🎉Ad günüm🎉

62 13 1
                                    

Multimediya:  Fidan

Bugün özümü yaxşı hiss eləsəm də işə getmək istəmirdim. Amma Ayazı görmək üçün getməliydim. Digər günlərlə müqayisədə bugün sıxıcı keçdi . Ayaz da bugün gəlməmişdi. Axşam müştərilər də az olduğundan mağaza 2 saat tez bağlandı . Atama zəng etsəm də telefonu sönülü idi . Çox əsəbiləşmişdim. Ad günümü evdə bayquş kimi keçirmək fikrində deyildim. Fidanla kluba getməyi qərara aldıq. Daha doğrusu bu guya onun mənə adgünü hədiyyəsi idi. Bir az da əyləncə olsun dedik. Əvvəlcə üstümü dəyişdirmək üçün evə getdik. Mən qara mini paltarımı və ona uyğun çox da hündür olmayan dikdaban ayaqqabı seçdim. Vaxt itkisi olmasın deyə Fidan da mənim paltarlarımdan bəyəndiyini geyindi.
Taksi saxlayıb kluba sürməsini istədik. Taksinin pulunu Fidan ödədikdən sonra çantama baxdım . Pul qabımı evdə qoymuşdum. Evdən çıxanda hər dəfə bir şeyimi unutmaq artıq hobbimə çevrilmişdi. Bu günlük hesabı məcburən Fidana yükləməli  olacağam.  İçəridəki musiqi səsləri çöldən eşidilirdi. Pilləkənləri ehtiyatla çıxıb içəri daxil olduq. Rəqs edənlərə mane olmamaq üçün kənardan keçib barmenin qarşısındakı boş stullardan birinə oturduq. Barmendən 2 viski sifariş verdik və qədəhlər boşaldıqca doldurmasını tapşırmışdıq. Artıq 3-cü qədəhdə dəli kimi gülməyə başlamışdım. Fidan da deyesen məndən çox içmişdi.

"Zeyno,  mənim ürəyim bulanır. Bir azdan gəlirəm. "

"Gözlə,  mən də gəlim"

"Ehtiyac yoxdu . 5 dəqiqəyə burdayam"

Ekranının yanıb söndüyünü gördüyümdə telefonumu əlimə aldım. Atamdan 7 cavabsız zəng var idi. Telefonu söndürüb çantama atdım. Bu arada da bir oğlan gəlib Fidanın yerində oturdu. Üzünü tam seçə bilməsəmdə sağ qaşının üstündə çapıq və sonradan öyrəndiyim adının Şahin olduğu yadımdadı. İçkinin təsirindən dumanlaşmış beynim daha da bulanıqlaşmışdı. Öz hesabına ikimizə içki sifariş etdi.  Bir az söhbət etdikdən sonra stulunu mənə tərəf yaxınlaşdırıb oturdu. Əlini belimə qoyduğunda sərt şəkildə etiraz etdim.

"Əlini çək"

ondan bir cavab gəlməyincə əsəbləşməyə başladım.

"Bir də deməyəcəm çək əlini belimdən" artıq nəfəsini boynumda hiss edirdim.
Əsəbdən əlimi əsdiyin hiss edirdim . bu məni daha da əsəbləşdirirdi. Barmenin əlindəki içki şüşəsini alıb var gücümlə başına vurdum. Şüşə qırılıb çilik-çilik olmuşdu.  Zərbənin təsirindən stul qarışıq yerə yıxıldı. Hamı bura yığışandan sonra ara daha da qızışdı. Bizdən başqa dalaşanlar da var idi. Kimsə polisə xəbər vermişdi. Şahinin dostları ayağa qalxmasına kömək etdi.
Gedərkən barmaqları ilə hədələyərkən:

"Səninlə işim hələ bitmədi"- başının sağ tərəfindən qan axmağa davam edirdi.
Çantamı götürüb Fidanın yanına getmək istəsəm də yenə polislər məni və ətrafda olan bir neçə nəfəri aparmalı oldu.
Hal hazırda da keçən dəfə olduğum müvəqqəti saxlama kamerasında  oturmuşam . Sanki həmişə getdiyim yerdə özümü problem yaratmaq məcburiyyətində hiss edirdim.

