💕️İlk yaxınlaşma️💕

50 14 2
                                    

Dəyərli oxucuların istəyilə hekayəmi davam etdirirəm. Yeni bölümdə xoş oxumalar ❤️❤️❤️

Sabah ad günümdü. Heç olmasa 20 yaşımı atamla birgə keçirməyi düşünürdüm.
Səhər yeməyini hazırlayarkən atamın ağzından söz almağa çalışdım. O isə fikri televizorda , suallarımı yarım yamalaq cavablandırırdı.

"Ata yəqin ki, bilirsən sabah nə günüdür?"

"Əlbəttə ki , sabah dünya çempiyonatı başlayır" deyərək qəsdən məni əsəbiləşdirməyə çalışırdı.

"Ataaaa! " qaşlarımı çataraq əsəbi şəkildə baxmağa çalışdım . (nə qədər alıdısa... )

"Yaxşı ,zarafat elədim. Unutmamışam ad gününü . De görüm nə hədiyyə alım sənə ?"

"Sabah evdə olmağın kifayətdir. Hədiyyəyə ehtiyac yoxdu"(bunu bir az tərəddüdlə dediyimi etiraf edirəm)

"Baxarıq. Rəisdən icazə ala bilsəm mütləq gələcəm "

"Baxarıq nədi ? Ad günümdə tək qalacam mən?" -özümdən asılı olmayaraq səsim hündürdən çıxmışdı.

"Bu nə danışıqdı? Səsinin tonunu bir az aşağı sal. Dedim ki, rəislə danışacam"

Pufuldayıb yeməyə davam etdim. Daha doğrusu yeməklə oynamağa. Atam çayından son qurtum alıb süfrədən qalxdı:

"Yeməyini tez bitir. Maşında gözləyirəm səni"

10 dəqiqəyə hazırlanıb evdən çıxdım . atam da məni iş yerimə ötürdükdən sonra uzaqlaşdı. İçəri girib həmişə olduğu kimi işimə davam elədim.
Yuxarıdan asılmış paltarları yeni gələn modellərlə dəyişdirmək üçün nərdivan qoydum . Fidana da nərdivanı tutmasını tapşırdım.
"Fidan bərk tut .o telefonunu başına çırpacam"

"Narahat olma , tutmuşam"deyən kimi nərdivana birinin toxunması ilə büdrədim. Amma bu dəfə yerə yox, Ayazın üstünə düşmüşdüm. Mən yıxılmamaq üçün onu qucaqlayarkən o da büdrəsə də ayaqda durmağı bacarmışdı

"Bəlkə düşəsən"

"Hardan? " deyərək təəccüblə ona baxırdım. İlıq nəfəsi üzümə dəydikcə ürək döyüntülərim daha da artırdı.
"Ayağımın üstündən deyirəm" gözləri ilə işarə edərək dedi.

Ayağımı çəkdiyimdə kəskin ağrı hiss eləmişdim.

"Aa ayağım burxulub deyəsən " yıxılmamaq üçün qolumdan tutdu.

"Bir nəfər buz gətirsin"

Az sonra qızlardan biri kiçik buz torbası gətirdi . Mən də nərdivana söykənib ayaqqabımı çıxardım. Ayaz əyilib buz torbasını ayaq biləyimin üstünə qoydu. Daha sonra ayağımın şişməməsi üçün sarğı beziylə sıx bağladı.
Fidan da başımın üstündə gah qaş göz edərək, gah da qıvırcıq saçını barmağına dolayaraq gülümsəyirdi.

"Bu gün icazəlisən . ayağının üstünə mümkün qədər az basmalısan" deyərkən kömür qarası gözlərini gözlərimə zilləmişdi .

"Maşının açarını götürüb gəlirəm" deyib kabinetinə doğru getdi.

"Taksiylə gedə bilərəm" bunu deyəndə o çoxdan getmişdi.
Fidan bic-bic gülümsəməyə davam edirdi. Qolundan bir çimdik qopardığımda səsi aləmə yayılmışdı.

"Boş durmaqdansa kömək elə ayağa qalxım"

Fidanın qolundan tutub çölə çıxdıq. Bu vaxta kimi də Ayaz gəldi.
Arxa qapını açıb oturmağa kömək eledi. Sonra da sükana əyləşib maşını işə saldı. Ətrafdakılar sanki bizə göydən yenicə enmiş yadplanetli kimi baxırdılar .
Mən yol boyu pəncərədən mənzərələri seyr edərkən o da ara-sıra oğrun baxışlarla maşının qabaq güzgüsündən mənə baxırdı.
Nəhayət evə çatdıq. Qonşu pəncərələrdən boylanan başları , maraqla zillənən gözləri gördüyümdə heç təəccüblənmədim. Onsuz da onların haqqımda nə düşündüklərinin bir əhəmiyyəti yox idi mənim üçün .Ayaz yanıma gəlib maşının qapısını açdı evin qabağına qədər ötürdü.

"Sizə də əziyyət oldu "

"Xoşdu. Sabah özünü pis hiss etsən gəlməyə bilərsən" deyib gülümsədi. Sonra maşınına mindi.
İçimdə qəribə bir həyəcan var idi. Onun nəvazişi artıqca sanki bu onu mənə daha da yaxınlaşdırırdı. Nəbzimin ritmini pozurdu. Onu görəndə səsim qısılırdı. Tənginəfəs olurdum.

Fikirlərimdən qurtulmağa çalışarkən axsayaraq içəri girdim.
Boğazım susuzluqdan qurumuşdu. Soyuducunu açıb sərin suyu çıxardım. Bu zaman gözümə soyuducunun qapısına illər öncə yapışdırılmış 3müzün olduğu şəkil sataşdı. Sanki dünənmiş kimi. Bu şəkil 9 il bundan əvvəl ad günümdə tortun şamların söndürməyə çalışarkən çəkilmişdi. Anam sanki tortun üstünə yıxılacaqmışam kimi bir qolumdan tutub gülümsəyir. Atam isə mənimlə birlikdə şamları üfürürdü. O zamanlar hər şey fərqli idi. Ya da mən kiçik olduğum üçün belə düşünürdüm . Bəlkə də bu vaxta qədər dəyişən tək şey mənim böyüməyim idi.
Şəkili əlimə alıb ayağımla zibil qapını açdım. Qayçı ilə anam olan hissəni o bizi həyatından çıxardığı kimi kəsib tulladım. Bu onun elədiyinin yanında heç nə idi...

LabirintWhere stories live. Discover now