəbəni əhatə edən uzunluğa sahib idi. Necə də möhtəşəm! Ümumiyyətlə bu "ev "başdan ayağa aristokrtatiya, əzəmətlilik və möhtəşəmlik təcəssümü idi . Ev adlandırmağıma baxmayın, bura əsl saray idi saray. İntibah dövrününün rokokko üslubununun toxunuşları ilə taclandırılan saray. Təsadüfi deyil ki, indi arxamda qoyduğum parti -də ətəyi uzun, lakin sinə və kürək dekoltelərindən yoxsun qalmayan gənc xanımlar o -tərəf bu tərəfə hərəkət edir,lord ədalı bəylərdə onlara xüsusi nəzakətlə yaxınlaşıb , yaşlarına yaraşmayan ,emosiyalardan uzaq  təmkinlə  nəsə danışırdılar. Bəli düz 40 -dəqiqəyə yaxın bir müddətdə mən onları izləmişəm. Lakin bundan artıq bacarmadım, bu qısıq nəzərlər , dodaqaltı gülümsəmələr mənə o qədər tanış idi ki, bir an orada var olub, əslində olmadığımın fərqinə vardım. Qulağımı məşqul edən havadan -sudan danışıqlar mənim beyin mərkəzim tərəfindən qəbul olunmurdu və yarım dalğalar halında məni mənən küncə sıxışdıraraq, özümü yuxuda və ya başqa mücərrəd bir yerdə hiss etməyimə səbəb olurdulad. . Birinci dəfə deyildi belə hiss edirdim. Bakıda- universitetdə müəllimlərin uzun ,bezdirici ,aralıqsız mühazirələri zamanı ya da, heç sevmədiyim tanışlarımın əhatəsində olmağa məcbur hiss etdiyim qonaqlıqlar zamanı belə olardı adətən.  Məni təəccübə qərq edən isə indi niyə belə hiss etməyim idi. Mən ki, burda məcburən deyiləm, ətrafımdakı insanları da, birinci dəfədir görürəm. Onların varlığı məni niyə bezdirsin ki?    Deməli  insanı usandıran tanış simalar deyil.Həmin simalardan insanın ruhuna oxlanan tanış nəzərlərdir. Məni oradan uzaqlaşdıran da, məhz bu idi. Yad bədənlərdə varlıq tapan tanış baxışlar. Bu şənlikdə gözləntilərimi doğrultmayacaq görünür. Düzdür bura gələrkən bəzi narahatlıqlarım vardı və  mən bu narahatlıqarımın özünü doğrultmadığı üçün şəxsən çox şadam. Bunların arasında sərbəstliklərinin sərhədziliyini hayasızlıqla sübut etməyə çalışan və sözün bütün menalarında coşan gənclər tərəfindən ruhən və cismən təcavüz edilmək ehtimalı və istəmədiyim halda gözlərimin hansısa cütlüyün yataq macəralarına şahidlik etməsi və .s bunun kimi şeylər  idi.  Bunların heç birisi baş vermədi. İrəliləyən saatlarda da,  baş verəcəyini düşünmürəm və mənə elə gəlir ki, Laura parti deyərkən ziyafət nəzərdə tuturmuş ,yada onun parti anlayışı ilə mənim parti anlayışım fərqlidir. Ümumiyyətlə 22 il ərzində bir neçə partide iştirak etmişəm, lakin Azərbaycan mentalitetinin təsiri altında modifikasiya olunmuş  partilərdə .Və həmişə əsl partilərin xaricdə,filmlərdən  olanlar olduğunu düşünmüşəm .Yanılmışam.
Bilirsiz burada abu hava necədir? İçəridə olan 40 -50 nəfərdən təxminən bir  otuzu  ilə Lauranın təkidiylə ümümi şəkildə kəlmə kəsmişəm. Daha doğrusu onların ortaq söhbətlərinə ortaq olmuşam. Həmsöhbətlərim 25 dən yuxarı yaşları olan cənab və xanımlar  ,  kibirli və soyuqqanlı ədalar ilə    səmimiyyətsiz  bir  mühitin yaranması üçün əllərindən gələni edirdilər. Həyatlarının indisindən və gələcəyində əmin olan baxışları məndə ikrah hissi doğururdu. Yad. Mənə mənən yad. Yoxsa belələrini Azərbaycanda da görmüşəm. Uşaqlıqlarından bəri tanıyıram onları hətta.  Gözümün qabağında necə böyüyüb cənab və xanım olma əcaibliklərinin şəxsən şahidi olmuşam. Məni oradan uzaqlaşdıran və eyvana qovan da məhz bu idi. Onlarla cismən tanış olmasamda xarakterləri çox tanış idi. Onlar mənim aralarında olarkən? bütün əksikliklərimə gün işığı tutan həmin mükəmməllərdilər. Və bu mükəmməllik onlarda doğuşdandır. Onların gün işığında və qardaşımın dəyyusluqları arasında həyatımın düz 12 -ili keçib. Təxmin etdiyim qədər, bir bu qədər yarı ildə onların izlərinin silinməsi üçün lazım olacaq. Hər halda bu da bir şeydir. Onsuz mən hər şeyin tez bir zamanda hokus -pokus deyə olmasına alışmamışam . Hə, qardaşım demişkən. Əminəm