-Xoş gəldin .
-Xoş gördük.
-Necə keçdi , xoşuna gəldi təcrübə yerin ?
- 4 ay dözə bilərəm, amma gərək atam tapşırsın məni. Forma geyinmək istəmirəm .
-Nə forması ?
- Ağ -qara klassik geyimdə getməliyəm.
-Hə. Nə olsun? Geyin get dedikləri kimi. Hər şey üçün gərək atan ağız aça?
- Əslində geyinib gedə bilərdim , amma indən sonra olmaz. Bu artıq bir ölüm -qalım məsələsidir.
-Səni anlamıram Mehinci.
-Atamla danış. Əks halda orda təcrübə keçmiyəcəm, təcrübə keçməsəm məzun ola bilməyəcəm, məzun ola bilməsəm kepli şəkil çəkdirə bilməyəcəm və sizdə xalxın uşaqlarının valideynləri qarşısında sıxılacaqsınız.
- Yaxşı görək. Faciə etmə. Axşam deyərsən özün atana.
-Yaxşı, amma səndə dəstək ver, daha demə ki, ağ köynəyinle qara yubkanı ütüləyib qoymuşam!
-Yaxşı-yaxşı demərəm. Acsan yəqin.Yeməyini hazırlayım?
- Acam? Deyiləm ac zad. 1 saat əvvəl ac idim mən. Ac və əsəbi. Allahım özümü biabır elədim.
İki saat əvvəl..Alim : Üstümə qışqırırsınız, üstəlik savadsız olduğumu iddia edirsiniz?
Mehinci: Yox.
Alim: Bir az əvvəl dediniz axı.
Mehinci: Mən tam olaraq elə demədim , siz yozursunuz.
Alim: Gedin aşağıda yemək yeyin , sonra da, gəlin başqa test verəcəm sizə onu edin. Hər halda artıq geyim məsələsində inadkarlıq etməzsiniz.
Mehinci : Yox, niyə ki? Edirəm. Mən o paltarlarda rahat olmuram.
Alim : Daha sizə sözüm yoxdur.
Mehinci : Elə isə çıxa bilərəm? Amma bir azdan gələcəm testi etmək üçün.
Alim: Çıxın!Qoy aşağı düşüb yeməyimi yeyim, o testi edib sənin gözünə soxacam alimçə! Yəqin yekəbaşlıq üzrə dərəcə qazanmısan, başqa ne olacaq ki!
20 dəqiqə sonra.
Yaşamağı çox sevirəm çünkü ləziz yeməklər var, o dünyada isə qeyri -müəyyənlikdir bilmirsən ne yeyib, nə içəcəksen. Ne ise gedim o yekə başın dərsini verim.-Mehinci :Gəlmək olar.
-Alim:Gəl.
- Mehinci: Testi etmək üçün gəldim.
-Alim:Keçin əyləşin, masanın üzərindədir. Bir saat vaxtınız var .
1 saat sonra
- Mehinci:Bitirdim , amma bu çətin idi.
- Alim :Hazır cavablardan baxıb yoxlayacam .Etirazınız olmaz?
-Mehinci : Xeyr, buyurun. Mən bayaq elə deməməliydim. Yeni düşüncələrimi özümə saxlamalıydım. Amma dediyim kimi ac idim, qan azlığımda var ona ore özümdən çıxdım.
-Alim: Üzrünüz qebahətinizdən böyük. Amma narahat olmayın, anlayıram. Yaşınız verdiyi emosionallıqdandır. Mən de siz yaşda olmuşam, o yaşda insan özündən tez çıxır. Sadece bir daha təkrarlanmasın.
-Mehinci: Təkrarlanmaz.
-Alim: 20 sualdan 16 -sini doğru cavablandırmısınız ,pis deyil. Amma yenə də bura üçün bir azda yüksəyine ehtiyac var. Eybi yox, tox qarnına bu qədərini yaza bilmisinizsə , deməli əlinizdən gələnini etmisiniz , bundan o yana deyil potensialınız. Sabahdan gəlin , başlayın praktikanıza əlbəttə ki, deyilən geyimdə.
-Mehinci: Mənim sabah dərsim var, ancaq bir həftə sonra yekunlaşır. Növbəti həftə başlayaram. Və qeyd etdiyiniz geyimdə men narahat oluram, rəng olaraq elə geyinə bilərəm ancaq.
-Alim: Mehinci xanım, xətrinizə dəyməsin, amma necə bir narahatlıqdır bu? Olmuya sizin stil, dəb anlayışınızla uyğun gəlmir, amma bura podium deyil, ona görə də, "stilni" görsənmeyinize ehtiyac yoxdur.
-Mehinci: Stile görə yox mən özümu narahat hiss edirəm.
-Alim :Çıxa bilərsiniz Mehinci xanım.İki saat öncə olanları ağlıma gətirdikdə üzümü yastıqla gizlətmək, gözümu qıyıb baş verənləri canlandıran xəyalımı kiçildib, yox etmək istəyirəm. Hələ ilkin dəqiqədən mənim necə əsəbi biri olduğumu bilmələrinə ehtiyac yox idi. Həm də özümdən böyük birinin. Görəsən nə qədər böyükdür? Görəsən evlidir? . Öz -özünə danışdığına gir facedə axtar.
Alim Ağalarov . Peh atonna kişinin, 39 yaşı var, üstəlik də evlidir. Allah arvad uşağına səbr versin, çürüdər bu adamı. Zəhrimar sifət. Sibel Can tırka verdi mənə, sənlə varam Alim Ağalarov .
BẠN ĐANG ĐỌC
Sizi sevmək mənim şəxsi işimdir
Lãng mạn-Mən çox üzr istəyirəm olanlar üçün , çox utancvericidir. Belə bir şeyi necə ağlına gətirib bilmirəm. Sən və mən. Heç olacaq işdir? Bilirəm sən də təəccüb keçirirsən. Bilmirəm sənə nə deyib , amma tamamilə yanlış anlaşılmadı. Üzr istəyirəm. ...