Buzlar kraliçası

12 1 0
                                    

Fidan:

Nənəmə yalandan yıxılıb qolumun qırıldığın deyəmdə inanmamışdı. Hər halda uşaq başı aldatmırdıq. Eyni anda 7 bir-birindən fərqli yalan uydursam da(həmişə işə yaramasa da bu bacarığıma heyranam ) onu heç cür inandıra bilmədim . Ona görə də məcbur həqiqəti söyləməli oldum. Və mən 2018-ci ilin ən modern nənəsi ilə birlikdə yaşadığımı unutmuşdum . O sandığımın tam əksi hər şeyi anlayışla qarşıladı(intihara cəhdimdən başqa).

Budur əlində mənim ən sevdiyim şokoladlı tortla gəlir. Belə nənəni incitmək olar?

"Fidan, əgər sənə bir şey olsaydı, mən neyniyərdim ? Heç düşündün bunu ?"

"Ay nənə bağışla məni. Mən axmağam . Hətta axmağın öndə gedəniyəm"

"Axmaq belə olsan nənənin birdənəsisən"

"Səndən başqa mənim kimim var ?" deyib ona sarıldım.

"Sənə tort bişirmişəm. özü də ən sevdiyindən"

"Birdənəsən e . Nənələrin ən şirini"

"Yaxşı, az şirinlik elə. Tortu ye sonra da marketə get . Evdə çörək qalmayıb"

"Səhər alaram"

"Hansı səhər ? Yuxudan günorta durursan"

"Yaxşı gedərəm indi. Səni qıracağıma evdəki cehizliklərimi qıraram daha yaxşı " -bu sözləri saat yarım bundan əvvəl demişdim. Hava isə çoxdan qaralmağa başlamışdı.

Rahat idman ayaqqabılarımı geyinib qapıdan çıxdım. İşıq sürəti ilə pilləkənləri düşüb yolun kənarı ilə addımlayırdım .
Arxadan maşın gəldiyini hiss edib yolun kənarına keçdim. Amma maşın ötüb keçmək əvəzinə üstümə doğru gəlirdi. Qabaq işığı o qədər gur idi ki, heç nə görmək olmurdu . Siqnal səsi ilə addımlarım sürətləndi.

'Gecə vaxtı hardan çıxdı axı bu' dodaqaltı mızıldanarkən qəfildən əyləcə basdı.

"Korsan ? Az qala vurmuşdun məni"

Maşından enib qarşımda durdu. Bu ortaboylu , əsmər, seyrək saqqallı bir gənc idi. Ot tayasına bənzəsə də onu özəl edən həcmli qıvırcıq saçları var idi. Mən ağzım açıq halda nə baş verdiyini anlamağa çalışırdım.

"Otur maşına" boğuq səslə dedi

"Nə ? Bura bax ha mən sən bildiyin qızlardan deyiləm. Dişlərini qarnına tökərəm"- belə arvadskoy sözlər işlətdiyim üçün sonradan özümü söyəcəyimi bilirdim

"İndi necə ?" belindəki silahı çıxarıb mənə tuşladı.

"Kim olduğunu öyrənməmiş bir addım da atan deyiləm". Bu sözlərimin ona qətiyyən aidiyyatı yoxmuş kimi laqeydcəsinə qaşlarını qaldırdı. Dodaqları azacıq səyirdi.

Ətrafa göz gəzdirdim. Səssizlik hökm sürürdü. Ölsəm heç kimin ruhu duymayacağı qədər kimsəsiz görünürdü buralar. Amma hər iki halda ona təslim olmaq fikrim yox idi.

Özümü qorxmuş kimi göstərib yanına bir az da yaxınlaşdım. Bunu görüb özündən razı halda gülümsədi. Sizcə Fidan bunun altında qalar?!
Qəfildən qasığına təpiklə vurub vaxt itirmədən qaçmağa başladım. İkiqat qalıb yerə yıxıldı. Nə vaxtsa bunu eləyəcəyim ağlımın ucundan da keçməmişdi. Bu aralar aksiyon filmlərinə çox baxıram Nənəm görsəydi mənimlə fəxr edərdi. Niyə axı bu tip şeylər həmişə mənim başıma gəlməliydi?!

LabirintTempat cerita menjadi hidup. Temukan sekarang