ki, o burda olsaydı bu partidən heç sıxılmazdı və eyvanada hansısa bir gözəlçəylə təklikdə spirtli içki içmək və "müəyyən" məsələlər barəsində söhbət etmək üçün çıxardı .Murdar  mənim əylənə bilmədiyim partidə hallanana qədər içər, bu yüksək mədəniyyət mücəssəməsi olan ingilislərlə ən yaxşı halda hansısa hollywood filmindəki aktyor və aktrisalardan danışar , bunların ingilislər üçün maraqsız olduğunu bildirən bezdirici üz ifadəsi ilə qarşılaşdıqda isə yenə də içər, içər sonra gözlərini hansısa gözəlçəye zilləyərək , kinayəli baxışlarla  onu izləyərdi.  Böyük ehtimalla bu Laura ilə çox səmimi görsənən iri sinəli, qırmızı ipək paltarda olan, adını unutduğum qarabuğdayı xanım  olardı və ya başqa bir irisinəli. Kinayəli nəzərləri iləsə ,nədən mərcə gəlirsinizsə gəlin and içərəm ki , içindəki şəhvət hissini örtbasdır etməyə çalışır. Hah. Hələ əgər o bu xanımı Azərbaycanda hansısa ailəvi iştirak etməyə məcbur olduğumuz bir məclisdə görsəydi əminliklə deyə bilərəm ki, evə gəlib o xanımın hansı yuvanın quşu olması haqqında nənəmlə qızğın müzakirəyə girişərdi. Əvvələr , hələ qardaşımın telefonundakı bəzi mesajlarla tanış olmayan vaxtlarda onun üzündəki bu kinayəli ifadənin altında nələrin yatdığından xəbərsiz idim və bu mənə həqiqətən saf bir kinayə kimi görsənirdi. Sonra isə kontaktındakı qadınlarla iyrənc mesajlaşmalarını, onların qarşısında özünü necə alçaldaraq , ədəbsiz ifadələrlə onlara komplimentlər yağdırdığını görəndən sonra isə hər şeyi anladım .Ondan bir azda çox nifrət etdim. Seviləcək heç bir tərəfi yox idi. Deyingən xasiyyətə malik idi. Təqdirəlayiq heç bir daxili fəzilətlərə malik deyildi. Daxili deyirəm, çünkü ətrafdakı insanlar onu bambaşqa biri kimi tanıyırdılar . Bəli, o mesajlarla tanış olduqdan sonra mən həmin kinayənin sirrini açmışdım və indi qardaşımın hər üzünə belə maska taxdığı an, mən ona kinayəylə baxır, hər əxlaqı mövzulardakı odlu -alovlu müzakirələrini öz ironiyalı qəhqəhələrimlə söndürürdüm. Bu inanılmaz ləzzət verirdi. Beyni cinsiyyət orqanında yerləşənlərdən biri də, mənim qardaşım idi təəssüf ki. İşin maraqlı tərəfi budur ki , onun ən azı 3-4 aylıq abırsız mesaj tarixçəsi olduğu kimi qalırdı. Onları siləcək qədər qorxu və ya utancaqlıq hissi keçirmirdimi görəsən? Biri görsə , oxusa necə? Sonralar bununda axmaq məntiqini anladım. O bu mesajları mənim oxumağıma imkan yarana biləcəyini görünür heç düşünməmişdi. Digərlərinin bunu oxuması isə onun üçün heç bir narahatlıq yaratmaz,əksinə qürur verərdi. Və əminəm ki, bu yazışmalar "screen" formasında hansısa özü kimi dostlarının əyləncə obyektinə də, çevrilirdi. Bu qədər bəs edər .Bu mövzuda bir azda düşünməyim məni heç də yaxşı nöqtələrə gətirməyə bilər. Zibil dəhşətli dərəcədə əylənirəm!
"Nikita?" -bu Lauranın səsi idi. Arxamı döndükdə doğru təxmin etdiyimi anladım.
-Nikita :Laura.
-Laura : Əylənə bilirsən əzizim?
-Nikita :  Deyəsən.
-Laura : Əslində bu gün heç nə indi olduğu kimi olmayacaqdı. Harrisonun dayısı anidən Italyadan dönmək qərarına gəlib və o belə şeylərdən çox xoşlanmır.
-Nikita :Harrison?
-Laura :Harrison -ev sahibi, qıvrımsaç olan. Sizi tanış eləmişdim .
-Nikita : A Herri xatırladım.
- Laura :Herri?
-Nikita: Herri dili daha az yorur.
-Laura :Yaxşı, olsun Herri. Gəl içəri keçək .

Laura ilə birlikdə parti keçirilən zala daxil oluruq. Lauranin dediyinə görə bu gün burda hər şey başqa cür olmalı idi. Herrinin dayısı işləri korlayıb. Ola bilər. Bəlkədə hər şey başqa cür "darıxdırıcı " olacaydı. Bəli darıxdırıcı. Bu insanları görəndən sonra onların məni bu dərin , bütün həyatımda hökmranlıq edən və öz hakimiyyətini hələki ancaq mənə elan edən ruh düşkünlüyümu aradan qaldıracaqlarına inanmıram.  Daha bir xəyal qırıqlığı....

Sirrlərin Səni Öldürəcək Donde viven las historias. Descúbrelo ahora