1.Mehİnci

41 4 0
                                    

Mən bu şəkildəki  xanımın iç səsiyəm. Mehinci! Baş bəlası. Öz dözülməzliyi bəs deyil kimi, ətrafdakılar onu, səssiz, utancaq,ağıllı, savadlı, sakit , bəzən əsəbi deyə xarakterizə etməsi məni daha da özümdən çıxarır. Bu qızın xarakterini ifadə etmək üçün inanın bu sözlər ilk işlənən sözlər olmamalıdır. Buyurun sizə əsl Mehincidən danışım. Əsl Mehinci insanlarla ünsiyyətdən utanacaq olduğu üçün qaçmır. Birmənalı olaraq onları sevmir, saymır, dözə bilmir və sadəcə olaraq danışmağa tənəzzül etmir. Ən sevdiyi insan qardaşı Məcnundur ki, onunda varlığı bir müddət sonra bezdirir Mehi. Onun səbrini daha tez daşırmamaq üçün özünüzü yanında ölülüyə vura bilərsiniz, sükunətiniz sizin "srokunuzu" bir az uzadar. Lakin bundan o tərəfi yoxdur. Təkliyi hər şeydən çox sevir. Həddən artıq hiyləgər və məntiqlidir. Qıraqdan məntiqsiz, şirinlik kimi görsənən uşaqca davranışlarının altından belə ağlınıza gəlməyən planlar çıxa bilər. Bu hətta sizin ölüm planınızda ola bilər. Təhlükəli dərəcədə detallı zəkaya malikdir. İradəsizlik, hisslərlə hərəkət etmək onun lüğətində yoxdur. Bununla belə xöşbəxlikdən bu təhlükəli zəkanı ən təhlükəsiz şəkildə idarə edir. Mehinci insanları sevmir, onlara güvənmir, insanlarla ünsiyyət onu yorur. Onun insanlarla ünsiyyətdə olmamağı isə məni yorur. Onunla bağlı məcburam ki , sizinlə mən danışım. Onu tanıyan ən yaxşı iç səs olaraq.

Xahiş edirəm ona deyin ki, bu sevgi oyunlarını yığışdırsın. Mən çox yorulmuşam

Hə birdən adının yad adamlar tərəfindən qısaldılmasını sevmir, çünki insanlara işgəncə etməyi sevir.

Sizi sevmək mənim  şəxsi işimdirМесто, где живут истории. Откройте их для себя