"Görürəm yaman darıxmısan bura üçün" -atamın səsi məni səsli düşüncələrimdən ayırmışdı.

"Mənim burda olmağımın səbəbkarı sənsən. Ən lazım olan vaxtımda yanımda ola bilmirsən" bunu deyərkən qışqırmışdım deyəsən

"Üstəlik də içkilisən. Mən sənə beləmi tərbiyə vermişdim?"

"Mənim heç kimin tərbiyəsinə ehtiyacım yoxdu.  Bu gündən sonra da özüm nə istəyirəmsə onu edəcəm"

"Elə oldu deməli ? Nə deyirəm. Gecəni burda keçirərsən ağlın başına gələr" -səsindən nə dərəcədə əsəbi olduğu anlaşılırdı.

"Get,  onsuz da sənin də anamdan bir fərqin yoxdu"- bu sözlərin onun xətrinə dəyəcəyini bilə-bilə söyləməkdən çəkinməmişdim.
Bu dəfə heç nə demədən getmişdi. 5 dəqiqə sonra Fidanı da yan kamerada görəndə təəccüblənmişdim. Üzümün ifadəsindən nə fikirləşdiyimi anlamışdı.

"Bəs necə ? Ən yaxın dostumu belə gündə tək qoyacaqdım?"

Həmin gecə səhərə qədər söhbət eləmişdik. Yəqin ki burdakı nəzarətçilərin başını şişirmişdik.

"Fidan elə hey mən danışıram . Bir az da sən özündən danış" dediyim an o məsum gülüşü üzündən düşmüşdü .
Demək hamının həyatında yaşadığı acı hekayəsi vardır. Amma Fidanın həyatı mənimkindən də ağır keçmişdi.

"Mən uşaq vaxtından yetimxanada böyümüşəm. Anam və atamın nəinki kim olduğunu,  ümumiyyətlə,  həyatda belə olduqlarını dəqiq bilmirəm. İndi nənəmlə qalıram. O da məni 10 yaşım olanda övladlığa götürdü. İndi mən evdə olmayanda Lessiyə o baxır.  Görsən nənəm elə şirindi . Hər şey ürəyimcə olsun deyə əlindən gələni edir. Ondan başqa heç kimim yoxdu"

"Fidan çox üzr istəyirəm.  Olanları bir də sənə xatırlatdım"
Gözündən bir damla yaş düşmüşdü. Amma əlinin tərsi ilə silib yenə gülməyə başladı .

"Ay Zeynəb, , sənin balacalığını heç təsəvvür edə bilmirəm də . 5 dəqiqəlik ayaq yoluna getdim aləmi bir-birinə qatmısan" -deyib söhbəti tez bir zamanda dəyişməyinə heyran qaldım.

"Demə , elə balaca vaxtında da ipə sapa yatmırdım"

"Hər şey bir yana qalsın çantamı da ayaqyolunda oğurlayıblar. Gör necə vicdansızdılar. İçində dünən aldığım bahalı ətrim var idi. Yaxşı ki,  telefonumu sənin yanında. qoymuşdum. Yoxsa onu da oğurlamışdılar çoxdan"

"Sən hələ onu demirsən. Hesabı ödəmədən aradan çıxmış olduq . Deməli hər şərdə bir xeyir var dedikləri bu imiş " ikimiz də gülməkdən uğunub getmişdik. Nəzarətçinin xəbərdarlığı ilə səsimizi qıssaq da gülməyə davam edirdik .
Özünlə eyni ağıldan olan insanı tapmaq o qədər xoş hissdir ki.. Həqiqətən də həyatınıza yeni girən elə insanlar vardır ki, sanki onları illərdir tanıyırsınız. Xasiyyətinə bələdsiniz və onunla tez bir zamanda anlaşırsınız . Bəlkə də bu vaxta qədər axtardığım şeylər içində ən uğurlusu bu idi...

LabirintTempat cerita menjadi hidup. Temukan sekarang