31.bölüm

9 0 0
                                    

Ayazın yaşadığı mənzilin qabağındaydım. Qapını döyməyə ürək eləmirdim. Nəticə etibarilə ona demədiyim söz qalmamışdı. özü də günahkardı. işi bu qədər dolaşığa salmağa nə gərək var idi. amma onun üçün çox darıxmışdım. Cəsarətimi toplayıb zəngi bir neçə dəfə basdım. Amma içəridən səs gəlmirdi. Fidan evdə olacağını demişdi axı.qırıq ayağıyla hara getmiş olar ki .
dəstəyi çevirəndə qapının açıq olduğunu anladım.
içəridən televizorun səsi gəlirdi. divanda uzanmışdı. Gipsdə olan ayağının altına döşək qoyulmuşdu.yanında da dəmir əsa var idi.

"Nə vaxt deməyi fikirləşirdin" dediyimdə yana çevrildi. Gəldiyimin fərqinə varmamışdı .

"Maşallah Fidan xanımımız da dilini 2 dəqiqən artıq dinc saxlaya bilmir də "

Daha çox təəccüb içində idi.

 Yavaşca özünü divana doğru itələyərək yerində dikəldi. Ona doğru bir neçə addım attığımda o da qollarını yana doğru açdı. Onu  bərk-bərk qucaqladım.   O da saçlarıma sığal çəkərək qoxusunu almaq üçün burnunu yaxınlaşdırdı. Saçlarımdan gələn lavanda qoxusunun onun ağlını başından aldığını bilirdim.  

" Bundan sonra  həmişə yanında olacağam"  gözlərinin içinə baxaraq dedim. Gözlərimi qırparkən kipriklərimi isladan göz yaşım yanağımdan süzülməyə başladı. Barmaqlarının ucu ilə göz yaşımı sildikcə daha da ağlamağa başladım.

"Mənə bir şey olsa...." barmağımı dodaqlarına toxundurub susmasına nail oldum

" Məndən canını belə asanlıqla qurtara biləcəyini sanırsan ? " - göz yaşları içində gülümsədim. 

İsti gülümsəməsi üzünə yayılmışdı. onun gülüşü üçün darıxmışdım .Ən çox da gülərkən gözlərinin qısılmasını. Bu gülüş yalnız mənə özəl olmalıydı. məndən başqalarına qadağan olunmalı idi. O gülərkən içimdə yaranan o hiss ən az uşaqkən yediyimiz hansısa şirniyyatın 20 yaşına gələndə marketdə qabağımıza çıxması zamanı keçirdiyimiz hissə bənzəyirdi.

bir neçə dəqiqə heç nə danışmadan ona sarılaraq oturdum.

"Yəqin ki 3 həftədən tez gipsi çıxarmazlar " hökm edən səssizliyə dayana bilmədiyim üçün birdən soruşdum.

"Hə"

"Danış görüm necə olub bu "

"Dünən dostlarımla yığışmışdıq. Ordan qayıdanda bir az içkili idim. - maraqla gözlərimi ona zilləmiş dediklərini dinləyirdim-pilləkənə kimsə banan qabığı atmışdı"

"Demə ki banan qabığını ayaqlamısan deyib gülməyə başladım"

Tərs tərs baxandə əlimlə ağzımı tutub gülməyimi saxlamağa çalışsam da alınmırdı. 

"Yaxşı . Artıq gülməyəcəm söz verirəm"

İndi də gülməmək üçün dodaqlarımı gəmirməyə başlamışdım

Nəyə görə bu qədər güldüyümü bilmirdim. Həmişə lazımsız məqamlarda baş verirdi. Iş üçün müsahibədə də gülmək tutmasın deyə həmişə ölmüş nənəmi yadıma salırdım. 

"Yaxşı ki yanımda olmamısan . Yoxsa mənə kömək etmək əvəzində lap gülməkdən uğunardın"

"Böyük ehtimalla" deyib gülümsədim

"Həə, bu qədər boşboğazlıq yetər . Indi isə sənə dadlı bir yemək bişirəcəm barmaqlarının beşini də yalayacaqsan"

"Mətbəxi əvvəlki vəziyyətinə qaytaracaqsansa buyur. Amma əvvəlcədən 112-ə zəng vurmalıyam"

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Sep 16, 2020 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

LabirintTempat cerita menjadi hidup. Temukan sekarang